PRİMADONNA COŞDU, KÜKRƏDİ
Tarix: 6-12-2011, 14:48 |
Çap et
"BUNLAR NECƏ İNSANDIRLAR?!"
Xalq artisti İlhamə Quliyeva mətbuatda guya Moskvada xəstəxanada, hətta reanimasiyada olduğuna dair yayılmış xəbərlərə münasibət bildirib.
Day.Az saytının verdiyi məlumata görə, o, deyilənlərin heç bir əsasının olmadığını söyləyib.
"Bunlar necə insandırlar?! Heyrətə gəlirəm! - deyə İ.Quliyeva bildirib. - Qoy nə istəyirlər, düşünsünlər. Elə bilsinlər ki, burada müalicə olunuram. Mən isə bu müddətdə sakitcə istirahət edəcəm, güc yığacağam. Bir neçə gündən sonra Bakıda görüşərik. Onda kimin daha sağlam olduğunu görərik".