QƏZZADAKI QIRĞINDAN YENİ MƏLUMAT
Tarix: 20-11-2012, 10:55 |
Çap et
RƏSMİ MOSKVA HƏRƏKƏTƏ KEÇDİFələstinin Qəzza bölgəsində qırğın səngimir. Noyabrın 20-nə olan məlumata görə, ötən həftənin çərşənbə günündən İsrail hərbi aviasiyası Qəzzaya 1350-yə yaxın uçuş keçirib. Bombardmanlarda 109 fələstinlinin həlak olduğu, 850 nəfərin yaralandığı bildirilir.
Qəzza bölgəsinə nəzarət edən “Həmas” hərəkatı isə noyabrın 14-dən İsrail ərazisinə 300-dək raket zərbəsi endirib. Bu hücumlar nəticəsində 3 nəfər həlak olub, 60-dan çox adam yaralanıb.
“Lenta.ru” saytı xəbər verir ki, Rusiya BMT Təhlükəsizlik Şurasına Qəzza qətnaməsi təqdim edib. Layihədə mülki şəxslərə hərbi hücumlar, o cümlədən terror aktları pislənir, Qəzza bölgəsinə humanitar yardım, dava-dərman və həkimlərin maneəsiz buraxılmasına çağırış yer alır, İsrail və Fələstin rəsmilərinə danışıq masası arxasında oturmaq təklif olunur. \ "Media forum" \