DAHA İKİ MƏMURUMUZ ŞİRİNCƏ YOLUNU TUTDU
Tarix: 20-12-2012, 12:56 |
Çap et
QİYAMƏT QORXUSU VƏZİFƏLİLƏRİ ƏMƏLLİ-BAŞLI HƏYƏCƏNA GƏTİRİB...DİA.AZ: - Redaksiyamıza hökumət içindəki qaynaqlardan maraqlı bir məlumat ötürülüb. Hələlik DİA.AZ-a daxil olan informasiyadakı həqiqət payının dərəcəsini müəyyən edə bilməsək də, maraqlı gəldiyindən sizinlə bölüşmək fikrinə düşdük.
Xatırlayırsınızsa, bir neçə gün əvvəl 21 dekabr tarixilə bağlı bəzi məmurların və iş adamlarının öz ailə üzvlərini Türkiyənin «qiyamətdən sığortalanmış» Şirincə kəndində yollaması barədə xəbər vermişdik.
Bunu diqqətə çatdıran mənbəmiz bildirdi ki, dünən və bu gün qardaş ölkəyə daha iki məmurumuz səfər edib: «Onların da Şirincəyə üz tutacaqları deyilir. Çünki hər iki məmurun səfəri qeyri-rəsmidir və hətta bu gün işdə olmalı idilər».
Mənbəmiz bildirdi ki, həmin məmurlardan biri Prezident Administrasiyasının işçisidir. Qeyd edək ki, redaksiyamıza konkret adlar təqdim olunub, amma dəqiqləşdirmə imkanımızın olmaması onlar barədə təfsilatlı informasiyaların paylaşdırılmasını mümkünsüz edir.