MÜXALİFƏTƏ QARŞI DAHA BİR QANUN
Tarix: 15-11-2012, 11:28 |
Çap et
PARTİYALAR ÜÇÜN DƏ CƏZALAR DÜŞÜNÜLÜB
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılıb.
Trend-in məlumatına görə, Məcəllənin "Siyasi partiyalar haqqında" qanunvericiliyin pozulmasına görə cərimələr bölməsinə dəyişikliklər ediləcək.
Dəyişikliyə əsasən, siyasi partiyalar tərəfindən dövlət orqanlarının və vəzifəli şəxslərin fəaliyyətinə müdaxilə edilməsinə, həmçinin xarici dövlətlərin siyasi partiyalarının, onların bölmələrinin və təşkilatlarının yaradılmasına və fəaliyyətinə, ləğv edilmiş siyasi partiyanın adından çıxış etməyə və ya fəaliyyət göstərməyə görə, yaxud onun fəaliyyətinin qanunsuz təşkilində iştirak etməyə görə fiziki şəxslər 750-1500, vəzifəli şəxslər 1500-3000, hüquqi şəxslər 8000-15000 manat miqdarında cərimə ediləcəklər.
Bu əməlin təkrar törədilməsinə görə fiziki şəxslər 1500-3000 manat, vəzifəli şəxslər 3000-6000 manat, hüquqi şəxslər 15000-30000 manat miqdarında cərimə ediləcəklər.