ƏHMƏDİNEJAD NİYƏ ANKARAYA GETMƏDİ?
Tarix: 17-12-2012, 12:26 |
Çap et
SƏFƏR TƏXİRƏ SALINDIİran prezidenti Mahmud Əhmədinejadın Türkiyəyə səfəri son anda təxirə salınıb. Mahmud Əhmədinejad Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Mövlananın doğulmasının 739-cu ildönümü münasibətilə Konya şəhərində keçiriləcək "Şəbi-Əruz" tədbirində iştirak etməli idi.
Lakin CNN Türk-ün diplomatik mənbələrə istinadən verdiyi məlumata görə, İran prezidenti Mahmud Əhmədinejad bir başqa proqramı ilə əlaqədar Konyaya gəlməyəcək. İranlı diplomatlar da Əhmədinejadın gəlməyəcəyini təsdiqləyiblər.