Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil .....                     Berlin Kiyevə "Mini-Taurus" lar verəcək .....                     Türkiyə İsraillə TEZ ANLAŞSIN... .....                     Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq .....                     Qazaxdan Araza qədər yol belə açılacaq... .....                     Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? .....                     Azərbaycanda xarici logistika şirkəti ləğv edilir .....                     Bakıda toylar bu tarixdə başlayacaq .....                     Orxan Cəlilov işdən çıxarıldı .....                     Paşinyan seçkilərə belə hazırlaşır .....                     Gələn ilin büdcəsi NƏ VƏD EDİR?.. .....                     Rusiyada azərbaycanlı tələbələrə qarşı “Yaşasın Azərbaycan!” şüarına görə cinayət işi açıldı .....                     “Mənə demişdilər, gəl, səni pulla filankəslə sevgili edək” .....                     General-leytenant yeni rəis təyin etdi .....                     Zamin Əliyev Azərbaycanın Qars şəhərindəki baş konsulu təyin edilib .....                     Prezident Los-Ancelesə yeni baş konsul təyin edib .....                     Ayxan Süleymanlı Azərbaycanın Aktau şəhərindəki baş konsulu .....                     Azərbaycanın Batumiyə yeni baş konsulu təyin edilib .....                     Pallone təpədən-dırnağa qədər DÜŞMƏNDİR!.. .....                     "1 həftə öncə məni çağırıb bildirdilər ki, bu gündən işdən azadsan..." .....                     Tramp Zəngəzur dəhlizinə maneə yaradacaqmı? .....                     Mərkəzi Bankın sədri növbəti illər üçün manatın məzənnəsi haqqında danışıb .....                     Sabiq nazirin oğlunun məhkəməyə gəlməsi tələb olunub .....                     Anti-Azərbaycan mərkəzləri və onun əlaltıları .....                     Şəkidəki şirkət Ucarda əkin sahələrini su ilə təmin edəcək .....                     "Mədinə şəhərində məni küçədə görən bu uşaqlar üstümə qaçdılar ki..." .....                     “İlk dəfə büdcədə neftin ilkin qiyməti 70 dollar götürülüb” .....                     Azərbaycan Türkiyədən biri 2 664 manata 6 eşşək alıb .....                     Sabiq deputat Əsabil Qasımovun “Karmen”i ilə bağlı nə qərar veriləcək? .....                     Mask onunla birləşib ABŞ-ın "altını üstünə çevirəcək" .....                     Bəzi yerlərdə yağış yağacağı gözlənilir .....                     Qreta Bakıya qarşı aksiya üçün hardan, nə qədər pul alıb? .....                     "Bu gün sosial şəbəkələr hər şeyi üstələyib..." .....                     “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” .....                     Trampın oğlu Rusiyaya zərbə endirməsinə icazə verənləri .....                     Emin Ağalarov əkizlərinin arxiv görüntüsünü paylaşdı .....                     Azərbaycanda biznesi olan milyarder “Humo”nu almaqdan imtina etdi .....                     Aqil Abbasın oğlu rəis vəzifəsindən azad edildi .....                     Sülh üçün yaşıl işıq yandı: Ermənistan bəyannaməni dəyişir .....                     İrəvan KTMT-dən imtina etdi, .....                 

ŞİRVANDAN NAZİRƏ ŞİKAYƏT OLUNDU
Tarix: 1-03-2013, 11:44 | Çap et
ŞİRVANDAN NAZİRƏ ŞİKAYƏT OLUNDU
RAYON SƏHİYYƏSİNDƏ ÖZBAŞINALIQ SON HƏDDƏ

Şirvan şəhəri, Neftçilər küç., ev-6 ünvanında yaşayan Sərraf Əzimov Bolgexeber.com-a şikayət məktubu ilə müraciət edib.
Sayt olaraq mətbuata və səhiyyə naziri Oqtay Şirəliyevə ünvanlanan həmin şikayət məktubunu olduğu kimi diqqətinizə təqdim edirik.

Nazirə xitabən yazılan məktubda deyilir: “Bildirirəm ki, oğlumun dişini çəkdirmək ilə əlaqədar Şirvan şəhər Stomatoloji Mərkəzə müraciət etmişdim. Həkim Vidadi Əzizov bir neçə gün müalicə etdi, lakin oğlumun ağzı yaxşı açılmadığı üçün və onda zəruri avadanlıq olmadığı üçün, həmin alətin yalnız Yaşar Məmmədovda olduğunu əsas gətirərək məni Şirvan Stomatoloji Diş Mərkəzi deyilən özəl stomatoloji kabinetə- stomatoloq Yaşar Məmmədov adlı tibb elmləri namizədi alimlik dərəcəsi daşıyan bir həkimin yanına göndərdi.

