ÇOXMƏRTƏBƏLİ ÖLÜM
Tarix: 19-09-2011, 13:41 | Çap et
QATİL GÖYDƏLƏNLƏR ÖZ QURBANLARINI NECƏ MƏHV EDİR?
DİA.AZ: - Artıq bir neçə ildir ki, istər paytaxtda, istərsə də əyalətlərdə müxtəlif tikinti şirkətləri tərəfindən inşa edilən göydələn binaların sayı günbəgün artmaqdadır. Azərbaycan reallığında olduqca sərfəli biznes olan mənzil alqı-satqısının tikinti şirkətlərinə qazandırdığı külli miqdarda sərvətin nəticəsidir ki, bu gün orta məktəb və uşaq baxçasından tutmuş xəstəxana həyətlərinə qədər dövlət əhəmiyyətli torpaq sahələri də çoxmərtəbəli binaların tikinti meydançasına çevrilib.
Maraqlıdır ki, ölkə mətbuatı və tikinti üzrə mühəndis-ekspertlərin hamısı Azərbaycanda tikilən göydələnlərə münasibətdə yaınız bir faktın – onların keyfiyyətsiz inşası və bu səbəbdən də yeraltı təkanlara dayanıqlığının aşağı olması gerçəyinin üzərində dayanır ki, bu da problemin başqa tərəflərinin kölgədə qalmasına səbəb olur. Məsələ bundadır ki, bu gün zahiri əzəzməti və təntənəsi görünüşü ilə insanda rəğbət oyadan bu binaların böyük əksəriyyəti qatil funksiyasını yerinə yetirir. Çoxmərtəbəli ölüm maşınının insan həyatına necə və hansı şəkildə qəsd etdiyinə gəlincə, bu, xeyli maraqlı və bir o qədər də dəhşətlidir.
Kölgədə gizlənən ölüm
İlk öncə qeyd edək ki, ölçü və təyinatından asılı olmayaraq gerçəkləşdirilən hər bir tikilinin inşasında vətəndaşların çökmə və uçqun kimi təhlükələrdən sığortalanması üçün onların bilavasitə fiziki xəsarət almasını önləyən təhlükəsizlik tədbirləri həyata keçirilir. Bina inşasında istifadə olunan tikinti materiallarının keyfiyyətli olması, onların lazımi dəqiqlik və miqdarda istifadəsi bu cür təhlükələrin qarşısını almaq üçün görülən tədbirlərdən biridir. Lakin bu cür binaların inşasında gözlənilən, daha doğrusu, gozlənilməli olan şərtlərdən biri də vətəndaşların gigiyenik təhlükəsizliyinin təminatı ilə bağlıdır. Hələ sovet dönəmində aparılan elmi tədqiqatlar nəticəsində məlum olub ki, yaşayış binalarının bir-birinə hədddindən artıq yaxın məsafədə tikilməsi olduqca təhlükəlidir. Yaşayış binalarının bu şəkildə inşasının ölümgül xəstəliklərə yol açdığı dünya elminin çoxdan bəridir ki, qəbul etdiyi həqiqətlərdən biri olsa da, Azərbaycanda bu məsəsləyə yetərincə diqqət yetirilmədiyi məlum həqiqətlərdən biridir.
