SƏHİYYƏDƏ NAZİR-MÜAVİN TOQQUŞMASI
Tarix: 16-11-2011, 15:02 | Çap et
“ƏLİ İNSANOVUN YADİGARI” ELSEVƏR AĞAYEVƏ KORRUPSİYA İTTİHAMI
DİA.AZ: - Hakimiyyətin gələn ilin yanvarına planlaşdırdığı total kadr islahatlarının ertələnə biləcəyi haqda məlumatlar daha da intensiv xarakter almaqdadır. Yerli mətbuatda verilən xəbərlərə görə, artıq bir sıra strukturlarda həyata keçiriləcək dəyişikliklərlə bağlı ciddi tədarük dönəminə başlanılıb. Konkret olaraq söhbət, iki nazirin və bir neçə rayonun icra başçısının yola salınmasından gedir.
Bununla yanaşı, bir sıra strukturlarda yüksəkçinli məmurların da hakim komandadan çıxdaş ediləcəyi söylənilməkdədir. Onlardan biri isə hazırda səhiyyə nazirinin müavini postunu tutan Elsevər Ağayevdir. Bildirək ki, Elsevər Ağayev hazırda həbsdə saxlanılan keçmiş səhiyyə naziri Əli İnsanovun ən etibarlı adamlarından olub və Əli İnsanovdan qalma yeganə kadr olaraq günü bu gün də SN-də fəaliyyətini sürdürməkdədir. Bu barədə məlumat verən mötəbər mənbələrin sözlərindən belə məlum olur ki, Elsevər Ağayev hələ özəlləşdirmə dövründə Əli İnsanovun kassiri rolunu oynayıb: «Xəstəxanaların və SN-yə məxsus obyekt və ərazilərin özəlləşdirilməsi siyasəti birbaşa olaraq Elsevər Ağayevin rəhbərliyi altında həyata keçirilib. Və bunun da nəticəsində bu gün Elsevər Ağayev maddi imkanlarına görə, hətta iri ranqlı məmurlarla yanaşı dayana bilər».
Məlumat üçün bildirək ki, Elsevər Ağayev hal-hazırda ölkədəki qeyri-leqal dərman biznesinin əsas fiqurlarından hesab olunur. Məhz onun nəzarəti altında ölkənin dərman depoları ilə bağlı siyasət yönləndirilir. Bu barədə gələn bilgilərə görə, hazırda Cənubi Qafqazda ən böyük dərman deposuna malik olan və dərman bazarında hətta mərhum Aqil Əliyev kimi bir fiqurun yaxınlarını belə sıxışdırıb çıxarmağa müvəffəq olan, son seçkilərdə Şəkidən deputat seçilmiş Cavanşir Feyziyevin əsas qüdrəti də onun Elsevər Ağayevlə yaxın olması ilə əlaqədardır. Doğrudur, bir ara mətbuatda belə bir məlumat yayıldı ki, Cavanşir Feyziyevlə Elsevər Ağayevin münasibətləri korlanıb və hətta millət vəkilinin Elsevər Ağayevin yerinə nazir müavini postuna gətirilməsi də planlaşdırılır. Lakin çox keçmədi ki, bu məlumatlar təsdiq olunmadı. Əslində bu gözlənilən də deyildi. Çünki Cavanşir Feyziyevlə Elsevər Ağayev bu gün ortaqdırlar və deputatın dərman biznesinin çiçəklənməsində nazir müavininin müstəsna xidmətləri var. Mənbələr bildirir ki, Elsevər Ağayev dostu Cavanşir Feyziyevlə həm də iş ortağıdırlar və onun «Avromed» şirkətində payı var.
Son məlumatlara görə, Elsevər Ağayevin durumu kəskin dərəcədə pisləşdiyindən SN şefi Oqtay Şirəliyev nəhayətdə onunla yollarını ayırma cəsarətini nümayiş etdirib. Ona görə CƏSARƏT məsələsinə xüsusi toxunduq ki, bu vaxta qədər nazirin öz müavini ilə baş etmədiyi bildirilirdi. Məlumatlara görə, hakimiyyətiçi kürd qruplaşmasının kurasiyasında olan Elsevər Ağayev məhz himayədarlarının hesabına öz mövqelərini bu günə qədər qoruyub-saxlaya bilib: «İndi isə durum tamamən fərqlidir və nəzərdə tutulan kadr islahatlarında kimin hansı qüvvəyə yaxın olmasının heç bir önəmi yoxdur».
