Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Araşdırma, Manşet, Güney Press > Arxasında güclü şəxslərin durduğu “Dostluq H-EL MMC işçilərin pulunu yenə vermir
Arxasında güclü şəxslərin durduğu “Dostluq H-EL MMC işçilərin pulunu yenə vermirBu gün, 12:12 |
![]() Redaksiyamızın elektron poçtuna şikayət məktubu daxil olub. Məktubda deyilir: Bizim şikayətimiz DOSTLUQ H-EL (VÖEN:2007644391) şirkətindəndir. Bu şirket 2 ilden çoxdur ki, əvvəlki illerdə Xocalı və Laçın rayonlarında çalışan köhnə işçilərinin 15 min manatdan çox olan əmək haqlarını ödəməkdən boyun qaçırır. Eyni zamanda şirkətin 100 min manatdan çox vergi borcu var. Əvvəllər şirketin tesisçisi kimi bizi Elçin Şerifova yönlendirirdiler. 2025 ci ilden ise artıq tesisçi kimi Elçin İsgenderovu gösterirler. Elçin isgenderov ise çox kobud ve ezazil adamdır. Gah ona müraciet edenleri tehqir edir, gah da hərbi prokurorluqda çalışan oğlu Elnur İsgəndərovla hedeleyir. Şirkətin hazırki direktoru ve qanuni temsilçisi Mehdi Babayev, baş mühasibi Hidayet Nağıyev ve HR müdiri Elmar Əhmedov ise bize tutarlı bir cavab vermirler. Ancaq deyirlerki şirketin esl sahibi (sahibkarı) təqaüdde olan polis General-mayoru Heydərov Heydər Teyyub oğludur. Ala bilirsiz pulu gedib özünden alın. Əlbəttə ki, bunu kinaye ile deyirler. Heydərov eyni zamanda Elçin İsgenderovun yaxın dostudur. Sizdən xahiş edirik ki, vicdanlı ve dürüst jurnalistler olaraq bizim sesimize ses verin. İstenilen halda bu mesele ne qeder çox işıqlansa, bir o qederde tez hellini tapar. Bundan evvelde mediada bu şirketle bağlı çoxlu şikayetler derc edilib. Bezi xırda ödenişleride mehz bu xeberlerden sonra qaytarmağa mecbur olublar. Qeyd edek ki, Hidayet Nağıyevle Elmar Ehmedov haqqını teleb eden işçilerle çox vaxt kobud formada danışırlar, onları ele salmağa çalışırlar. İdmançı olan Elmar, hemde Heyder Heyderovun ” vuran elidir” deyirler. Xahiş edirik anonimliyimiz temin edilsin. Aktualinfo.org xatırladır ki, “Dostluq H-EL” MMC-nin işçilərinin əmək haqqlarını ala bilməmələri barədə şikayətləri barədə hələ ötən il məqalə yaymışdı. Həmin şikayətfdə isə deyilirdi ki, “Oktyabrın 10-da derc etdiyiniz xəbərdə adı çəkilən “Dostluq H-EL” şirkəti ilə bağlı bizim də narazılığımız var. Xəbərdə adı hallanan Mehdi Babayev əslində aysberqin görünən tərəfidir. Bütün işləri demek olar şirkətin əvvəlki qanuni təmsilçisi Şərifov Elçin Fərman oğlu idarə edir. Artıq 2 ildən çoxdur ki bu şirkət bir çox işçinin əmək haqlarını ödəmir, 100 min manatdan artıq vergi borcu olduğu halda tenderlərə qatılır ve ‘udur’. Öz pulunu istəyən işçilərə isə Şərifov tərəfindən hədə-qorxu gəlinir. Bu MMC ilə bağlı dəfələrlə şikayet edilib. Ancaq hələ də maaşını ala bilməyən işçilər var. Xahiş edirik bu məsələni işıqlandırasız. Biz bildiyimiz qədər şirkətin əsl sahibi Şərifov Elçinin yaxın dostu ehtiyatda olan generaldı.Hansı ki Elçin Şərifov ona arxayın olub istədyini edir”. Qeyd edək ki, sözügedən məqalədə “Dostluq H-EL” MMC -nin Goranboy Suvarma Sistemləri İdarəsi ilə işbirliyində olması, 3 pilləli Səfikürd nasos stansiyasının 1-ci pilləsində (D=1020x10mm,L=9.0 km) boru xəttinin təmiri işlərinin satın alınması üzrə 309.997,2 manat məbləğində tender udması barədə məlumatlar vermişdik. Bundan sonra “Dostluq H-EL” MMC -nin Hacıqabul Suvarma Sistemləri İdarəsi ilə torpaq məcralı Qobu-1 kanalının (PK00+00- PK10+00 L=1.km) beton üzlüyə alınması vəüzərindəki qurğuların əsaslı təmiri üzrə 249.999,63 manat məbləğində satınalma müqaviləsi bağlamışdı. Rəsmi məlumatlarda “Dostluq H-EL” (VÖEN: 2007644391) MMC Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 10.10.2022-ci ildə dövlət qeydiyyatına alındığı göstərilir. Nizamnamə kapitalı 50 manatdır. Hüquqi ünvanı BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, ZIĞ ŞOSSESİ, ev 4, BLUE OFFİCE, MƏRT. 5, qanuni təmsilçisi isə Babayev Mehti Nadır oğludur. Reyestr məlumatlarına edilmiş dəyişiklikdə MMC-nin təsisçisi və ilk qanuni təmsilçisinin Şərifov Elçin Fərman oğlunun olduğu göstərilir. Ötən il yaydığımız məqalədə MMC-nin dövlətə 120 597. 28 manat ödənilməmiş vergi borcu olduğunu yazmışdıq. Hazırda isə Dövlət Vergi Xidmətinin məlumat bazasında belə bir VÖEN-in mövcud olmadığı göstərilir. Şikayətdən də göründüyü kimi “Dostluq H-EL” MMC dövlət sifarişini yerinə yetirə bilmir, işçilərin əmək haqqını kəsir. Amma buna baxmayaraq 2024-cü ildə MMC “Azərenerji” ASC ilə “Elektrik Stansiyalarında istifadə olunacaq müxtəlif energetik yağların satın alınması (elektrik stansiyaların mühərriklərində mövcud olan energetik yağlara istehsalçının tələbinə və avadanlıqların istismar qaydalarına uyğun olaraq eyni markalı yağların əlavə edilməsi və yenilərinin tədarük olunması)” üzrə 2 979 522 manat manat məbləğində satınalma müqaviləsi bağlayıb. Qeyd edək ki, açıq mənbələrdə “Dostluq H-EL” MMC-nin fəliyyət sferası barədə heç bir məlumat yoxdu. Dövlət satınalmalarının portalına yerləşdirilmiş məlumatlardan da göründüyü kimi MMC şübhəli satınalmalarda iştirak edir. Bir yerdə elektrik stansiyalarına energetik yağlar satır, bir yerdə, boru xətti təmir edir, bir yerdə isə beton üzlük işləri görür. Şikayətçilərin bəhs etdikləri Xocalı və Laçın rayonlarında nə iş gördükləri barədə isə heç bir məlumat yoxdu. Görsənən odur ki, bu MMC-nin arxasında çox güclü şəxslər var. Yoxsa onlar belə tenderləri uda bilməz, belə özbaşınalıqlara heç vaxt yol verməzdilər. Şikayətlə bağlı məqalədə adı keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq. Aktualinfo.org Geri qayıt |