Əsas Səhifə > Araşdırma, Manşet, Güney Press > Naxçıvanın dizini belə yerə gətirirlər...

Naxçıvanın dizini belə yerə gətirirlər...


Bu gün, 11:51
Naxçıvanın dizini belə yerə gətirirlər...
"“Xan” dövrü Naxçıvanı “Azərbaycanın Şimali Koreyası” kimi ad çıxarmışdı. Təbii ki, insan hüquqları sayəsində. Naxçıvanın üstündəki bu qara ləkəni təmizləmək üçün Prezident “xan” həzrətlərini istefaya göndərdi. Yerinə isə “canişin” əfəndini gətirdi. “Canişin” dövründə Naxçıvan həqiqətən də böyük inkişaf yolu keçməyə başladı. Əlbəttə ki, əks istiqamətdə..." "DİA-AZ" bildirir ki, bu barədə tanınmış jurnalist Heydər Oğuz açıqlamasında qeyd edir.
Jurnalist daha sonra əlavə edir: "Naxçıvan sakinlərinin iddialarına görə, muxtar respublika Şimali Koreyalaşma yolunda insan hüquqlarları sahəsindən digər müstəvilərə böyük sıçrayişla hoppanmağı bacarıb. İndi kommunal borcların ödənməsi də Pxenyan variantında həyata keçirilir. Yəni işıq və su pulları birbaşa poçt yolu ilə ödənilir. Halbuki “xan” dövründə Naxçıvandakı bankamatlar və bank köçürmələri yolu ilə də borcunu ödəmək mümkün idi. İndi isə bu imkan tamamilə aradan qaldırılıb və naxçıvanlılar poçt ödəmələrindən asılı vəziyyətə düşüblər. Nəticədə poçtların qarşısında uzun növbələr yaranır.
İnsafən Naxçıvanda kommunal şəraitin Pxenyandan çox önəmli fərqləri də var. Pxenyan hələ də Smart qaydasına keçmədiyindən borclarını da dədə-baba qaydası ödəyirlər. Yəni işığı və suyu əvvəl işlədirlər, sonra kommunal işçilər gəlib borcunu hesablayır və vətəndaşa borc qəbzi verirlər. Vətəndaş da gedib borcunu ödəyir və qazı, işığı, suyu kəsilmir.
Naxçıvanda isə çoxdan Smart ödəmə qaydasına keçilib. Yəni sən işlədəcəyin işığı, qazı və suyu əvvəlcədən alıb Smart aparatına yükləyirsən. Və ödənişin bitənə qədər ondan istifadə edirsən. Ödənişin və aldığın kreditin bitəndən sonra isə qaz və işıq verilişi dayanır. Əgər bu proses axşam saat 17-dən sonraya təsadüf edirsə, məcburən qışın soyuğunda səhərə qədər donursan. Çünki poçt idarələri saat 17-dən sonra bağlanır və sən kommunal borcunu ödəyə bilmirsən.
Şikayətçilərə görə, bu önəmli fərq də aradan qalxsa, Naxçıvanla Şimali Koreyanın arasında tam bərabərlik işarəsi qoymaq mümkün olacaq..."

Geri qayıt