Mənbə bildirir ki, Oqtay Şirəliyev öz müavinini zərərsizləşdirə bilməsi üçün bəzi «profilaktik tədbirləri» də həyata keçirib: «Oqtay müəllim əməlli-başlı donosbaza çevrilib. O, Elsevər Ağayevlə bağlı kampramat xarakterli materialları Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə ötürüb».
Mənbənin sözlərinə görə, hazırda bu istiqamətdə çox ciddi araşdırmalar aparılır: «Hətta araşdırmalarla bağlı SN rəhbərliyi də məlumatlandırılıb. Təbii ki, bu məlumatlandırma Oqtay Şirəliyevin ürəyincədir. Çünki kampramatların qaynağı odur. Və məqsəd də Elsevər Ağayevin zərərsizləşdirilməsidir». Son məlumatlardan aydın olur ki, araşdırılmalara təqdim olunan faktların böyük hissəsi məhz Əli İnsanovun nazir olduğu dönəmdə həyata keçirilən özəlləşdirilmə ilə bağlıdır: «Təbii ki, bu belə də olmalı idi. Çünki Elsevər Ağayev məhz həmin dönəmdə milyonları həzm-rabedən keçirib. Oqtay Şirəliyev nazir təyin olunanda artıq xəstəxanaların böyük əksəriyyəti özəlləşmişdi. Daha dəqiqi, «yağlı tikələr» yeyilmişdi. Yeni nazir hətta ərazisi özəlləşdirələrək satılan xəstəxanalarla bağlı müəyyən addımlar atmağa çalışsa da, buna nail ola bilməmişdi. İndi isə fürsətdir».
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistan real addımlar atmalı və Zəngəzur dəhlizini açmalıdır - ÇAĞIRIŞ
Bu gün, 02:00 |
|
|
|
• Azərbaycanlı nazirin oğlu ilə sevgili olan müğənni "Tramp"dan görün nə istədi
Bu gün, 01:54 |
|
|
|
• "Wolt"un velosipedçisi "Dihaj"ın anasını vurub - TƏFƏRRÜAT
Bu gün, 01:29 |
|
|
|
• TAKSİ DƏLƏDUZLUĞU... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 01:26 |
|
|
|
• Erməni aktrisanın qardaşı dəlixanada öldürüldü
Bu gün, 01:24 |
|
|
|
• "Kişilər sanki sosial şəbəkədə ov axtarışına çıxıblar" - PSİXOLOQDAN SENSASİON AÇIQLAMA
Bu gün, 01:22 |
|
|
|
• Ali nümayəndədən ibtidai fikirlər - FAKT BUDUR!
Bu gün, 00:26 |
|
|
|
• Mərkəzi Xəstəxananın direktor müavini işdən çıxarıldı - ƏMR
Bu gün, 00:23 |
|
|
|
• "Naxçıvanda əməlli-başlı dərəbəylikdir, kim nə istəyir edir..." - NARAZILIQ VAR
Bu gün, 00:17 |
|
|
|
• “Bəli, küsmüşəm, incimişəm, rollar oynamaq istəyirəm, amma ortada heç nə yoxdur” - GİLEY
Bu gün, 00:09 |
|
|
|
• Biznesmenlər bürokratiyaya qarşı: “Tramp Maska vəzifə verməklə...” - GƏLİŞMƏ
Bu gün, 00:06 |
|
|
|
• Eyni şirkət dövlət qurumunun 4 tenderini uddu - 5 MİLYON MANAT QAZANDI
Bu gün, 00:02 |
|
|
|
• Paşinyan sülh müqaviləsinin bir hissəsini açdı - NƏ BAŞ VERİR?
Dünən, 23:14 |
|
|
|
• Paşinyan xarici auditoriyaya hansı siqnallar ötürür? - Ovannisyan sirləri açdı
Dünən, 23:11 |
|
|
|
• Gənc şair faciəvi şəkildə öldü
Dünən, 23:07 |
|
|
|
• Parisin SAXTA MAHİYYƏTİ... - ŞƏRH
Dünən, 21:36 |
|
|
|
• Azərbaycanda artan varlı görünmək xəstəliyi: Psixoloji problem imiş - AXI NİYƏ?..
