SPİKER BU GÜN İSTEFA VERƏCƏK
Tarix: 14-11-2011, 11:01 |
Çap et
ONUN İSTEFASINDA SİYASİ MƏQAMLARIN OLDUĞU BİLDİRİLİR
İstefa verəcəyini bir neçə gün əvvəl açıqlamış Ermənistan parlamentinin spikeri Ovik Abramyan bu gün qərarını rəsmiləşdirəcək.
Milli.Az xəbər portalının erməni KİV-nə istinadən verdiyi məlumata görə, hakim Respublika Partiyasının qərarı ilə o, partiyanın gələn il keçiriləcək parlament seçkisinə hazırlıqla bağlı kampaniyasına başçılıq edəcək.
Bəzi dairələr isə Abramyanın istefasında siyasi məqamların olduğunu bildirir.