AZAD SURİYA ORDUSU 3 HAVA LİMANINI MÜHASİRƏYƏ ALIB
Bu gün Azad Suriya Ordusu Hələb şəhərində üç aeroportu mühasirəyə aldığını bəyan edıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "Əl-Ərəbiyyə" telekanalı xəbər verib.
Bundan başqa, Azad Suriya Ordusu HHQ kəşfiyyatının Hələbdə yerləşən mənzil-qərargahına da nəzarət edir.