QEYRİ-NEFT SEKTORUNDA VERGİ YIĞIMI 3 FAİZ AZALIB
Tarix: 25-03-2013, 13:05 |
Çap et
2 AY ƏRZİNDƏ 554 MİLYON MANATBu ilin 2 ayında Vergilər Nazirliyinin xətti ilə 1 119,5 mln manat təmin edilib. Bu, 2012-ci ilin eyni dövründəkindən 6,8% çoxdur. Vergilərin 49,8%-i qeyri-neft sektorunun payına düşür.
Vergilər Nazirliyində Turan-a deyiblər ki, bu ilin yanvar-fevralında qeyri-neft sektoru dövlət büdcəsinə 554,1 mln manat ödənişi təmin edib. Bu, 2012-ci ilin eyni dövründəkindən 17 mln manat və ya 3% azdır.
Vergi mədaxilinin strukturunda mənfəət vergisinin xüsusi çəkisi 1,7% artaraq 41,3% olub. ƏDV üzrə mədaxil 2,5% azalıb (24%). Fiziki şəxslərin gəlirindən vergidə (11,4%) dəyişiklik yoxdur.
2012-ci ildə vergi işçiləri büdcəyə 6,4 mlrd manat təmin etməlidirlər.