RUSİYADAKI ERMƏNİ KONSULUNDAN BİABIRÇILIQ
Tarix: 24-04-2013, 11:11 | Çap et
Ermənilərin xislətində yalan və dələduzluq olması heç kimdə sirr deyil. Tarix boyu onların bu kimi çirkin xüsusiyyətləri barədə çoxsaylı faktlara rast gəlmək mümkündür. Lakin bu fırıldaqlarda diplomatların adlarının hallanması bu ölkənin xarici siyasət idarəsinin necə bir bərbad vəziyyətdə olduğunu göstərmiş olur.
Ermənistanı ölkədən kənarda təmsil edən diplomatik korpusda yaşanan qalmaqal erməni, hətta Rusiya mətbuatının baş xəbərinə çevrilib. Bəlli olub ki, Ermənistanın Rusiyadakı səfirliyinin konsulu vətəndaşları nəinki aldadıb rüşvət alırmış, hətta onları döyməkdən və pullarını mənimsəməkdən belə çəkinməyib. Məsələ o qədər böyüyüb ki, Rusiyadakı erməni səfirliyi xüsusi bəyanatla çıxış etməli olub. Diplomatik nümayəndəlik tələm-tələsik erməni kütləvi informasiya vasitələrində yayılın xəbərlərin həqiqətə uyğun olmadığını bəyan edib. Yayılan məlumata görə, konsul diplomatik nümayəndəlikdə Ermənistan vətəndaşı olan şəxsi döyüb, onun pasportunu, mobil telefonunu və pul kitabını alıb. Səfirliyin yaydığı bəyanatda konsulun diplomatik nümayəndəliyə gələn Jirayr Tadevosyanı döyməsi barədə xəbərin həqiqəti əks etdirmədiyi iddia edilib. “Burada söhbət Artak Akopyan adlı şəxsin dələduzluğundan gedir. Tadevosyan da bu “sövdələşmə”nin iştirakçısı olub. Uzun illər idi ki, həmin şəxs səfirlik ətrafında dələduzluq işləri ilə məşğul olur.
Səfirliyə sənəd almaq üçün müraciət edən şəxslər konsulluğa müraciət qaydalarını və öz hüquqlarını bilmirlər. Onun dələduz olduğu çoxdan faş edilib. Hər dəfə Artak Akopyan öz fəaliyyət sferasına yeni-yeni şəxslər cəlb edir”. O ki qaldı bu ilin aprel ayının ortalarında baş verən insidentə - səfirlik bəyan edib ki, səfirliyin konsul xidməti tərəfindən növbəti dələduzluq “sövdələşmə”sinin üstü açılıb. “Bu dəfə Akopyan bu əməlini Jirpayr Tadevosyan tərəfindən həyata keçirmək istəyib. Artak Akopyan biləndə ki, vətəndaş xanım Nazani A. adlı yetkinlik yaşına çatmayan qıza Ermənistana qayıtması üçün sənəd gərəkdir - ona öz köməyini təklif edir. Və bu zaman özünü səfirliyin əməkdaşı kimi təqdim edib. Tadevosyan da Akopyanın adından istifadə edərək Nazani A. ilə görüşür və ondan 7 min rubl alır. Zəruri sənədi almaq üçün həmin şəxsin adından səfirliyə müraciət edir. Amma vətəndaşın özünü şübhəli aparması nəticəsində bu dələduzluq faktının üstü səfirliyin konsulluq idarəsinin əməkdaşları tərəfindən açılır. Nazani A. səfirlinə çağırılır və vəziyyət ona başa salınır. Əvəzində ona Ermənistana qayıda bilməsi barədə sənəd təqdim edilir.
