AZƏR HƏSRƏT DƏ QURULTAYA GEDİR
Tarix: 8-04-2013, 11:23 |
Çap et
DAHA 9 NƏFƏR CASCFEN-Ə QOŞULDUOrta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) İdarə Heyətinin növbəti toplantısında qurumun fəaliyyəti dəyərləndirilərək yeni qərarlar qəbul edilib.
CASCFEN Mətbuat Xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, təşkilatın 10 illik yubiley tədbirinin yüksək səviyyədə təşkilindən danışan İH üzvləri bu işdə yaxından iştirak etmiş qurum üzvlərinə, özəlliklə də təşkilatın fəallarından olan Şəmistan Əlizamanlı, Mənsurə Rəsulzadə, Könül Vəlibəyli və Səidə Haqverdiyə ayrıca təşəkkür ifadə ediblər.
Daha sonra CASCFEN üzvlüyü üçün müraciət etmiş 9 nəfərin ərizələri nəzərdən keçirilib və onların hamısı qurumun üzvləri sırasına qəbul edilib.
Bununla da təşkilatın üzvlərinin sayı 102 nəfərə çatıb.