QAHİRƏDƏ DƏ VƏZİYYƏT QARIŞIB
Tarix: 25-01-2013, 09:49 |
Çap et
TƏHRİR MEYDANI DÖYÜŞ MEYDANINA ÇEVRİLİBMisirin paytaxtı Qahirədə Təhrir meydanında polis və üsyançılar arasında qarşıdurma yaşanıb. Aksiyaçılar sabiq prezident Hüsnü Mübarəkin devrilməsinin ikinci ildönümünü qeyd etmək istəyiblər.
Müxalifətçilər və fəalların gənclər hərəkatı bir müddət əvvəl xalqı inqilabın ildönümünü cari prezident Məhəmməd Mursiyə qarşı kütləvi etiraz aksiyaları ilə qeyd etməyə çağırmışdılar. Onlar prezidenti inqilabi ideallara xəyanət etməkdə qınayıblar.
Müxalifət bəyan edib ki, onlar 2 il əvvəlki şüarlarla mitinq edəcəklər: «Çörək, azadlıq və sosial ədalət».
Xatırladaq ki, ötən ilin iyun ayında sabiq prezident Hüsnü Mübarək anti-hökumət etirazlarında iştirakçıların ölümündə təqsirli bilinərək ömürlük həbsə məhkum olmuşdu. Lakin cari ilimn yanvar ayında hakim appelyasiyanı təmin edərək sabimq prezident haqqında təkrar prosesə başlamaq haqqında qərar çıxarmışdı. \ faktxeber.com