İRANLA AZƏRBAYCAN ANLAŞIR?
Tarix: 4-12-2011, 14:05 | Çap et
ƏLİ HƏSƏNOV TEHRANDA VƏDLƏR VERDİ
Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti İranda səfərdə olub. Xəbərə görə, nümayəndə heyəti İranda bir sıra görüşlər keçirərək, iki ölkə arasındakı informasiya mübadiləsi ilə bağlı məsələləri müzakirə edib.
İranın milli televiziya şəbəkələri ilə tanış olan nümayəndə heyəti daha sonra Milli Radio və Televiziya Təşkilatının sədri İzzətullah Zərqami ilə görüşüb.
Görüşdə iki ölkə arasında informasiya məkanında və teleradio sahəsindəki vəziyyət müzakirə olunub. Azərbaycan və İranın informasiya siyasəti, bölgənin teleradio məkanındakı imkanları və sərhədətrafı yayım siyasəti, iki ölkə arasında mətbuat-informasiya sahəsində real vəziyyət, xüsusən də son dövrdə iki ölkənin real vəziyyətini təhrif edən ayrı-ayrı kütləvi informasiya vasitələrinin fəaliyyəti müzakirə edilib və müvafiq razılıq əldə olunub.
Əli Həsənov Azərbaycanda söz və mətbuat azadlığından, teleradio məkanındakı ən yeni nailiyyətlərdən, informasiya texnologiyalarının müasirləşdirilməsi istiqamətində görülən və görüləcək işlərdən danışıb.
Tərəflər “Azərbaycan-İran münasibətlərini pozmaqda maraqlı olan bəzi daxili və xarici qüvvələrin informasiya məkanından məharətlə istifadə etdiklərini” diqqətə çatdıraraq, qarşılıqlı antitəbliğat kampaniyasının ölkələrin milli və dövlətçilik maraqlarını əks etdirmədiyini bildiriblər.
Azərbaycanın milli maraqlarına və təhlükəsizliyinə təsir edən məsələlərlə bağlı fikirlərini davam etdirən Ə. Həsənov İran kütləvi informasiya vasitələrinin antiazərbaycan təbliğatının dayandırılmasının zəruriliyini vurğulayıb. O deyib ki, informasiya məkanında hər iki ölkə bir-birinə hörmətlə yanaşmalıdır.
Ə. Həsənov qeyd edib ki, eyni məzmunlu tələbləri İranın da Azərbaycandan ummağa mənəvi haqqı var: “ Azərbaycanın və İranın tarixi taleyi tələb edir ki, onlar mehriban qonşuluq və səmimi dostluq şəraitində yaşasınlar. Bunun üçün hər iki tərəf bir-birinin ictimai-siyasi həyatına, daxili işinə və idarəçiliyinə hörmətlə yanaşmalıdır. Azərbaycan Respublikası hüquqi və dünyəvi dövlətdir. Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə demokratik inkişaf yolunu şüurlu olaraq seçibdir və özünün işıqlı gələcəyinin təmin edilməsi üçün bu yolu bundan sonra da davam etdirmək əzmindədir. Bu siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Azərbaycan insan hüquqlarının qorunmasına, azad sözün və mətbuatın inkişafına, eləcə də dini etiqad azadlığına hörmətlə yanaşır və bunların hər birinə təminat verir. Lakin Azərbaycan heç zaman kənardan ölkə həyatına süni şəkildə demokratiya və dini təriqətlərin idxal olunmasına yol verməyəcək”.
İ. Zərqami Azərbaycan və İranın informasiya məkanlarında qarşılıqlı maraqlara uyğun sağlam mühitin formalaşması ilə bağlı Əli Həsənovun bütün fikir və mülahizələri ilə tam razı olduğunu bildirib: “İstənilən cəmiyyətdə sağlam mühitin yaranması üçün, ilk növbədə sağlam informasiya məkanının qurulması zəruridir. Eləcə də, qarşılıqlı münasibətlərdəki səmimiliyin və dostluğun vacib göstəricilərindən biri də sağlam informasiya mühitinin mövcudluğudur”.
Azərbaycana və İrana aid informasiya məkanında tam sağlam mühitin formalaşması üçün geniş imkanların mövcudluğundan söhbət açan İ. Zərqami qeyd edib ki, bu sahədə hərtərəfli, qarşılıqlı və səmərəli əməkdaşlıq əlaqələrinin yaranması vacibdir.
Görüşlərdə Azərbaycan Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli, rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov və Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov müzakirə olunan məsələlərlə bağlı mülahizələrini söyləyib, təkliflər veriblər.
