KEÇMİŞ PREZİDENT DƏFN OLUNUR
Tarix: 23-09-2011, 14:18 |
Çap et
TALİBLƏR RABBANİYƏ GÖRƏ HÖRMƏTDƏN DÜŞMƏYİBLƏR
DİA.AZ: - Bu gün Əfqanıstanın keçmiş prezidenti Burhanuddin Rabbani paytaxt Kabulda dəfn olunacaq.
O, Talibanın sülh elçilərini öz evində qəbul edərkən öldürülmüşdü.
Əfqanıstan polisi mətbuata məlumat verib ki, dəfn mərasiminin yüksək vəziyyətdə keçməsi üçün əlavə 3000 polis əməkdaşı cəlb olunub.
Sentyabrın 22-də ABŞ dövlət katibi Hillari Clinton bildirib ki, onlar Rabbaninin öldürülməsinə baxmayaraq, Əfqanıstanla birgə Talibanla sülh danışıqlarının yolunu axtaracaq.
Əfqan polisi qətldə Talibanı günahlandırır, amma Taliban keçmiş prezidentin qətlini öz üzərinə götürməyib.