“Dünya” İnformasiya Agentliyi (dia-az.life) tərəfindən aparılan araşdırmalar nəticəsində bəlli olub ki, bir-birinə yaxın məsafədə tikilən binalar arasında məsafə həddindən artıq az olduğu üçün təhlükəli mikrob və bakteriyaların təbbi şəkilıdə məhvini həyata keçirən gün işığı sözügedən yaşayış obyektlərinin heç də hər tərəfini əhatə edə bilmir. Bu cür binalarda binaların bir və ya bur neçə hissəsi sutkanın bütün saatlarında gün işığı üçün keçilməz olur ki, bu da infeksion xəstəliklərin kölgə mühitində sürətlə artıb çoxalmasına gətirib çıxardır. Ümumiyyətlə, qəbul edilmiş standartlara əsasən binalar arasındakı məsafə onların hündürlüyündən iki dəfə çox aralı olmalıdır ki, gün ərzində lazımi qədər günəş işığı ilə təmin edilsin. Mütəxəssislərin hesablamasına görə, binaların kölgəsində artıb çoxalan mikrobların məhvi üçün onların kölgə saldığı əraziyə yay aylarında gündə ən azı 5 saat, yazda və payızda 3 saat, qışda isə 1 saat gün işığı düşməlidir. Lakin Azərbaycan reallığında inşa edilən binaların nəinki bu tələblərə qismən də olsa cavab vermədiyi, ümumiyyətlə, bu prinsiplərdən yerli-dibli uzaq olmasının nəticəsidir ki, bu gün həmin binalar ölüm yuvasına çevrilib. Hazırda ölkə paytaxtında istifadəyə verilən və demək olar ki, bir-birinə bitişik şəkildə inşa edilən binaların mikrob və infeksiya ocaqlarına çevrildiyi inkarolunmazdır. Ancaq təəssüflər olsun ki, ölkə göydələnləri ilə bağlı yeganə təhlükəli məqam yalnız bu deyil. Göydələnlərlə bağlı problemlərdən biri də onların əhatəsində əkilən ağaclarla bağlıdır.
Ölüm saçan yaşıllıqlar
Göydələn binların inşası ilə bağlı həyata keçirilməli olan kompleks tədbirlərdən biri də bu cür binaların tikildiyi ərazidə idman komplekslərinin və yaşıllıqların salınması ilə bağlıdır. Keçmiş sovet dönəmində qəbul edilmiş normativlərə görə, istənilən yaşayış rayonunun ərazisinin ən yaxşı halda yalnız 25%-ni göydələnlər təşkil etməli idi. Qalan ərazinin insanların sağlamlığı üçün idman kompleksləri və yaşıllıqlarla əhatə olunması vacib hesab edilirdi. O dövrün məlum standartlarına əsasən yaşayış binalarının mövcud olduğu rayonun ərazisinin 12,5%-ni uşaq meydançaları, 6,5%-ni idman meydançaları, 41,5%-ni yaşıllıqlar təşkil etməli idi. Xatırladaq ki, bugünki ekoloji böhran şəraitində yaşayış ərazisində yaşıllıqların artırılması ilə bağlı ötən illər üçün müəyyənləşən tələblər daha da artıb. Bu tələblərin hansı səviyyədə artırldığını müəyyən etmək üçün, təkcə bu fakta nəzər salmaq kifayətdir ki, bu da ABŞ-ın ümumi ərazisinin 25%-nin sonradan salınmış yaşıllıqlardan ibarət olması ilə bağlıdır. Bundan başqa, göydələnlər önündə əkilən ağacların növ və xüsusiyyətinə də ciddi şəkildə fikir verilməsi zəruridir. Belə ki, elmi baxımdan yaşayış binalarının qarşısında, çinar, söyüd kimi ağacların əkilməsi yolverilməz hesab edilir ki, bunun da çox ciddi səbəbi mövcuddur. Aparılan tədqiqatlar nəticəsində məlum olub ki, sözügedən ağacların yarpaqları ətrafdakı mikrob və bakteriyaları özünə cəlb edən və bu mikrobları öz yarpaqlarının alt hissəsində cəmləyərək artırıb çoxaldan ağaclar kimi, insanların gur məskunlaşdığı yerlər üçün arzuedilməzdir. Sıx yaşayış zonalarında daha çox iynəyarpaqlı ağacların əkilməsi məsləhət görülür ki, bu da məlum ağacların vərəm çöpləri də daxil bir sıra mikrobları özünə cəlb edib məhv etməsi ilə bağlıdır. Lakin bu gün Azərbaycanda tikilən göydələnlərə ötəri də olsa nəzər salmaq kifayətdir ki, binaların ən cüzi yaşıllığa belə həsrət qalması məlum olsun. Həmçinin, əkilən tək-tük ağaclar içərisində də söyüd və çinar kimi təhlükəli ağac növləri üstünlük təşkil edir ki, bu da həmin ağacların iynəyarpaqlı və digər növ ağaclara nisbətən daha tez böyüməsi ilə əlaqədardır. Bu isə tikinti və abadlıq işləri aparan şirkətlərin insanların sağlamlığından başqa hər şey haqqında düşündüyündən xəbər verir.
