Əsas Səhifə > Araşdırma, Manşet, Güney Press > Naxçıvanda təhsil sahəsində nələr baş verir...
Naxçıvanda təhsil sahəsində nələr baş verir...Bu gün, 15:58 |
"Naxçıvan Muxtar Reapublikası Təhsil Nazirliyinin sabiq Nazir müavini Əli Vəliyevin xəyalları gərçək olacaqmı? Əli Vəliyev kimdir? Əli Vəliyevin iş kariyerası olduqca qalmaqallıdır...." Bu barədə "DİA-AZ"a göndərilən məqalədə deyilir. Məqalədə daha sonra qeyd olunur: "Əli Vəliyev getdiyi hər qurumda problem yaratmamış... elə problemin özü olmuşdur. Əli Vəliyevin ilk tutduğu vəzifə Qıvraq qəsəbəsi tam orta məktəbində təlim və tərbiyə işləri üzrə direktor müavini olmuşdur, işə başladığı gündən tale Əli müəllimin üzünə gülüb... Qısa müddətdə Kəngərli rayon təhsil şöbəsinin müdiri vəzifəsinə yüksələn Əli Vəliyev, ondan sonra təhsil nazirinin müavini vəzifəsinə yüksəlmişdir.. Təhsil Nazirinin müavini vəzifəsindən azad olunduqdan sonra Kəngərli rayon Qaz istismar idarəsində müdir vəzifəsində işləmişdir. Əli Vəliyevin qısa müddətdə yüksəlişinin və enişinin əlbəttə özünə xas səbəbləri var. Bu cür sürətli yüksəlişin dəstəkçisi Azərbaycan Respublikası həmkarlar ittifaqının sabiq sədri Səttar Mehbalıyev olmuşdur. Təhsil Nazirliyində işlədiyi müddətdə o dövrkü Nazir Məmməd Qəribovu "sataraq" nazir olmaq xəyalları qurmuş bu istəklərinə nail ola bilməmişdir və 2018-ci ildə Nazir təyin olunan Rəhman Məmmədov tərəfindən vəzifədən qovulmuşdur... Nazir müavini işlədiyi vaxtlar müəllimləri kütləvi şəkildə müəyyən rüşvət qarşılığında Diaqonostik imtahanlardan keçirməyi, rüşvət qarşılığında təhsil şöbələrinə tapşırıq verərək həddən çox müəllim namizədinə təyinat əmri verdirmişdir. O dövrdə işləyən bəzi məktəb direktorları ilə möhkəm dostluq əlaqəsi yaratmış... pul və yemək-içmək qarşılığında kollegiya iclaslarında müsbət rəy yazmış və yazdırmışdır... İşlədiyi bu cinayətləri təhsil naziri Məmməd Qəribovun üstünə yükləmiş... Nazirliyin o zamanki şöbə müdirləri Rüstəm Həsənov və Seymur Xudanovu vəzifədən azad etdirmişdir. Hətta tələb etdiyi məbləği vermədiyi üçün məktəblər və lisseylər şöbəsinin müdiri Rüstəm Həsənovu aparat rəhbərinin otağına qataraq 1 gün orada dustaq saxlamışdır. O zaman rüşvət, korrupsiya və cinayətlərlə əldə olunan pullardan bu gün də istifadə etməyə çalışan Əli Vəliyev yenidən nazir müavini olmaq istəyir. Bizə verilən məlumatlara görə Fuad Nəcəflinin müavini Samir Seyidəhmədli ilə iş qurmağa çalışan Əli Vəliyev nazir müavini gəlmək, qıssa müddətdə isə nazir olmaq xəyalları qurur. Hətta, sağda-solda müəyyən pul qarşılığında yenidən vəzifəyə gələcəyəni öz dilə ilə deyirmiş... Naxçıvan təhsilini bu cür təhlükəli adamlara əmanət etmək, quzunu qurda əmanət etməyə bərabərdir..." DAVAMI OLACAQ... Geri qayıt |