“Biz Azərbaycan və İranın informasiya sahəsindəki əməkdaşlığının gələcək perspektivlərini, problemləri İranın bu sahəyə məsul şəxsləri ilə müzakirə etdik”. Bunu isə açıqlamasnda Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.
Şöbə müdiri bildirib ki, o İranın irşad və mədəniyyət nazirinin mətbuat məsələləri üzrə müavini Məhəmmədcəfər Məhəmmədzadə ilə görüşüb.
Görüşdə iki ölkənin yazılı və internet mediası, informasiya agentlikləri arasındakı münasibətlər, əməkdaşlıq müzakirə olunub.
Azərbaycan nümayəndə heyəti İranın bəzi KİV-lərində aparılan antiazərbaycan təbliğatının dayandırılmasının zəruriliyini qeyd edib.
Ə. Həsənov deyib ki, görüş qarşılıqlı anlaşma şəraitində keçib. İranlı nazir müavini də iki ölkə arasında media sahəsindəki arzuolunmaz məqamların aradan qalxmasının vacibliyini bildirib.
Əli Həsənov deyib ki, görüşdə iki ölkənin mətbuatındakı bəzi neqativ halların qarşısının alınması istiqamətində hər iki tərəfin öz imkanlarını səfərbər etməsi istiqamətində razılıq əldə olunub.
Görüşdə əlaqələrin bundan sonra daha da intensivləşməsinin vacibliyi vurğulanıb və əməkdaşlıq imkanları müzakirə edilib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistan real addımlar atmalı və Zəngəzur dəhlizini açmalıdır - ÇAĞIRIŞ
Bu gün, 02:00 |
|
|
|
• Azərbaycanlı nazirin oğlu ilə sevgili olan müğənni "Tramp"dan görün nə istədi
Bu gün, 01:54 |
|
|
|
• "Wolt"un velosipedçisi "Dihaj"ın anasını vurub - TƏFƏRRÜAT
Bu gün, 01:29 |
|
|
|
• TAKSİ DƏLƏDUZLUĞU... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 01:26 |
|
|
|
• Erməni aktrisanın qardaşı dəlixanada öldürüldü
Bu gün, 01:24 |
|
|
|
• "Kişilər sanki sosial şəbəkədə ov axtarışına çıxıblar" - PSİXOLOQDAN SENSASİON AÇIQLAMA
Bu gün, 01:22 |
|
|
|
• Ali nümayəndədən ibtidai fikirlər - FAKT BUDUR!
Bu gün, 00:26 |
|
|
|
• Mərkəzi Xəstəxananın direktor müavini işdən çıxarıldı - ƏMR
Bu gün, 00:23 |
|
|
|
• "Naxçıvanda əməlli-başlı dərəbəylikdir, kim nə istəyir edir..." - NARAZILIQ VAR
Bu gün, 00:17 |
|
|
|
• “Bəli, küsmüşəm, incimişəm, rollar oynamaq istəyirəm, amma ortada heç nə yoxdur” - GİLEY
Bu gün, 00:09 |
|
|
|
• Biznesmenlər bürokratiyaya qarşı: “Tramp Maska vəzifə verməklə...” - GƏLİŞMƏ
Bu gün, 00:06 |
|
|
|
• Eyni şirkət dövlət qurumunun 4 tenderini uddu - 5 MİLYON MANAT QAZANDI
Bu gün, 00:02 |
|
|
|
• Paşinyan sülh müqaviləsinin bir hissəsini açdı - NƏ BAŞ VERİR?
Dünən, 23:14 |
|
|
|
• Paşinyan xarici auditoriyaya hansı siqnallar ötürür? - Ovannisyan sirləri açdı
Dünən, 23:11 |
|
|
|
• Gənc şair faciəvi şəkildə öldü
Dünən, 23:07 |
|
|
|
• Parisin SAXTA MAHİYYƏTİ... - ŞƏRH
Dünən, 21:36 |
|
|
|
• Azərbaycanda artan varlı görünmək xəstəliyi: Psixoloji problem imiş - AXI NİYƏ?..
