Əsas Səhifə > Araşdırma, Manşet, Güney Press > Sahil Babayevdən KÖHNƏ BAZARA TƏZƏ NIRX: Tenderlər dayandırıldı...

Sahil Babayevdən KÖHNƏ BAZARA TƏZƏ NIRX: Tenderlər dayandırıldı...


Bu gün, 12:42
Sahil Babayevdən KÖHNƏ BAZARA TƏZƏ NIRX: Tenderlər dayandırıldı...
Məlum olduğu kimi, ötən həftə Sahil Babayev maliyyə naziri vəzifəsinə təyin olunub. Tribunainfo.az xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri olaraq çalışmış sözügedən şəxsin yeni vəzifəyə başlayan kimi, bəzi addımlar atdığı bildirilir.

Bəzi mənbələrə görə, Babayevin ilk atdığı addım Maliyyə Nazirliyinin keçirdiyi tenderləri dayandırmasıdır. Hətta bəzilərinin ləğv edilməsi və yenidən baxılaraq, təqdim edilməsi barədə göstəriş verdiyi də vurğulanır.

Rəsmi qaynaqlardan isə belə məlum olub ki, Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin tenderi dayandırılıb. Daha doğuru, nəticə ləğv edilib. Həmin məlumata görə, Agentlik “Kadr potensialının inkişafı üzrə təlimlərin təşkili” layihəsini həyata keçirmək fikrində olub. Bunun üçün 146.792 manat pul da ayrılıb.

Lakin AİİBNDX-nin nazirliyin tələbinə əsasən tenderi dayandırması və nətəcəsinin ləğv edilməsini istədiyi qeyd edilir.

Geri qayıt