YENİ MÜXALİFƏT TƏŞKİLATI YARADILIR
Tarix: 11-11-2011, 13:20 |
Çap et
HAKİMİYYƏTİN DAHA BİR GİZLİ PROJESİ
DİA.AZ: - Uzun müddətdir siyasi müxalifəti nəzarətinə almağa çalışan hakim komanda bu istiqamətdə bu vaxta qədər onlarla layihəsini gerçəkləşdirib. Müxalifət adı altında öz partiyalarını yaradan və onları həm yerli, həm də beynəlxalq ictimaiyyətə gerçək müxalifət kimi sırımağa çalışan iqtidar komandası maraqlıdır ki, bəzi situasiyalarda istəyinə nail olmuş kimi də görünüb.
Amma bu da son deyilmiş. Bu arada «Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia-az.life) daxil olan məlumatda bildirilir ki, bir qrup müxalif tanınmış yeni siyasi təşkilatın yaradılması yönündə təlimatlandırılıb. Bu barədə redaksiyamızı bilgiləndirən hökumət içindəki qaynaq iddia edir ki, həmin müxalif simalar hal-hazırda passiv kimidirlər və bəzilərinin hətta siyasi partiya mənsubiyyəti da yoxdur:
«Artıq bu yöndə fəaliyyətə rəhbərlik edəcək şəxs və bu məqsədlə xərclənəcək vəsait də müəyyən olunub. Yaxın günlərdə bu istiqamətdəki yeniliklərin cəmiyyətə rəsmən elanı da nəzərdə tutulub. Təbii ki, həmin şəxslər yeni müxalifət qüvvəsi kimi təqdim olunacaqlar».