TÜRKİYƏDƏ DƏHŞƏTLİ QƏTLİAM
Tarix: 22-01-2013, 12:19 |
Çap et
POLİS ƏMƏKDAŞI İŞ YOLDAŞLARINI GÜLLƏLƏYİBBu gün səhər Türkiyədə həbsxana gözətçisi qanlı qətliam törədib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Ankaranın Sincan bölgəsində hüquq-mühafizə əməkdaşı xidməti avtobusa minərək, Sincan həbsxanasına işə gedən yoldaşlarına silahla atəş açıb. Açılan atəş avtobusdakı 4 nəfərə dəyib. Onlardan üçü hadisə yerində ölüb, digərinin vəziyyəti isə olduqca ağırdır.
Hadisədən əvvəl həmin şəxsin iş yoldaşları ilə mübahisə etdiyi bildirilir.
Polislər hadisəni törədən məmuru saxlayıblar.