"Kainat gözəli" seçildi .....                     Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox .....                     Abxaziya gərginliyində erməni izi .....                     Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? .....                     36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır .....                     Bu da Ranın son ünvanı... .....                     “Mehriban düşmən”lər yollarını ayırır? .....                     "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." .....                     Azərbaycana qarşı qarayaxma yarışı gedir .....                     İsrail Prezidenti COP29-a niyə gəlmədi? .....                     Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə .....                     Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək .....                     Ermənistanın Rusiyaya yeganə yolu bağlandı .....                     Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının .....                     Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi .....                     Tramp kürəkəninə vəzifə verəcək .....                     Bakıda kafenin qarşısında QƏTL .....                     "Bu barədə ciddi şəkildə düşünməliyik" .....                     “525-ci qəzet” və "Qol.az"ın .....                     Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? .....                     7 rayonda DOST filialları təmir olunacaq .....                     “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu .....                     Buralar rəsmən yiyəsiz qalıb... .....                     Deputat üçün özəl gün .....                     Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" .....                     Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi .....                     İrəvandan Bakıya qarşı YENİ İTTİHAM .....                     Saxtakarların meydan suladığı ünvan... .....                     Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar .....                     Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... .....                     Tanınmış həkim vəfat edib .....                     Sevinc Osmanqızının “mikrofonçuluğu” .....                     "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" .....                     Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər .....                     Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq .....                     Fransa öz uğursuzluğu ilə barışa bilmir .....                     Əgər Paşinyan Bakıya gəlsəydi... .....                     Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir .....                     Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar .....                     Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` .....                 

AĞDAMDA MİSLİ GÖRÜNMƏMİŞ TAXIL KORRUPSİYASI
Tarix: 24-02-2013, 14:45 | Çap et
AĞDAMDA MİSLİ GÖRÜNMƏMİŞ TAXIL KORRUPSİYASI
NİZAMİ SADIQOVUN SAXTA SƏNƏDLƏRİ BİABIRÇI FAKTLARI ORTAYA ÇIXARIB

DİA.AZ: - Sən demə Ağdamı ermənilər işğal etməyib. Çünki bunu Ağdam rayon icra hakimiyyəti başçısı Nizami Sadıqovun həyata keçirtdiyi saxta işləri sübuta yetirən sənədlərə görə demək mümkündür. DİA.AZ bildirir ki, bu barədə "azerinews.org" portalı xəbər yayıb. Daxil olan məlumatlarda bildirilir ki, son vaxtlar süni şəkildə rayonda təsərüfatın qaydada olmasını, taxılçılığın “inkişafını” nümayiş etdirmək üçün icra başçısı Nizami Sadıqov ağılasığmaz sənəd saxtakarlığına başlayıb.

Beləliklə qohumlarının adına torpaq sahələrinin icarəyə verilməsi və orda taxıl əkinini olması ilə bağlı sənəd hazırlanıb. Sənəddə maraqlı olan nədir? Rəsmi sənədlərin birində göstərilir ki, müxtəlif şəxslərə 8958 hektar torpaq verir. Amma bununla məsələ tamamlanmır. Aydın olur ki, daha 4 min hektara qədər də ərazi fərdi şəxsülərə paylanıb. Beləcə məlum olur ki, Ağdamda 13 min hektara qədər yalnız taxılçılıq ərazisi var. Bunu da əlavə edək ki, Ağdamda yaşayış yerlərini, fərdi şəxslərə məxsus əraziləri də bu hektarların üzərinə əlavə etsək məlum olacaq ki, Ağdam işğal olunmayıb və ya işğal olunmuş ərazilərdə Nizami Sadıqova taxıl əkmək üçün ermənilər icazə verib. Bunu da qeyd edək ki, prezident İlham Əliyev son müşavirəsində bu cür qanunsuzluqların olması, sahibkarların adından icra başçılarının pul yediklərini bəyan etmişdi. Əldə etdiyimiz konkret faktlar isə sübut edir ki, həqiqətən də belə saxtakarlıqlar var və bu sırada Ağdam ilk yerdədir. Amma Nizami Sadıqovun saxtakarlığı bununla tamamlanmır. Gəlin başqa bir məqama baxaq. Məlum olur ki, rayonda təsərüfatların inkişafı üçün güya insanlara on minlərlə manat həcmində yardımlarda verilir, əkin üçün toxumluqlarla təmin olunurlar. Amma aydın olur ki, bunların heç biri olmur və bu pullar sadəcə olaraq büdcədən çıxarılır.

