CƏBHƏ BÖLGƏSİNDƏ ƏHALİYƏ “YEZİD ZÜLMÜ” VERİLİR
Tarix: 18-04-2013, 09:57 |
Çap et
6 GÜNDÜR SU ÜZÜNƏ HƏSRƏT QALAN SAKİNLƏRİ KİMSƏ DİNLƏMƏK İSTƏMİR
DİA.AZ: - Artıq ayrı-ayrı yerlərdə əhalinin kommunal problemlərlə üz-üzə qalması ənənə halına çevirilib. Bu qəbildən olan daha bir şikayət DİA.AZ-a Füzuli rayonundan daxil olub.
Redaksiyamız müraciət edən Füzuli rayonu Horadiz şəhər sakinləri yazır: Hörmətli redaksiya, xahiş edirik, problemimizin həll olmasında bizlərə kömək edəsiniz.
Altı gündür ki, Füzuli rayon Horadiz şəhərinə su verilmir. Əvvəllər su veriləndə də bəzi məhəllələr su üzünə həsrət qalırdı. Ancaq altı gündür ki, bütün Horadiz ərazisinin su ilə təminatı dayandırılıb, əhali su üzünə həsrət qalib.
Xahiş edirik bu məsələni “Azərsu” qarşısında qaldırın. Səsimizi yuxarılara çatdırın. Horadizin içməli su məsələsi həllini tapsın. Axı biz əsirlər düşərgəsində yaşamırıq, cəbhə bölgəsində yaşayırıq. Əhaliyə zülm etmək yox, kömək etmək lazımdır”.
Daha sonra sakinlər bildirir ki, onlar yerli icra strukturlarına, əlaqədar təşkilatlara müraciət etsələr də, səslərini eşidən olmayıb.