RUSİYADA JURNALİST QƏTLİAMI
Tarix: 18-12-2012, 11:20 |
Çap et
SON 20 İLDƏ 341 JURNALİST QƏTLƏ YETRİLİBRusiya Jurnalistlər Birliyi (RJB) son 20 ildə ölkə ərazisində 341 jurnalistin öldürüldüyünü açıqlayıb.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, RJB-nin siyahısına müharibələrdə, terrora qarşı mübarizə əməliyyatlarında və qaçırılaraq öldürülən jurnalistlər daxil edilib.
Rusiyanın jurnalistlərin fəaliyyəti baxımından ən təhlükəli bölgəsi Dağıstan olub. 2008-ci ildən bu günə qədər bölgədə 16 jurnalist öldürülüb.
RJB Rusiyada jurnalistlərin ölümü ilə bağlı cinayət işlərinin üstünün açılmadığını və cinayətkarların cəzasız qaldığını bildirib.