Daxil olan məlumatlara görə, bu günlərdə Ağdam rayon icra hakimiyyətinin başçısı Nizami Sadıqov rayondakı büdcə təşkilatlarının rəhbərlərini kabinetinə toplayaraq ağılasığmaz açıqlama verib. İcra başçısı tələb edib ki, bütün büdcə təşkilatları komunal xərclər üçün ayrılmış vəsaiti gətirib ona versinlər. Çünki yuxarıları "görməlidir" və bunun üçün ciddi pul lazımdır. Amma idarə rəhbərləri bunun mümkünsüz olduğunu deyiblər. Bundan sonra isə o təşkilatların mühasibatlarına zəng edərək həmin pulları tələb edib.

Amma daha dəhşətli bir fakt isə xalq artisti,professor Arif Babayevlə bağlı olub. Əldə etdiyimiz məlumata görə Ağdamda Arif Babayevin yubileyinə hazırlıq görülür. Amma Arif Babayevə dünyalar qədər hörmətlə yanaşan ağdamlılar bu dəfə yubileyin keçirilməsinə sevinmirlər. Səbəb isə icra başçısı Nizami Sadıqovun rəsalətli hərəkəti ilə bağlıdır. Belə ki, Nizami Sadıqov idarə rəhbərlərinə bildirib ki, tədbirin keçirilməsi üçün hər təşkilat 1500 manat pul verməlidir. Yəni idarə rəhbərlərindən Arif Babayevin adı ilə pul yığılır.

Bu arada rayonun kraliçası kimi tanınan təhsil şöbəsinin müdiri də sakit durmayıb. O isə icra başçısı ilə birlikdə milyonları yumaqla məşğuldular. Belə ki, məktəb tikintisi və təmiri demək olar ki, büdcədən pul oğurlamaqla sonunclanır. Gəlin faktlara baxaq. Nizami Sadıqovun nəzarətində olan "Vüsel" şirkəti 2012-ci ildə doğum evini tikərək təhvil verir. Amma qısa zamandan sonra büdcədən 150 min manat pul çıxarılır və doğum evini yenidən "təmir" etmək üçün "Vüsel" şirkətinə verirlər. Bundan başqa Elmira Şükürova ilə yanaşı icra başçısının birinci müavini Zülfü Qasımovda iştirak edir. Belə ki, müavinin qardaşı Qasım Qasımov şirkətlərə sahibdir və bu şirkətlər hesabına büdcədən pullar silinir. Faktlara baxaq. Gəncədə Ağdama məxsus məktəbin təmiri üçün 1,5 milyon manat pul ayrılır. Amma məktəbə 100 min manatdan da az xərc qoyulur. Daha sonra "Şəms-95","Amil-İnşaat" firmalarına məktəb təmiri adı ilə 2,5 milyon manat pul ödənilir. Bunlarla yanaşı Qasım Qasımov "Eleqans" şirkətinin adı ilə də 1,5 milyon manat pul əldə edir. Çox maraqlıdır ki, bu özbaşınalıqları həyata keçirən məmurlar Bakıda kimlərəsə bel bağlayırlar. Məsələn, Elmira Şükürova açıq şəkildə bəyan edir ki, hətta nazir Misir Mərdanovda ona heç nə edə bilməz. Çünki arxamda "Azəryolservis" təşkilatının rəhbəri Cavid Qurbanov durur. Buda bildirilir ki, Cavid Qurbanovun adından tək Elmira Şükürova yox, Bakıda 39 saylı məktəbdə direktor olan E. Şükürovanın bacısıda istifadə edir. Bunu da qeyd edək ki, son bir neçə il ərzində Nizami Sadıqovla, Elmira Şükürovanın büdcədən mənimsədikləri vəsait milyonları keçib. Faktlara baxaq.

Deməli rayonda maraqlı bir üçlük yaranıb və milyonlarla manat bu üçlüyün arasında yoxa çıxarılır. Söhbət bermud üçbucağından yox, "Vüsel"şirkəti-Nizami Sadıqov-Elmira Şükürova üçbucağından gedir. Əldə etdiyimiz məlumatda da göstərilir ki, bu rayonda bütün tenderlərin bir "qalibi" olur ki, buda "Vüsel" şirkətidir. Gəlin sadəcə faktlara baxaq.

