MÜƏLLİMLƏRİ APARAN AVTOBUS QƏZAYA UĞRADI
Tarix: 11-12-2012, 10:26 |
Çap et
ÖLƏN VƏ YARALANANLAR VARBu gün səhər yerli vaxtla saat 06:30 radələrində İranın Çaharmahal və Bəxtiyari əyalətinin Şəhrkord şəhərindən Lordegan şəhərinə gedən istiqamətdə müəllimləri aparan avtobusla benzin daşıyan avtomobil toqquşub. Bu barədə Trend "Fars" agentliyinə istinadən məlumat verir.
Məlumata əsasən, hadisə nəticəsində müəllimlərdən üçü həlak olub, 21 nəfər isə yaralanıb.
Yaralılar xəstəxanaya çatdırılıb. Onların bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.