Mən oğlumla bərabər həmin stomatoloji mərkəzə üz tutdum. Həkim Yaşar Məmmədovla telefon danışığı zamanı məlum oldu ki, həmin gün o, 14:00-dan sonra xidmət göstərəcəkdir. Bəli, biz 14:00-a qədər gözlədik, o, yalnız 15:00 radələrində gəldi və bizi növbədə birinci olmağımıza baxmayaraq yalnız təxminən 15:45-dən sonra qəbul etdi, heç xəstəyə baxmadan Şahin adlı rentgen həkimin yanına göndərdi. O da bizdən bunun üçün 20 manat pul istədi, biz isə gücümüzün yalnız 10 manata çatdığını bildirib güc-bəla ilə ona 10 manat pul verib müvafiq disketi götürüb sözügedən Yaşar Məmmədov adlı həkimin yanına getdik.

O, disketə kompüterdə baxdıqdan sonra məni və ailə üzvlərimizi - oğlumu, həyat yoldaşımı kabinetə çağırdı və dedi ki, üz-çənə cərrahiyə əməliyyatı aparılmalıdır, bundan ötəri də mən ona 200 manat pul verməliyəm. Mən ona dedim ki, mənim 200 manata gücüm çatmır, mən yalnız bu işdən ötəri 50-100 manat pul verə bilərəm. O, isə yalnız 200 manatı ona ödədikdən sonra dediyi əməliyyatı icra edəcəyini bildirdi. Sonra oğlumun üzünə kəsik edərək sonradan həmin sahəni tikəcəyini bildirdi. Mənə bir anlıq elə gəldi ki, həkim Yaşar Məmmədov kolxoz bazarındadır və hadisələrin sonrakı inkişafı da göstərdi ki, bu məntiqimdə heç də yanılmamışam. Mən ona nə qədər insani münasibət göstərib gücümün yalnız 50-100 manata çatacağını bildirdim. O, isə 200 manatın ona verilmədiyi təqdirdə əməliyyat etməyəcəyini bildirdi.

Məsələni aydınlaşdırmaq üçün özümü həmin "Stomatoloji Mərkəzin" rəhbəri kimi təqdim edən Rafət İsmayılova müraciət etdim. Ədalət naminə qeyd etməliyəm ki, o bizi ayaqüstü də olsa qəbul etdi və bizim qarşımıza özü tərəfindən təsdiq olunmuş və baş mühasib tərəfindən tərtib olunmuş tibbi xidmətlər siyahısını və ödəniləcək pul məbləğini göstərdi, bundan sonra bizdən ötrü həkim-stomatoloq Yaşar Məmmədova xahiş etdi. O, isə heç özünü həmin "Stomatoloji mərkəzin" rəhbəri kimi təqdim edən Rafət İsmayılovu da saymayaraq dediyi 200 manatdan dönmədi və üstəlik də bizə dedi ki, “Biz "külli miqdarda" pul verərək özəl stomatoloji fəaliyyətlə məşğul olmaq üçün lisenziya almışıq və mən də öz növbəmdə payıma düşən pulu çıxartmalıyam, hara istəyirsiniz müraciət edin", dedi.

Biz məcbur olub Şirvan şəhər Mərkəzi Xəstəxanasının baş həkimi Fərhad Səfərovun qəbuluna getdik. O, da insafən bizi yaxşı qəbul etdi və bu iş üzrə Şirvan şəhər xəstəxanasında müvafiq ştat olmadığı üçün bizə Bakı şəhəri Respublika Kliniki Xəstəxanaya üz-çənə cərrahiyə şöbəsinə müvafiq göndəriş verdi.

Mən 21 fevral 2013-cü il tarixində Respublika Kliniki Xəstəxanaya oğlumla bərabər getməli idim. Lakin bir az fikirləşdikdən sonra maddi vəziyyətimin yaxşı olmadığına görə yenidən həkim Vidadi Əzizovun yanına getdim və o bizim maddi vəziyyətimiz barədə dediklərimizi dinləyərək təxminən saat 19:00 radələrində bu əməliyyatı yerinə yetirəcəyini bildirdi və müvafiq tibbi hazırlıq gördükdən sonra fəsadlı dişi oğlumun çənə sümüyündən çıxardı, əməliyyatın sonunda məlum oldu ki, sən demə heç üz-çənə kəsiyi açılmalı deyilmiş və Yaşar Məmmədov da həmin 200 manat pulu alıb oğlumun üzünə kəsik atıb sonra tikmək üçün özünə sərf edən "tibbi variantını" oynamaq istəyirmiş.