Dünən, 21:33 |
|
|
|
• ABŞ-nin dövlət borcu tarixdə ilk dəfə 36 trilyon dolları keçdi
Dünən, 19:52 |
|
|
|
• Məktəbdə qızı döyən azərbaycanlı şagirdə cinayət işi açıldı - FOTO
Dünən, 19:45 |
|
|
|
• Paşinyanın sözləri havaya atılan güllələr kimidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00 |
|
|
|
• Qanunların himayəsində - “Avropa yaşlanır, amma qocalmır”
Dünən, 18:58 |
|
|
|
• "Zelenskinin alternativi yoxdur" - Zərdüşt Əlizadə
Dünən, 18:37 |
|
|
|
• Tehran Vaşinqtona məxfi mesaj göndərib - KİV
Dünən, 18:32 |
|
|
|
• Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir - MƏQALƏ
Dünən, 18:30 |
|
|
|
• MN-dəki 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmə istintaqı yekunlaşıb - DETALLAR
Dünən, 18:21 |
|
|
|
• “Araz” Supermarketlər Şəbəkəsindən kənd təsərrüfatının inkişafına dəstək - Asiya İnkişaf Bankı ilə 10,5 milyon dollarlıq saziş imzalandı
Dünən, 18:14 |
|
|
|
• “Elmanado” şirkətinin dövlətə 703 min manat vergi borcu var - DETALLAR
Dünən, 18:11 |
|
|
|
• Zakir Fərəcov səyyar qəbul keçirdi - FOTOLAR
Dünən, 18:07 |
|
|
|
• Aşıq Namiq atasının ölümündə həkimi ittiham etdi - Şok AÇIQLAMA
Dünən, 18:05 |
|
|
|
• Anasının il mərasiminə getmişdi, özünü güllələdi
Dünən, 17:59 |
|
|
|
• Həbs edilən məmurun ailəsində insident: Atası anasını bıçaqlayıb - TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• Ermənistan COP29-a GƏLƏCƏK? – “Azərbaycanın tələbi hələ də qüvvədədir”
Dünən, 17:55 |
|
|
|
• Vəzifəli şəxslərə rüşvət verməklə cinayət məsuliyyətindən azad etdirəcəyini vəd verib – HÖKM
Dünən, 17:51 |
|
|
|
• Hamı bura üz tutur: Naxçıvandan axırıncı çıxan QAPINI ÖRTSÜN... - ACINACAQLI MƏNZƏRƏ...
Dünən, 17:48 |
|
|
|
• "3 il ərzində boşanma qərarını verən evli cütlüklərə yüksək cərimə tətbiq olunsa... evliliyə və boşanmağa daha ciddi yanaşma olacaq"
Dünən, 17:44 |
|
|
|
• Tiflisin vasitəçilik təklifi nəyə xidmət edir?
Dünən, 17:40 |
|
|
|
• Paşinyan niyə Azərbaycanla strateji sövdələşməyə ehtiyac duyur? - İNCƏLƏMƏ
Dünən, 17:35 |
|
|
|
• Gürcüstandan vasitəçilik təklifi: Azərbaycan razı, bəs İrəvan? - AKTUAL
Dünən, 17:31 |
|
|
|
• Sabiq erməni prezident məhkəmədən qaça BİLMƏDİ - erməni KİV
Dünən, 17:24 |
|
|
|
• Fransa COP29-a qatılmamaqla qlobal iqlim problemlərində maraqlı olmadığını göstərdi - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:22 |
|
|
|
• Azərbaycan üçün sevindirici proqnoz – “Güc onlardadır, gəlirlər, qərar dəyişəcək”
Dünən, 17:19 |
|
|
|
• Murad Adıgözəlzadənin köməkçisi barəsindəki cinayət işinə xitam verilib - TƏFƏRRÜAT
Dünən, 17:17 |
|
|
|
• Ermənistanda tarixi dəyişiklik: Paşinyan anonsunu verdi - KİV
Dünən, 17:11 |
|
|
|
• Başçı təzə olsa da... - NARAHATÇILIQ VAR...
Dünən, 17:07 |
|
|
|
• İngiltərə şirkəti Azərbaycanda ləğv edilir
Dünən, 17:03 |
|
|
|
• Müştərilər ən çox bu banklardan şikayət edirlər - SİYAHI
Dünən, 17:00 |
|
|
|
• “Azərbaycan Duz İstehsalat Birliyi” MMC-yə çevrilir
Dünən, 16:56 |
|
|
|
• Əlində Quran gəldi, bağışladım - Aşıq Namiq
Dünən, 16:53 |
|
|
|
• Tramp elektromobil bazarına “zərbə” vurmağa hazırlaşır – “Tesla” bundan faydalana bilər
Dünən, 16:52 |
|
|
|
• Valeh Allahverdiyev Bakı həbsxanasında ÖLDÜ
Dünən, 16:51 |
|
|
|
|