Ötən sutka ərzində Suriyanın müxtəlif bölgələrində "Azad Suriya Ordusu" və hökumət qoşunları arasında baş vermiş toqquşmalarda ən azı 145 nəfər dünyasını dəyişib. Trend-in "əl-Cəzirə" telekanalına istinadən verdiyi məlumata görə, ölənlərin əksəriyyəti Hələb və Dəməşq şəhərlərinin sakinləridir.