ELMİRA ŞÜKÜROVA AĞDAMDAN QAÇMAQ İSTƏYİR
Tarix: 26-04-2013, 09:31 |
Çap et
YENİ NAZİRİN QORXUSUNDANDİA.AZ: - Ağdam rayon təhsil şöbəsinin müdiri Elmira Şükürova istefa verərək, pensiyaya getmək istəyir. Bu barədə DİA.AZ-a etibarlı mənbələrdən məlumat daxil olub.
Həmin məlumatda deyilir ki, şöbə müdirinin belə bir addım atmasının səbəbi onun qorxuya düşməsidir. Çünki yeni təhsil naziri Mikayıl Cabbarovun ötən gün keçirdiyi müşavirədə bərbad halda olduğu təhsil şöbələrinin sırasında Ağdamın da adını çəkib. Xəbər isə xanım Şükürovaya çatar-çatmaz o, nə edəcəyini bilməyib və istefadan başqa çıxış yolu görməyib.
Mənbə deyir ki, Ağdamın təhsil sistemində dəhşətli durum yaşanır. Belə ki, təhsil şöbəsinin müdiri illərdən bəri bütün orta məktəbləri acınacaqlı vəziyyətə salıb.
Ortada hətta ciddi maliyyə yeyintilərinin olduğuna dair məlumatlar da var. Təhsil Nazirliyinin Ağdama göndərməyə hazırlaşdığı yoxlamanın da məhz bu cəhətləri araşdıracağı şübhə doğurmur. Görünür, Elmira Şükürova vəziyyəti bildiyindən indidən aradan çıxmaq fikrinə düşüb.