PREZİDENT DANİLO TÜRK İKİNCİ YERƏ ÇIXDI
Tarix: 12-11-2012, 10:15 |
Çap et
SLOVENİYADA SÇEKİLƏRİ KEÇMİŞ BAŞ NAZİR QAZANIBSloveniyada prezident seçkisi ikinci tura qalıb. “Mk.ru” saytı belə xəbər verir.
Mərkəzi Seçki Komissiyasının açıqlamasına görə, noyabrın 11-də keçirilən ilk turda sabiq baş nazir Borut Paxor önə çıxıb. O, seçicilərin 40 faizinin dəstəyini qazanıb. İndiki prezident Danilo Türk 35,84 faiz səslə ikinci olub. Digər namizəd – Avropa Parlamentinin deputatı Milan Zver 24,16 faiz səs toplayıb və marafonu tərk edib.
Dekabrın 2-də keçiriləcək ikinci turda Borut Paxor və Danilo Türk mübarizə aparacaqlar. \ "Media forum" \