Dünən, 21:33 |
|
|
|
• ABŞ-nin dövlət borcu tarixdə ilk dəfə 36 trilyon dolları keçdi
Dünən, 19:52 |
|
|
|
• Məktəbdə qızı döyən azərbaycanlı şagirdə cinayət işi açıldı - FOTO
Dünən, 19:45 |
|
|
|
• Paşinyanın sözləri havaya atılan güllələr kimidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00 |
|
|
|
• Qanunların himayəsində - “Avropa yaşlanır, amma qocalmır”
Dünən, 18:58 |
|
|
|
• "Zelenskinin alternativi yoxdur" - Zərdüşt Əlizadə
Dünən, 18:37 |
|
|
|
• Tehran Vaşinqtona məxfi mesaj göndərib - KİV
Dünən, 18:32 |
|
|
|
• Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir - MƏQALƏ
Dünən, 18:30 |
|
|
|
• MN-dəki 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmə istintaqı yekunlaşıb - DETALLAR
Dünən, 18:21 |
|
|
|
• “Araz” Supermarketlər Şəbəkəsindən kənd təsərrüfatının inkişafına dəstək - Asiya İnkişaf Bankı ilə 10,5 milyon dollarlıq saziş imzalandı
Dünən, 18:14 |
|
|
|
• “Elmanado” şirkətinin dövlətə 703 min manat vergi borcu var - DETALLAR
Dünən, 18:11 |
|
|
|
• Zakir Fərəcov səyyar qəbul keçirdi - FOTOLAR
Dünən, 18:07 |
|
|
|
• Aşıq Namiq atasının ölümündə həkimi ittiham etdi - Şok AÇIQLAMA
Dünən, 18:05 |
|
|
|
• Anasının il mərasiminə getmişdi, özünü güllələdi
Dünən, 17:59 |
|
|
|
• Həbs edilən məmurun ailəsində insident: Atası anasını bıçaqlayıb - TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• Ermənistan COP29-a GƏLƏCƏK? – “Azərbaycanın tələbi hələ də qüvvədədir”
Dünən, 17:55 |
|
|
|
• Vəzifəli şəxslərə rüşvət verməklə cinayət məsuliyyətindən azad etdirəcəyini vəd verib – HÖKM
Dünən, 17:51 |
|
|
|
• Hamı bura üz tutur: Naxçıvandan axırıncı çıxan QAPINI ÖRTSÜN... - ACINACAQLI MƏNZƏRƏ...
Dünən, 17:48 |
|
|
|
• "3 il ərzində boşanma qərarını verən evli cütlüklərə yüksək cərimə tətbiq olunsa... evliliyə və boşanmağa daha ciddi yanaşma olacaq"
Dünən, 17:44 |
|
|
|
• Tiflisin vasitəçilik təklifi nəyə xidmət edir?
Dünən, 17:40 |
|
|
|
• Paşinyan niyə Azərbaycanla strateji sövdələşməyə ehtiyac duyur? - İNCƏLƏMƏ
Dünən, 17:35 |
|
|
|
• Gürcüstandan vasitəçilik təklifi: Azərbaycan razı, bəs İrəvan? - AKTUAL
Dünən, 17:31 |
|
|
|
• Sabiq erməni prezident məhkəmədən qaça BİLMƏDİ - erməni KİV
Dünən, 17:24 |
|
|
|
• Fransa COP29-a qatılmamaqla qlobal iqlim problemlərində maraqlı olmadığını göstərdi - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:22 |
|
|
|
• Azərbaycan üçün sevindirici proqnoz – “Güc onlardadır, gəlirlər, qərar dəyişəcək”
Dünən, 17:19 |
|
|
|
• Murad Adıgözəlzadənin köməkçisi barəsindəki cinayət işinə xitam verilib - TƏFƏRRÜAT
Dünən, 17:17 |
|
|
|
• Ermənistanda tarixi dəyişiklik: Paşinyan anonsunu verdi - KİV
Dünən, 17:11 |
|
|
|
• Başçı təzə olsa da... - NARAHATÇILIQ VAR...
Dünən, 17:07 |
|
|
|
• İngiltərə şirkəti Azərbaycanda ləğv edilir
Dünən, 17:03 |
|
|
|
• Müştərilər ən çox bu banklardan şikayət edirlər - SİYAHI
Dünən, 17:00 |
|
|
|
• “Azərbaycan Duz İstehsalat Birliyi” MMC-yə çevrilir
Dünən, 16:56 |
|
|
|
• Əlində Quran gəldi, bağışladım - Aşıq Namiq
Dünən, 16:53 |
|
|
|
• Tramp elektromobil bazarına “zərbə” vurmağa hazırlaşır – “Tesla” bundan faydalana bilər
Dünən, 16:52 |
|
|
|
• Valeh Allahverdiyev Bakı həbsxanasında ÖLDÜ
Dünən, 16:51 |
|
|
|
|