İkiqat tələ
Binaların bir-birinə yaxın məsafədə inşasını arzuedilməz edən məqamlardan biri də fövqəadə hallar – xüsusilə də zəlzələ zamanı insanların təxliyyə üçün toplaşa biləcəyi geniş, açıq bir sahəyə ehtiyac duyulması ilə bağlıdır. Qərb ölkələri və eləcə də qonşu Rusiyada göydələnlərin inşası zamanı nəzərə alınan amillərdən biri də binalar arasında kifayət qədər boş, geniş ərazinin olmasıdır ki, bu da təbbi və ya texnogen qəzalar zamanı insanların təhlükəli ərazidən tez və qısa zaman ərzində köçürülməsini təmin edir. Odur ki, sözügedən ölkələrdə binalar arasında park və xiyabanların salınması, idman meydançalarının yaradılması həm də bu məqsədə hesablanır. Xatırladaq ki, paytaxt Bakıda tikilən göydələnlərin inşasında bu amil də nəzərə alınmır ki, bu da istənilən orta ballıq zəlzələdə çox böyük itkilərə səbəb ola bilər. Qeyd edək ki, türkiyədə gerçəkləşən məşhur istanbul zəlzələsi zamanı on minlərlə insan məhz göydələnlər arasındakı park və meydançalarda gecələyərək zəlzələnin növbəti dalğalarını dəf etmiş və bunun sayəsində əlavə itkilərin verilməsinin qarşısı alınmışdır. Azərbaycandakı göydələnlərin əhatəsində bu cür yelərin olmadığını nəzərə alsaq o zaman, varılığı ölüm bəxş edən binaların təbii fəlakət zamanı yerlə bir olacaq divarlarının da gizlənməyə yer tapa bilməyən insanların üzərinə aşacağı məlum olar. Məhz bu baxımdan hazırda minlərlə insanın məskunlaşdığı göydələnləri vətəndaşlar üçün hazırlanmış ikiqat tələ kimi qiymətləndirmək mümkündür.
Pulla alınan ölüm
Yuxarıda qeyd etdiyimiz kimi, yaşayış binalarının inşası üçün gərəkli olan tələblər kifayət qədər böyükdür. Lakin pulun hər cür qayda-qanundan üstün mövqedə qərarlaşdığı Azərbaycanda bu amillərin yerli-dibli nəzərə alınmadığı insanların böyük əksəriyyəti üçün nəini məlum, həm da normal və təbiidir. Ancaq nədənsə insanlar unudur ki, uzun illər ərzində min bir əziyyətlə qazandıqları pulla aldıqları mənzil onlarda cəmi bir neçə ildən sonra amansız xəstəliklərə düçar edəcək. Rahat və geniş mənzillərdə yaşayaraq sağlam həyat tərzi keçirdiyini düşünən insanların bəlkə də bəlli bir qismi ömürlərinin sonuna