Tadevosyan dələduzluq faktının üstünün açılması ilə bağlı etiraf edib ki, bu işləri Artak Akopyanın tapşırığı ilə edib. Bu zaman ərazini tərk edərək gedən Tadevosyan burada özünün pasportunu, mobil telefonunu, hətta Arutunyan adlı şəxsə məxsus pasportu da qoyub gedib. Sənəd və mobil telefon müəyyən orqanlar vasitəsilə mövcud qaydalara uyğun qaytarılacaq. Hazırda səfirlik bu işə hüquqi don geyindirmək üçün Rusiya hüquq-mühafizə orqanlarını bu işə cəlb etmək istiqamətində işlər aparır” - deyə Ermənistan səfirliyinin yaydığı məlumatda iddia edilib. Lakin erməni nəşrləri vurğulayırlar ki, hər şey heç də səfirliyin verdiyi məlumatda göstərilən kimi deyil. Nəşrlərin əldə etdiyi məlumatda göstərilib ki, Tadevosyan konsul Qarik Meliksetyan tərəfindən döyülüb. “Konsul öz otağında 60 yaşlı Jirayr Tadevosyanı döyüb, onun mobil telefonunu alıb və içərisində 32 min rubl olan pulqabısını mənimsəyib. Və ondan tələb edib ki, bununla bağlı heç kimə məlumat verməsin. Sonra isə dərhal konsulluq binasını tərk etməyi tələb edib. Tadevosyan bir qəpiksiz və sənədsiz piyada evinə gəlib və xəstələnib. Hazırda isə ağciyər xəstəliyi diaqnozu ilə xəstəxanada müalicə alır” - deyə Artak Akopyan “Reqnum”a bildirib.
Qeyd edilib ki, hətta Moskva xəstəxanası xəstənin vəziyyətinin ağır olduğunu nəzərə alaraq, onu sənədsiz qəbul edib. Hazırda Jirayr Tadevosyan baş verən insidentə Xarici İşlər Nazirliyinin reaksiya verməsini, sənədlərinin verilməsini istəyir. O bildirib ki, əks təqdirdə, onu xəstəxanadan çıxaracaqlar.
Beləliklə, erməni diplomatın bu əməli Ermənistan xarici siyasət idarəsinin də artıq rüşvət və korrupsiya mənbəyinə çevrildiyini göstərmiş olub. Özü də bu insident Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın Moskvaya səfəri zamanı yaşanır. Yayılan məlumatlara görə, konsulluq idarəsini rüşvət obyektinə çevirən konsulun hakimiyyət dairələrində güclü dayağı var. O, məhz həmin dayaqlara arxalanaraq bu kimi əməlləri həyata keçirir. Bir faktı da qeyd edək ki, konsula bağlı yaşanan bu insident nadir hadisə deyil. Dəfələrlə Ermənistanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin əməkdaşlarının adı müxtəlif qalmaqallarda hallanıb. Məsələn, bir neçə il bundan əvvəl ABŞ-ın Los-Anceles şəhərindəki Ermənistan konsulluğunun 3 əməkdaşı həbs olunmuşdu. “Assoşeyted press” agentliyinin məlumatına görə, onlar miqrasiya sənədlərini saxtalaşdırmaqda ittiham olunublar. Həbs olunanlar Ermənistanın Los-Ancelesdəki keçmiş konsulu, konsulluğun əməkdaşı və immiqrasiya məsələləri üzrə hüquqşünasıdır. Bildirilir ki, onların barəsində istintaq iki ildir davam edirmiş. Amerikanın gömrük və immiqrasiya xidmətlərinin rəsmiləri bildiriblər ki, konsulluqda 1999-cu ildən bu yana xidmət edən Noriar Qalumyan konsulluğun dörd əməkdaşı ilə birlikdə ABŞ-dan deportasiya olunmaq təhlükəsi ilə üzləşən mühacirlərə Ermənistan hökuməti adından saxta məktublar satıb. Bu məktublarda göstərilib ki, Ermənistan hökuməti onlara keçid sənədləri verməyəcək. Bununla da mühacirləri deportasiya etmək mümkün olmayıb.
Məlumata görə, ittiham edilənlər azı 24 belə məktub satıblar. Məktubun qiyməti 35 min dollar olub. Qalumyan və digərləri onlara qarşı irəli sürülmüş ittihamlar üzrə 5 ilədək azadlıqdan məhrum edilə bilər. İki il bundan əvvəl ABŞ-ın şərq sahili boyunca yerləşmiş erməni icmalarında yerli polis idarəsi və ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) tərəfindən həyata keçirilən silsilə həbslər də erməni diplomatlarla bağlı idi. ABŞ Ədliyyə Nazirliyi və FTB-nin əlindəki məlumatlara görə, “Armenian Pover” adlanan erməni cinayətkar şəbəkə Ermənistan rəhbərliyindəki vəzifəli şəxslərlə əlaqədədir. Hazırda bununla bağlı məhkəmə gedir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59 |
|
|
|
|