Xatırladıram ki, həkim Vidadi Əzizov bizi onun yanına ağızın daha yaxşı açılması üçün həkim Yaşar Məmmədovda alətin olduğu üçün göndərmişdi.

Başıma gələnləri təfsilatı ilə yazmaqda bir vətəndaş kimi məqsədim odur ki, mən hələ bir az öz hüquq və vəzifələrimi bilirəm, amma bu vəziyyətə düşürəm... Görün siravi qanuni bilməyən vətəndaşlarımız Yaşar Məmmədov kimi həkimə yaraşmayan hərəkətlərindən nə çəkirlər.

İstər-istəməz bununla bağlı səhiyyə naziri cənab Oqtay Şirəliyevə üz tutmalı oluram.

Hörmətli cənab Nazir!

Sizin başçılıq etdiyiniz Səhiyyə Nazirliyinə və onun rəsmilərinə qarşı suallar yaranır və həmin sualların araşdırılmasını Sizdən xahiş edirəm:

1. Həqiqətənmi özəl tibbi stomatoloji mərkəzlərdə tərtib olunan tibbi xidmətlər siyahısı və həmin xidmətlərin məbləği Nazirliklə razılaşdırılmır?

2. Başçılıq etdiyiniz Səhiyyə Nazirliyinin müvafiq lisenziya idarəsi tərəfindən "Şirvan stomatoloji mərkəzində" araşdırmalar aparılsın və lazım gəldikdə həmin mərkəzin lisenziyası ləğv olunsun.

3. Həmin mərkəzin həkimi Yaşar Məmmədov barədə müvafiq tədbirlər görmək səlahiyyətiniz varmı?

4. Şirvan şəhər Mərkəzi Xəstəxanasının nəzdində dövlət hesabına diş cərrahiyyəsi üzrə müvafiq ştat vahidləri aça bilərsinizmi?

Müvafiq əməli tədbirin görülməsi həkim Yaşar Məmmədovun dediklərinin əksini göstərərsə, Səhiyyə Nazirliyinin bu istiqamətdə gördüyü əməli tədbirlər kimi qiymətləndiriləcək və sonda bu da aztəminatlı vətəndaşlarımızın layiqli həyat səviyyəsinin yüksəldilməsinə xidmət edəcəkdir. Xahiş edirəm, araşdırmanın nəticəsi barədə qanunvericiliyin tələbləri çərçivəsində mənə də məlumat verilsin”.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