üzləşdikləri xəstəliklərlə mübarizə aparacaq, lakin bu xəstəliklərinin kökünün yaşadıqları bina ilə əlaqədar olduğunu, hər işə gedəndə, hər işdən qayıdanda bu xəstəliyin düz ortasından keçib getdiklərini ağıllarına belə gətirməyəcəklər. İnsanlar bilməyəcək ki, apardıqları müalicə başa çatar-çatmaz yenidən xəstəliyə düçar olmaqlarının yeganə səbəbi onların gigiyenik baxımdan yararsız olan binada məskunlaşmaları, bu binanın ölüm qoxan nəfəsini içlərinə çəkmələridir. Və insanlar bilməyəcək ki, onların mənzil adı ilə aldıqları şey əslində ölümün ta özüdür.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistan real addımlar atmalı və Zəngəzur dəhlizini açmalıdır - ÇAĞIRIŞ
Bu gün, 02:00 |
|
|
|
• Azərbaycanlı nazirin oğlu ilə sevgili olan müğənni "Tramp"dan görün nə istədi
Bu gün, 01:54 |
|
|
|
• "Wolt"un velosipedçisi "Dihaj"ın anasını vurub - TƏFƏRRÜAT
Bu gün, 01:29 |
|
|
|
• TAKSİ DƏLƏDUZLUĞU... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 01:26 |
|
|
|
• Erməni aktrisanın qardaşı dəlixanada öldürüldü
Bu gün, 01:24 |
|
|
|
• "Kişilər sanki sosial şəbəkədə ov axtarışına çıxıblar" - PSİXOLOQDAN SENSASİON AÇIQLAMA
Bu gün, 01:22 |
|
|
|
• Ali nümayəndədən ibtidai fikirlər - FAKT BUDUR!
Bu gün, 00:26 |
|
|
|
• Mərkəzi Xəstəxananın direktor müavini işdən çıxarıldı - ƏMR
Bu gün, 00:23 |
|
|
|
• "Naxçıvanda əməlli-başlı dərəbəylikdir, kim nə istəyir edir..." - NARAZILIQ VAR
Bu gün, 00:17 |
|
|
|
• “Bəli, küsmüşəm, incimişəm, rollar oynamaq istəyirəm, amma ortada heç nə yoxdur” - GİLEY
Bu gün, 00:09 |
|
|
|
• Biznesmenlər bürokratiyaya qarşı: “Tramp Maska vəzifə verməklə...” - GƏLİŞMƏ
Bu gün, 00:06 |
|
|
|
• Eyni şirkət dövlət qurumunun 4 tenderini uddu - 5 MİLYON MANAT QAZANDI
Bu gün, 00:02 |
|
|
|
• Paşinyan sülh müqaviləsinin bir hissəsini açdı - NƏ BAŞ VERİR?
Dünən, 23:14 |
|
|
|
• Paşinyan xarici auditoriyaya hansı siqnallar ötürür? - Ovannisyan sirləri açdı
Dünən, 23:11 |
|
|
|
• Gənc şair faciəvi şəkildə öldü
Dünən, 23:07 |
|
|
|
• Parisin SAXTA MAHİYYƏTİ... - ŞƏRH
Dünən, 21:36 |
|
|
|
• Azərbaycanda artan varlı görünmək xəstəliyi: Psixoloji problem imiş - AXI NİYƏ?..
