PUTİN İNDİ DƏ ŞANTAJA KEÇİB
Tarix: 1-01-2013, 13:03 |
Çap et
RUSLAR UKRAYNAYA SATDIQLARI QAZI BAHALAŞDIRIRRusiya Ukrayna üçün qaz qiymətlərini endirməyəcək. ANS PRESS-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, bunu Rusiya XİN-in iqtisadi əməkdaşlıq departamentinin direktoru Aleksandr Qorban bəyan edib. "Ukraynaya qazı Belarusla eyni qiymətə satmaqla bağlı tələbələrə gəldikdə, bu, mümkün deyil. Rusiya buna getməyəcək. Nəyə görə bunu etməlidir?", - Rusiya XİN-in rəsmisi bildirib.
Diplomat qeyd edib ki, Rusiya və Belarus Gömrük İttifaqının üzvüdürlər və vahid iqtisadi ittifaqa doğru gedirlər. Onun sözlərinə görə, Ukrayna Gömrük İttifaqına üzv ola və bundan sonra Belarusla eyni qiymətə qaz ala bilər: "Amma Ukrayna eyni vaxtda iki vektoru qorumağa çalışır: həm onu gözləmədikləri Avropa Birliyinə üzv olmaq istəyir, həm də daha sərfəli olan Gömrük İttifaqının işində iştirak etmək arzusundadır. Belə şey mümkün deyil".