P.S Bu məsələni araşdırmaq üçün əməkdaşımız Şirvan şəhərinə ezam olunmuşdur. Adıçəkilən "Stomatoloji Mərkəzin" rəhbəri Rafət İsmayılov ilə görüşmək istəyərkən özünü Rafət İsmayılov kimi təqdim edən şəxs əməkdaşımıza zəng edərək hədə-qorxu gəlmiş, təhqir etmişdir.Lakin məlum olmuşdur ki, o Rafət İsmayılov yox onun qardaşı Faiq İsmayılovdur.Faiq İsmayılov kobud surətdə bildirdi ki,bundan sonra onun qardaşı haqda tənqidi məqalə yazanı şəxsən o özü cəzalandıracaq.Jurnalistə qarşı belə qanunsuz hərəkət ilə əlaqədar həmişə obyektiv olmağa çalışan Bolgexeber. com olaraq hüquq-mühafizə orqanlarına müraciət etmək fikrindəyik.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Bu gün, 16:20
Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Bu gün, 16:18
Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Bu gün, 16:15
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Bu gün, 16:12
Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Bu gün, 16:06
Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Bu gün, 16:05
Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Bu gün, 16:02
Bakıda toylar bu tarixdə başlayacaq - SORĞU
Bu gün, 15:55
Orxan Cəlilov işdən çıxarıldı - AÇIQLAMA
Bu gün, 15:50
Paşinyan seçkilərə belə hazırlaşır
Bu gün, 15:48
Gələn ilin büdcəsi NƏ VƏD EDİR?.. - DETALLAR
Bu gün, 15:34
Rusiyada azərbaycanlı tələbələrə qarşı “Yaşasın Azərbaycan!” şüarına görə cinayət işi açıldı - BU NƏDİ BELƏ?..
Bu gün, 15:30
“Mənə demişdilər, gəl, səni pulla filankəslə sevgili edək” - Pərvin Abıyeva
Bu gün, 15:26
General-leytenant yeni rəis təyin etdi - ƏMR
Bu gün, 15:21
Zamin Əliyev Azərbaycanın Qars şəhərindəki baş konsulu təyin edilib - FOTO
Bu gün, 15:17
Prezident Los-Ancelesə yeni baş konsul təyin edib - SƏRƏNCAM
Bu gün, 15:16
Ayxan Süleymanlı Azərbaycanın Aktau şəhərindəki baş konsulu TƏYİN OLUNDU
Bu gün, 15:15
Azərbaycanın Batumiyə yeni baş konsulu təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:13
Pallone təpədən-dırnağa qədər DÜŞMƏNDİR!.. - hələ bizim camaat YUMŞAQ DAVRANDI...
Bu gün, 15:10
"1 həftə öncə məni çağırıb bildirdilər ki, bu gündən işdən azadsan..." - GİLEY
Bu gün, 15:03
Tramp Zəngəzur dəhlizinə maneə yaradacaqmı? - Türkiyəli general detalları açıqladı
Bu gün, 15:00
Mərkəzi Bankın sədri növbəti illər üçün manatın məzənnəsi haqqında danışıb - BİZİ NƏ GÖZLƏYİR?
Bu gün, 14:58
Sabiq nazirin oğlunun məhkəməyə gəlməsi tələb olunub - TƏFƏRRÜAT
Bu gün, 14:55
Anti-Azərbaycan mərkəzləri və onun əlaltıları - AXI NİYƏ?..
Bu gün, 14:00
Şəkidəki şirkət Ucarda əkin sahələrini su ilə təmin edəcək - 7 MİLYONLUQ TENDER
Bu gün, 13:58
"Mədinə şəhərində məni küçədə görən bu uşaqlar üstümə qaçdılar ki..."
Bu gün, 13:07
“İlk dəfə büdcədə neftin ilkin qiyməti 70 dollar götürülüb”
Bu gün, 13:06
Azərbaycan Türkiyədən biri 2 664 manata 6 eşşək alıb - belə görünür ki...
Bu gün, 13:02
Sabiq deputat Əsabil Qasımovun “Karmen”i ilə bağlı nə qərar veriləcək? - GEDİŞAT
Bu gün, 12:58
Mask onunla birləşib ABŞ-ın "altını üstünə çevirəcək" - Şok plan
Bu gün, 12:56
Bəzi yerlərdə yağış yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:52
Qreta Bakıya qarşı aksiya üçün hardan, nə qədər pul alıb? - İLGİNC...
Bu gün, 12:51
"Bu gün sosial şəbəkələr hər şeyi üstələyib..."
Bu gün, 12:45
“Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Turan Manafzadə
Bu gün, 12:41
Trampın oğlu Rusiyaya zərbə endirməsinə icazə verənləri "axmaq" adlandırdı
Bu gün, 12:39
Emin Ağalarov əkizlərinin arxiv görüntüsünü paylaşdı - VİDEO
Bu gün, 12:37
Azərbaycanda biznesi olan milyarder “Humo”nu almaqdan imtina etdi - TƏFƏRRÜAT
Bu gün, 12:28
Aqil Abbasın oğlu rəis vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 12:26
Sülh üçün yaşıl işıq yandı: Ermənistan bəyannaməni dəyişir
Bu gün, 12:24
İrəvan KTMT-dən imtina etdi, əsgərlərini bu ölkəyə göndərdi
Bu gün, 12:23
Azərbaycanlı İran casusu Rusiyada saxlanıldı – BAKIYA TƏHVİL VERİLƏCƏK
Bu gün, 12:08
David Vardanyanın təxribat xarakterli müraciəti yayıldı... - "Atam erməni olduğu üçün..."
Bu gün, 12:02
COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçiriləcək
Bu gün, 11:55
Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarında nələr baş verir – MÜRACİƏT
Bu gün, 11:46
ABŞ konqresmeni Frank Peloninin Azərbaycanı tərk etməsi rəsmən təsdiqlənib - AÇIQLAMA
Bu gün, 11:45
Ermənistanın daxili işlər naziri istefa verib
Bu gün, 11:44
“Nar”ın dəstəyi ilə keçirilən ekologiya təlimi beynəlxalq ekspertlə görüşlə yekunlaşdı - FOTO
Bu gün, 11:42
Ağa Musa Nağıyevin xarici banklarda qalan milyonları KİMİNDİR? - varisləri üçün ƏLÇATMAZDIR...
Bu gün, 11:30
Paşinyan Vatikana gedib
Bu gün, 11:27
Abxaziyada gərginlik səngimir - “Dövlət televiziyası”na hücum edildi
Bu gün, 11:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru