Cavid Qurbanovun qardaşı Səlim Müslümovun idarəsində şahlıq qursa da... - Nazir baş verənləri sükutla seyr edir
Tarix: 22-03-2016, 10:07 | Çap et
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə bağlı bir neçə yazılar dərc etmişik. Bu dəfə isə sizə təqdim etdiyimiz material İlqar Qəmbər oğlu Qurbanov – “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, Azərbaycan Milli Məclisinin deputatı Cavid Qurbanovun qardaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi haqdadır. Bu şəxsin qaranlıq keçmişi və hazırkı fəaliyyəti haqqında hürriyyet.az-da dərc olunmuş yazını cumhuriyyet.az olaraq diqqətinizə çatdırırıq. İlqar Qurbanov əmək fəaliyyətinə 1981-ci ildə başlayıb. Həmin vaxtdan etibarən Musa Nağıyev adına 1 saylı klinik xəstəxanada, Təcili Tibbi yardım Klinik Xəstəxanasında, Respublika Gigiyena və Epidemiologiya Mərkəzində, Bakı Sağlamlıq Mərkəzində, Həmkarlar İttifaqı Respublika Komitəsində, habelə ədliyyə sistemində, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (2007-2010-cu illərdə Respublika Əlillərin Reabilitasiya Mərkəzində baş həkim müavini) və digər qurumlarda həkim kimi müxtəlif vəzifələrdə işləyib. İ.Qurbanov 2014-cü ilin yanvarından hazırkı vəzifəsinə qədər ƏƏSMN-nin Respublika Əlillərin Bərpa Mərkəzinin baş həkimi vəzifəsində çalışıb. Xatırladaq ki, ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti Azərbaycan Prezidentinin 16 mart 2015-ci il tarixli Fərmanına əsasən yaradılıb. Xidmətin yaradılmasında məqsəd əhaliyə göstərilən tibbi-sosial ekspertiza və reabilitasiya xidmətinin təkmilləşdirilməsi, əlilliyin müəyyən olunması və tibbi-sosial reabilitasiya sahəsində idarəetmə mexanizminin çevik və səmərəli təşkilinin təmin olunmasıdır. Yeni xidmət özünün Mərkəzi Aparatından, 38 TSEK-dən, 11 əlillərin bərpa mərkəzindən və Bakı Protez Ortopedik Mərkəzi və onun Gəncə filialından ibarətdir. Rəsmi məlumatlarda göründüyü kimi, Əhalinin Əmək və Sosial müdafiəsi nazirliyi yanında yaradılmış Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti əllilliyin müəyyən olunmasında önəmli rol oynayır və vətəndaşlara bu sahədə xidməti təkmilləşdirmək üçün yaradılmışdır. Lakin təəssüflər olsun ki, İlqar Qurbanovun rəhbərliyi altında xidmətin uğurlarından deyil, qanunsuz fəaliyyətindən eşitdiklərimiz qulaq batırır. İlqar Qurbanovun Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti rəisi vəzifəsinə gətirilməsi heç də bu şəxsin keçdiyi parlaq həyat yoluna söykənmir və əsaslanmır. Nəzərə alsaq ki, İ.Qurbanovun qardaşı “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, deputat Cavid Qurbanovdur, onda məsələnin və ya təyinatın mahiyyətini anlamış oluruq. Cavid Qurbanovun keçmiş fəaliyyətində və ya siyasi yolunda vəzirovçuluq, mütəllibovçuluq, Sürət Hüseynovçuluq və s. ideyalarına xidmətinə nəzər salanda görərik ki, bu şəxs hər zaman oyun oynamağı bacarmış və hakimiyyətlərə xəyanətlərlə dolu bir həyat yolu keçmişdir. Hansı ki, Caviq Qurbanovun hərtərəfli oyunu mərhum prezident Heydər Əliyevin diqqətindən yayınmamışdı. 1995-ci ildə ölkənin əsas siyasi lideri və təcrübəli dövlət xadimi Heydər Əliyev Cavid Qurbanovun vəzifə karyerası ilə tanış olduqda bu şəxsi tutduğu vəzifədən qovmuşdu. Lakin nəqliyyat naziri Ziya Məmmədovun himayəsinə sığınan Cavid Qurbanov, çox keçmədi ki, hakimiyyətin ən yaxın kadrına çevrildi. Məhz Caviq Qurbanovun hakimiyyət dairələrində söz sahibi olması onun qardaşını və qohumlarını da mükafatsız qoymayıb. Bu mənada Əhalinin Əmək və Sosial Müdafiəsi naziri təyin olunan Səlim Müslümov Cavid Qurbanov kimi dost qazanmaq üçün ikincinin qardaşını yüksək vəzifəyə təyin etdi. Lakin cənab Müslümov unudur ki, vaxtilə Ziya Məmmədova “böyük qardaş” deyən Cavid Qurbanov ona etdiyi xəyanəti hər bir dostuna qarşı edə bilər. Qeyd edək ki, İlqar Qurbanovun yeni yaradılmış Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi vəzifəsinə təyin olunmasından sonra, bu sahədə ciddi narazılıqlar baş qaldırdı. Xidmətin tabeçiliyində olan Tibbi Sosial Ekspert Komissiyalarının bölgələrdə vətəndaşlardan kütləvi şəkildə rüşvət tələb etmələri nazir Səlim Müslümovu da narahat etdi. Lakin “özünün qazdığı quyu”ya özü düşən nazir yerli TSEK-lərin səlahiyyətlərini əlindən alıb İlqar Qurbanova verdi. Çoxdan gözlədiyini əldə edən İ.Qurbanov qısa müddət ərzində bu sahədə dözülməz vəziyyət yaratdı. Lakin Cavid Qurbanovun qardaşının qanunsuz tələbləri daha böyük dairələrdə bilinsə də, hamı qardaşına görə, onun əməllərinə göz yummaq məcburiyyətində qalıb. Qəribəsi odur ki, Səlim Müslümovun da söz keçirə bilmədiyi İlqar Qurbanovun fəaliyyətindəki narazılıqlara biganə münasibəti davam edir. İlqar Qurbanovun daha bir vəzifəsi də var ki, o da qardaşı C.Qurbanovun mətbu orqanlarını idarə etmək və maliyyələşdirməkdir. Cavid Qurbanovun nəzarətində olan və hakimiyyət qüvvələrini daim tənqid və şantaj edən mətbu orqanlara maddi yardımları həyata keçirən xidmət rəisinin xəstə insanların hüquqlarını pozması, görünür, aidiyyatı qurumları narahat etmir. Qurbanovların təzyiqindən qorxanlar əlillik dərəcəsini almaq istəyənlərin narazılıqlarını eşitmir, əksinə baş alıb gedən qanunsuzluğa daha böyük meydan verməməkdədirlər. Biz İlqar Qurbanovun gizli fəaliyyəti ilə bağlı apardığımız araşdırmalar zamanı aşkara çıxan faktları növbəti yazımızda diqqətinizə çatdıracağıq. Bununla yanaşı İlqar Qurbanovun yerlərdəki komissiyalar tərəfindən həyata keçirdiyi qanunsuzluqlardan əziyyət çəkənləri də dinləməyə hazırıq. Yazıda qeyd olunan faktlarla bağlı Əhalinin Əmək və Sosial Müdafiəsi Nazirliyi yanında yaradılmış Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisinin münasibətini öyrənməyə çalışdıq. Lakin xidmətdən bizə bildirdilər ki, sorğumuza ancaq İlqar müəllim cavab verə bilər, onudakı iş yerində heç cənab nazir Səlim Müslümov tapa bilmir. Odur ki, yazımızın davamını gözləyin…
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Bu gün, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Bu gün, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Bu gün, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Bu gün, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Bu gün, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Bu gün, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Bu gün, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Bu gün, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Bu gün, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Bu gün, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Bu gün, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Bu gün, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Bu gün, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Bu gün, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Bu gün, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Bu gün, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Bu gün, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Bu gün, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Bu gün, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Bu gün, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Bu gün, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Bu gün, 12:56 |
|
|
|
• Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi
Bu gün, 12:54 |
|
|
|
• "Şou əhli qış yuxusuna gedib"
Bu gün, 12:45 |
|
|
|
• Arabir yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:42 |
|
|
|
• İran gizli şəkildə Xamneyinin varisini seçdi - onun haqqında məlum olanlar
Bu gün, 12:39 |
|
|
|
• MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir - FOTOLAR
Bu gün, 12:29 |
|
|
|
• Putin Rusiyanın yenilənmiş nüvə doktrinasını təsdiqləyib
Bu gün, 12:21 |
|
|
|
• “Mars Overseas”ın istehsal etdiyi “Natura” şirəsinin içindən GÖRÜN NƏ ÇIXDI
Bu gün, 12:19 |
|
|
|
• “Gələn il minimum pensiya məbləği ən azı 300 manat olmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 12:08 |
|
|
|
• “ABŞ Ukraynadakı müharibədə iştirak etmir” - Sallivan
Bu gün, 12:06 |
|
|
|
• “Düşünürdü ki, onlar kimdir Amerika senatoruna nəsə desin...” - maləsəf... BU FAKTDIR...
Bu gün, 12:03 |
|
|
|
• Erməni səfir Fransanın keçmiş prezidentləri ilə görüşdü
Bu gün, 12:01 |
|
|
|
• “Anti-Azərbaycan qüvvələri bu dəfə də COP29-da məğlub oldular” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:56 |
|
|
|
• Aqrar sektora ayrılmış subsdiyalar nəticə verməyib, milyardlar havaya uçub -EKSPERT ŞƏRHİ
Bu gün, 11:54 |
|
|
|
• "Söyüş söydüyünə görə vintaçanla vurdum" - Salam almaq üstündə qətl
Bu gün, 11:52 |
|
|
|
• "Respublikanski" “köçürüldü", xəstələr yollarda qaldı - GİLEY
Bu gün, 11:50 |
|
|
|
• Ərini öldürüb həbsdə ana olan Əfsanənin dramı... - TƏFƏRRÜAT
Bu gün, 11:48 |
|
|
|
• Messi Ağ Evin qapısına zərbə vurmaq istəyir – İmpiçment çağırışı
Bu gün, 11:46 |
|
|
|
• COP29 çərçivəsində hansı sazişlər imzalanıb? - AKTUAL
Bu gün, 11:37 |
|
|
|
• Minimum əməkhaqqı və minimum pensiya artımı üçün büdcədə vəsait nəzərdə tutulub - Nazirdən MÜJDƏ
Bu gün, 11:33 |
|
|
|
• Rəsmi rəqəmlər deyir, ARTIM VAR... reallıq isə... - FOTOFAKT
Bu gün, 11:31 |
|
|
|
• Agentlikdə yeni sədr müavini TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 11:21 |
|
|
|
• Marketlərdə satılan farş nə ətindən hazırlanır? - Qəssabdan şok AÇIQLAMA
Bu gün, 11:20 |
|
|
|
• "Hizbullah" ABŞ-nin atəşkəs təklifi ilə razılaşıb" - Reuters
Bu gün, 11:18 |
|
|
|
• Sülh prosesində iki çətin məsələ hansıdır? - Detallar açıqlandı
Bu gün, 11:01 |
|
|
|
• Generalın həyat yoldaşına vəzifə verildi - ƏMR
Bu gün, 10:59 |
|
|
|
• Sülh yaxud müharibə: Bölgə üçün son seçim belədir... - AKTUAL
Bu gün, 10:48 |
|
|
|
• Ağdərənin bu kəndində 1,5 milyon manatlıq yenidənqurma işlərinə başlanılır
Bu gün, 10:46 |
|
|
|
|