AMERİKA HÖKUMƏTİ DƏ bp-Nİ VURDU
Tarix: 16-11-2012, 11:23 |
Çap et
BRİTANİYA ŞİRKƏTİ CƏZALANDIRILDINeft nəhəngi olan BP şirkəti 2010-cu ildə Meksika körfəzində neft sızıntısı səbəbindən 4,5 milyard dollar (5 milyard 601 milyon) cəza ödəməyi qəbul edib. Böyük Britaniyanın enerji şirkətinə bu cəzanı ABŞ-ın Ədliyyə Nazirliyi təyin edib.
Qeyd edək ki, Meksika körfəzində 2010-cu ilin aprel ayında baş verən partlayış zamanı şirkətin 11 əməkdaşı həlak olmuşdu. Partlayışdan sonra 4,9 milyon barel neft 87 gün ərzində dənizə yayılmışdı.
Nəzərinizə çatdıraq ki, BP-Böyük Britaniyanın enerji şirkətidir. Mərkəzi ofisi İngiltərənin paytaxtı Londonda yerləşir.1987-ci ilə qədər BP şirkəti dövlətin mülkiyyətində olub. "British Petroleum" Birləşmiş Krallıq üçün həyati əhəmiyyət kəsb edir. Britaniyanın 10 min vətəndaşının çalışdığı bu şirkət il ərzində büdcəyə 6 milyard funt-sterlinq (7 milyard 468 milyon AZN) gəlir gətirir. \ faktxeber.com \