“LOTOS”DA SAHİBKALARA NECƏ DİVAN TUTULUR?
Tarix: 17-12-2012, 11:10 |
Çap et
TİCARƏT MƏRKƏZİNİN HACI ARAZ ADLI SAHİBİNDƏN NARAZILIQ EDİRLƏRDİA.AZ: - Redaksiyamıza metronun “Neftçilər” stansiyasının yaxınlığında yerləşən “Lotos” Ticarət Mərkəzindən şikayət məktubu daxil olub. DİA.AZ-a müraciət edən bir qrup sahibkar “Lotos”un sahibi olan Hacı Araz adlı şəxsin özbaşınalıqlarından əziyyət çəkdiklərini bildirirlər.
Redaksiyamıza daxil olan şikayət məktubunda deyilir: “Salam hörmətli redaksiya. Sizə Lotos ticarət mərkəzinin bir qrup arendatoru adından müraciət edirik. Nəzərinizə çatdırırq ki, haqqımız tapdanır. Ticarət mərkəzinin sahibi olan Hacı Araz adlı şəxs icarədarların hüququna hörmət qoymur. İstədiyi zaman dükanlarımızı əlimizdən alaraq digər şəxslərə verir. Dükanların qarşısına qoyulan mankenlər üçün də bizdən əlavə pul tələb edir”.
Hacı Arazın zülmündən narazı düşən sahibkarlar daha sonra yazır: “Xoşuna gəlməyən icarədarları adi bir bəhanə ilə ticarət mərkəzindən qovdurur. Ticarət mərkəzində standart dükanların hər biri üçün 500-700 manat icarə pulu veririk. Dükanın qabağına manken qoymağın qiyməti 200 manatdır. Hacı olan, din adamı olan Hacı Araz işçilərimizə də qarışır. Xoşuna gəlməyən işçilərin azad edilməsini tələb edir. “Lotos”da hər şey icarədarların soyulmasına xidmət edir. Buna görə də dükanı əlindən alınana, sıxışdırılan bəzi ticarətçilər “Lotos”u tərk edib digər ticarət mərkəzlərinə gedir. Ticarət mərkəzinin administratorları da başımıza ağa kəsilib. Ticarət mərkəzində ondan çox administrator var. Onların yeganə işi ticarət mərkəzindəki sahibkarların ticarətinə mane olmaqdan ibarətdir. Onlar bizi sıxışdırmaqla əlavə pul verməyə vadar etmək istəyir. Bütün bunların başında isə Hacı Araz dayanır”.