Dünən, 21:33 |
|
|
|
• ABŞ-nin dövlət borcu tarixdə ilk dəfə 36 trilyon dolları keçdi
Dünən, 19:52 |
|
|
|
• Məktəbdə qızı döyən azərbaycanlı şagirdə cinayət işi açıldı - FOTO
Dünən, 19:45 |
|
|
|
• Paşinyanın sözləri havaya atılan güllələr kimidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00 |
|
|
|
• Qanunların himayəsində - “Avropa yaşlanır, amma qocalmır”
Dünən, 18:58 |
|
|
|
• "Zelenskinin alternativi yoxdur" - Zərdüşt Əlizadə
Dünən, 18:37 |
|
|
|
• Tehran Vaşinqtona məxfi mesaj göndərib - KİV
Dünən, 18:32 |
|
|
|
• Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir - MƏQALƏ
Dünən, 18:30 |
|
|
|
• MN-dəki 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmə istintaqı yekunlaşıb - DETALLAR
Dünən, 18:21 |
|
|
|
• “Araz” Supermarketlər Şəbəkəsindən kənd təsərrüfatının inkişafına dəstək - Asiya İnkişaf Bankı ilə 10,5 milyon dollarlıq saziş imzalandı
Dünən, 18:14 |
|
|
|
• “Elmanado” şirkətinin dövlətə 703 min manat vergi borcu var - DETALLAR
Dünən, 18:11 |
|
|
|
• Zakir Fərəcov səyyar qəbul keçirdi - FOTOLAR
Dünən, 18:07 |
|
|
|
• Aşıq Namiq atasının ölümündə həkimi ittiham etdi - Şok AÇIQLAMA
Dünən, 18:05 |
|
|
|
• Anasının il mərasiminə getmişdi, özünü güllələdi
Dünən, 17:59 |
|
|
|
• Həbs edilən məmurun ailəsində insident: Atası anasını bıçaqlayıb - TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• Ermənistan COP29-a GƏLƏCƏK? – “Azərbaycanın tələbi hələ də qüvvədədir”
Dünən, 17:55 |
|
|
|
• Vəzifəli şəxslərə rüşvət verməklə cinayət məsuliyyətindən azad etdirəcəyini vəd verib – HÖKM
Dünən, 17:51 |
|
|
|
• Hamı bura üz tutur: Naxçıvandan axırıncı çıxan QAPINI ÖRTSÜN... - ACINACAQLI MƏNZƏRƏ...
Dünən, 17:48 |
|
|
|
• "3 il ərzində boşanma qərarını verən evli cütlüklərə yüksək cərimə tətbiq olunsa... evliliyə və boşanmağa daha ciddi yanaşma olacaq"
Dünən, 17:44 |
|
|
|
• Tiflisin vasitəçilik təklifi nəyə xidmət edir?
Dünən, 17:40 |
|
|
|
• Paşinyan niyə Azərbaycanla strateji sövdələşməyə ehtiyac duyur? - İNCƏLƏMƏ
Dünən, 17:35 |
|
|
|
• Gürcüstandan vasitəçilik təklifi: Azərbaycan razı, bəs İrəvan? - AKTUAL
Dünən, 17:31 |
|
|
|
• Sabiq erməni prezident məhkəmədən qaça BİLMƏDİ - erməni KİV
Dünən, 17:24 |
|
|
|
• Fransa COP29-a qatılmamaqla qlobal iqlim problemlərində maraqlı olmadığını göstərdi - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:22 |
|
|
|
• Azərbaycan üçün sevindirici proqnoz – “Güc onlardadır, gəlirlər, qərar dəyişəcək”
Dünən, 17:19 |
|
|
|
• Murad Adıgözəlzadənin köməkçisi barəsindəki cinayət işinə xitam verilib - TƏFƏRRÜAT
Dünən, 17:17 |
|
|
|
• Ermənistanda tarixi dəyişiklik: Paşinyan anonsunu verdi - KİV
Dünən, 17:11 |
|
|
|
• Başçı təzə olsa da... - NARAHATÇILIQ VAR...
Dünən, 17:07 |
|
|
|
• İngiltərə şirkəti Azərbaycanda ləğv edilir
Dünən, 17:03 |
|
|
|
• Müştərilər ən çox bu banklardan şikayət edirlər - SİYAHI
Dünən, 17:00 |
|
|
|
• “Azərbaycan Duz İstehsalat Birliyi” MMC-yə çevrilir
Dünən, 16:56 |
|
|
|
• Əlində Quran gəldi, bağışladım - Aşıq Namiq
Dünən, 16:53 |
|
|
|
• Tramp elektromobil bazarına “zərbə” vurmağa hazırlaşır – “Tesla” bundan faydalana bilər
Dünən, 16:52 |
|
|
|
• Valeh Allahverdiyev Bakı həbsxanasında ÖLDÜ
Dünən, 16:51 |
|
|
|
|