SƏRKİSYAN ERMƏNİLƏRİN AZLIĞINDAN GİLEYLƏNDİ
Tarix: 30-01-2013, 12:29 |
Çap et
"DAHA YERİ YOXDUR"Ermənistan Respublika Partiyasının sədri, hazırkı dövlət başçısı Serj Sarkisyan Lori vilayətinə gedərək Alaverdi şəhərində seçicilərlə görüşüb. Trend-in məlumatına görə, bu barədə "7or.am" yazır.
Sarkisyan çıxışında emiqrasiya mövzusuna da toxunub. Onun sözlərinə görə, yaxın illər ərzində həll olunmalı olan əsas vəzifə repatriasiyadır.
"Biz o qədər az qalmışıq ki, daha yeri yoxdur. Lakin bu, təkcə dövlətin deyil, həm də hər birimizin problemidir. Biz müvafiq atmosfer yaratmalıyıq", - Prezident qeyd edib.
Qeyd edək ki, Ermənistanda prezident seçkiləri 2013-cü il fevralın 18-də keçiriləcək.