1. 17.12.2009-cu il 6017 ödəniş tapşırıqı nömrəsi ilə "Vüsel" şirkətinə Ağdam məktəblərinin (?) təmiri üçün 126110.60 manat pul verilir

2. 17.12.2009-cu il 6022 ödəniş tapşırığı nömrəsi ilə "Vüsel" şirkətinə Ağdam rayon məktəblərinin (?) təmiri üçün 22881.40 manat pul verilir

3. 03.03.2010-cu il tarixdə 619 nömrəli ödəniş tapşırığı ilə "Vüsel" şirkətinə Ağdam rayon məktəblərinin (?) təmiri üçün 9457.63 manat pul ayrılır

4. 03.03. 2010-cu il tarixdə 620 saylı ödəniş tapşırığı ilə "Vüsel" şirkətinə Ağdam məktəblərinin(?) əsaslı təmiri üçün52542.37 manat pul ayrılır

Nəzərinizə çatdırdığımız faktlar əldə etdiyimiz sənədlərin yüzdə biridir. Və çox maraqlıdır ki, tək məktəb təmirləri yox, eyni zamanda büdcədən çıxarılan pulların böyük əksəriyyətində "Vüset" şirkəti iştirak edir.

Amma məsələ heç də bununla sona çatmır. Əldə etdiyimiz məlumata görə Elmira Şükürovanın başqa rayonlarda da ciddi biznes şəbəkələri var. Bakıda isə nə qədər mənzilinin olduğunu heç kəs müəyyənləşdirə bilmir. Mənbə bunu da deyir ki, son zamanlar Elmira şükürova daha böyük vəzifəyə keçmək üçün hərəkətə keçib. Hətta onun icra başçısı olmaq üçün bir neçə dəfə Bakıya gəldiyi,3 milyon manata qədər "hörmət" belə etməyə hazır olduğunu deyib. Bu işdə çox maraqlıdır ki, Ağdam rayon Maliyyə şöbəsinin müdiri də aktivlik göstərir. Hətta o Elmira Şükürovaya maliyyə dəstəyi də göstərəcəyini deyib. Elmira Şükürova ilə bağlı başqa maraqlı bir fakt isə budur ki, onun saxta diplomaların təşkili ilə bağlı az qala nəhəng bir sistemi var. Və bu sistemin başında Gənc Təbiətşünaslar Məktəbi durur. Yaxın saylarımızda saxta diplomlarla Ağdam məktəblərinə müəllim və müəllimə kimi işə götürülən şəxslərin adlarını açıqlayacağıq. Bunu da qeyd edək ki, Gənc Təbiətşünaslar Məktəbinin direktoru işdən azad olunsada, onun yerinə elə öz qızı təyin olunub. Çünki bu məktəbdə kifayət qədər qanunsuz işlər görülür və bunun ortaya çıxmaması üçün kənar şəxslərin ora daxil olmasının qarşısı alınır.

Hazırda isə prezident İlham Əliyevin son açıqlaması rayon rəhbərliyini qorxuya salıb. Əldə etdiyimiz məlumata görə Ağdam rayon icra hakimiyyətinin başçısı Nizami Sadıqovun bəzi pis vərdişləri var ki, bunu da artıq yuxarı dairələrə çatdırıblar. Bildirilir ki, icra başçısının kart oyunlarına bir aslılığı var və əksər günlər meşə zolağında olan kafesində məclislər təşkil edilir. Bunu da qeyd edək ki, kart oyunlarına "Vüsel" şirkətinin rəhbərinin də xüsusi marağı var və icra başçısı ilə dostluğunda da bunun böyük təsiri var. Beləliklə Nizami Sadıqovun qeyd etdiyimiz kimi bu vərdişi yuxarı dairələrə çatdırılıb. Hətta bu cür kart oyunlarında bəzən 100 min manata qədər pulun dövr elədiyi də söylənilir. Mənbənin sözlərinə görə bununla bağlı bir neçə dəfə icra başçısına xəbərdarlıq da edilib. Amma heç bir nəticə əldə edilməyib.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18
Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15
Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40
Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22
36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12
Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10
“Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55
"Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52
Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48
İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43
Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25
Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22
Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19
Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16
Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14
Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03
Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55
"Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27
“525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23
Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19
7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13
“Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08
Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58
Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50
Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44
Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35
İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31
Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25
Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22
Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18
Tanınmış həkim vəfat edib
Bu gün, 09:15
Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11
"Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07
Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59
Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57
Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49
Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46
Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42
Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39
Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45
“Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02
İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00
Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58
“Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06
Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02
Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58
Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07
Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04
Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru