MTN generalının milyonları və əcnəbi “pulyuyanlar” - “Dəmirbank” gizlinləri...
Tarix: 30-03-2016, 09:36 | Çap et
Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun “Dəmirbank”la qaranlıq əlaqələri haqqında məlumat vermişdik. Dəyərli oxucularımızın diqqətinə çatdırmışdıq ki, bu bankın Çovdarovla əlaqələri ilə bağlı “Hürriyyət”ə daxil olan şok məlumatlar əməkdaşlarımız tərəfindən araşdırılır və yaxında MTN generalının qohumu, “Dəmirbank”ın İdarə Heyətinin sədri Roman Əmircanovla qanunsuz işbirliyi haqda geniş məlumat verəcəyik. Odur ki, söz verdiyimiz kimi, əlimizdə olan bir sıra faktları oxucularımızla bölüşməyi qərara aldıq. Qeyd edək ki, apardığımız araşdırma nəticəsində çox yaxında əldə edəcəyimizə inandığımız daha ciddi və sənədlərdə əks olunan məlumatları da oxucularımızla bölüşməyə çalışacağıq. Öncə onu qeyd edək ki, “Dəmirbank”la MTN generalının qaranlıq əlaqələri haqda informasiyalar hələ Akif Çovdarov öz vəzifəsinin başında olduğu zaman redaksiyamıza daxil olmuşdu. Elə qəzetimizdə mövzunun araşdırılması ilə bağlı ilk anons da Çovdarovun vəzifədən uzaqlaşdırılmasından və həbsində öncə dərc olunmuşdu. MTN generalının qandallanmasından sonra isə, bəzi KİV-lər də bu mövzuya müraciət etdilər. Lakin həmin informasiyalar heç biri fakta söykənmirdi və bu səbəbdən də qarşı tərəf, daha doğrusu “Dəmirbank”ın Marketinq Departamenti iddiaları təkzib edən açıqlamalar verdilər. Hansı ki, bir sıra saytlar Akif Çovdarovun qudası – Roman Əmircanov vasitəsi ilə külli miqdarda maliyyə vəsaitini leqallaşdıraraq, “Qafqaz İnkişaf Bankı”nın Tiflis fililalına köçürdüyünü yazırdı. Bildirirlirdi ki, buna görə Roman Əmircanov ciddi nəzarət altındadır və tezliklə həbs edilə bilər. “Dəmirbank”ın Marketinq Departamenti isə deyilənləri təkzib etmişdi: “Bankımız normal qaydada fəaliyyətini davam etdirir, Roman Əmircanov həmişəki kimi işə gəlib-gedir… Yazılanlarda yalnız o doğrudur ki, onlar həqiqətən qohumdurlar. Bankın fəaliyyətinin araşdırılması, Roman müəllimin nəzarət altına alınması qətiyyən doğru deyil”. Xatırladaq ki, “MTN işi” çərçivəsində işdən azad edilən qurumun şöbə rəisi, polkovnik-leytenant Rəşad Əmircanov Akif Çovdarovun kürəkənidir. Bundan əlavə, Rəşad Əmircanov 1993-1996-cı illərdə Azərbaycan Respublikası Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsi sədrinin birinci müavini vəzifəsini tutmuş, ”Əməkdar iqtisadçı” Əmircan Əmircanovun kiçik oğlu, Dəmirbankın İdarə Heyətinin sədri Roman Əmircanovun, Azərbaycan Respublikası Mərkəzi Bankının Baş direktoru Aqşin Vəliyevin yaxın qohumudur.
Rəşad Əmircanov əvəllər Xüsusi Dövlət Mühafizə Xidmətində işləyib, sonrdan Akif Çovdarov Milli Təhlükəsilik Nazirliyində idarə rəsisi təyin edildikdən sonra, qayınatasının himayədarlığı ilə MTN-ə şöbə rəisi gətirilib. Hüquq mühafizə orqanları polkovnik-leytenant Rəşad Əmircanovun Akif Çovdarovun təşkil etdiyi gizli həbsxanalar və müxtəlif cinayət əməllərində iştirakının olduğunu təxmin edir. Mövzudan kənara çıxmadan qeyd edək ki, Roman Əmircanov hələ 1986-cı ildən bank sektorunda, 1991-ci ildən “Dəmirbank”ın İdarə Heyətinin sədr müavini, 1994-cü ildən İdarə Heyətinin sədri olsa da, onun qohumu Akif Çovdarovla “işbirliyi” son illərə təsadüf edib. Bu haqda əməkdaşımızı bilgiləndirən mənbə iddia edir ki, 2005-ci ildən bu yana R.Əmircanov istər A.Çovdarovun, istər də ona yaxın olan məmurların yüz milyonlarla dollar pulunun “yuyulmasında” yaxından iştirak edib. Əlbəttə, bu işdə Roman Əmircanov tək olmayıb. Bu pulların ölkədən çıxarılmasında “Dəmirbank”ın Müşahidə Şurasının əcnəbi üzvləri Andrey Vitak (Andrej Witak), Dik Snayders və Kurt Qeiqerin (Kurt Geiger) ayrı-ayrılıqda və müxtəli zamanlarda xüsusi rolları olub. Məlumat üçün bildirək ki, “Dəmirbank”ın Müşahidə Şurasının üzvü olan Andrey Vitak 1990-cı ildən bank sektorunda çalışır. 1997-ci ildən 2007-ci ilədək (Avropa Yenidənqurma və İnkişaf Bankı) AYİB-də Baş Bankir vəzifəsində fəaliyyət göstərib. 2007-ci ildən müxtəlif bankların Müşahidə Şurasında məsləhətçi kimi çalışır. “Dəmirbank”ın Müşahidə Şurasının digər üzvü Dik Snayders əvvəllər Hollandiya İnkişaf Maliyyə Şirkətinin (FMO) Müşahidə Şurasının Sədri vəzifəsində işləyib. Hazırda SFP-nin Təqaüd Fondu Şurasının Sədri kimi fəaliyyət göstərir. Müşahidə Şurasının üzvü Kurt Qeiqer 1971-ci ildə Avropa Kollecinə daxil olmaqla Beynəlxalq Maliyyə üzrə magistr dərəcəsinə layiq görülüb. O, alman, ingilis, ispan, fransız dillərində sərbəst danışır. Kurt Qeiqer də “Çeyz Manhetten”, AYİB kimi böyük maliyyə təşkilatlarında yüksək vəzifələrdə çalışıb. 2009-cu ildən “Dəmirbank”ın Müşahidə Şurasının üzvüdür.
Mənbə bildirir ki, bu isimlər arasında niderlandlı Dik Snaydersin adı avropalı media nümayəndələrinə daha yaxşı tanışdır. Çünki o, özünün də qurulmasında iştirak etdiyi ofşor şirkətlər vasitəsilə Azərbaycan kimi ölkələrdən milyardlarla “çirkli pullar”ın çıxarılmasında “ustadır”. Təsadüfi deyil ki, onun bu fəaliyyəti ilə bağlı Avropanın nüfuzlu media orqanlarında dəfələrlə geniş araşdırma yazıları dərc olunub. Lakin Dik Snayders hər dəfə bu qaranlıq işlərin içərisindən də ustalıqla çıxmağı bacarıb. MTN generalının “Dəmirbank”dakı milyonları Xatırladaq ki, Dik Snayders hələ “Dəmirbank”ın (keçmiş “Azərdəmiryolbank”-red.) Мüşahidə Şurasının üzvü kimi ölkəmizdə fəaliyyətə başlayanda onun qaranlıq əməlləri barədə mətbuat yazmışdı. Həmin vaxt Avropada daha çox məşhur “Liverpul” futbol klubunun xəzinədarı kimi tanınan Snaydersi, sonradan Azərbaycanda da “tanımağa” başladılar. Amma bu dəfə onu nə futbol azarkeşləri, nə də bank işçiləri tanıdı. Onu tanıyanlar daha çox xalqdan oğurladıqları yüz milyonlarla dolların ölkədən çıxarılmasında Dik Snaydersin xidmətindən yararlanan korrupsioner məmurlar oldu, hansı ki, bu zaman Akif Çovdarovla Roman Əmircanovun qohumluq əlaqələri işə yaradı…
Qeyd edək ki, “Dəmirbank”ın Müşahidə Şurasının digər əcnəbi üzvləri Andrey Vitak və Kurt Qeiqerin fəaliyyəti heç də Dik Snaydersdən şəffaf olmayıb. Mənbə bildirir ki, hər iki əcnəbinin adı da öz ölkələrində, eləcə də Avropanın nüfuzlu mətbu orqanlarında “çirkli pullar”ın yuyulmasında hallanıb… Bütün bunlar haqda yaxında geniş məlumat verəcəyik. Hələlik isə onu qeyd edək ki, mənbə A.Çovdarov vəzifədən azad ediləndən sonra R.Əmircanovun çox çətin vəziyyətə düşdüyünü deyir. Məlumata əsasən, o, həqiqətən də bir neçə gün işə gəlməyib və həmin müddətdə bağ evindən kənara çıxmayaraq, belə demək olarsa, həbs olunacağı tarixi gözləyib. Lakin sonradan yüksək vəzifəli məmurlardan biri onu qəbul edərək, bütün faktları açıqlamağın qarşılığında həbs olunmayacağına zəmanət verib… Bəs, həmin məmur kimdir və onun Akif Çovdarovla nə kimi əlaqələri olub? Bu və digər sualların cavabını tezliklə biləcəksiniz. (Turaninfo)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Bu gün, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Bu gün, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Bu gün, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Bu gün, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Bu gün, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Bu gün, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Bu gün, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Bu gün, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Bu gün, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Bu gün, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Bu gün, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Bu gün, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Bu gün, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Bu gün, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Bu gün, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Bu gün, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Bu gün, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Bu gün, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Bu gün, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Bu gün, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Bu gün, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Bu gün, 12:56 |
|
|
|
• Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi
Bu gün, 12:54 |
|
|
|
• "Şou əhli qış yuxusuna gedib"
Bu gün, 12:45 |
|
|
|
• Arabir yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:42 |
|
|
|
• İran gizli şəkildə Xamneyinin varisini seçdi - onun haqqında məlum olanlar
Bu gün, 12:39 |
|
|
|
• MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir - FOTOLAR
Bu gün, 12:29 |
|
|
|
• Putin Rusiyanın yenilənmiş nüvə doktrinasını təsdiqləyib
Bu gün, 12:21 |
|
|
|
• “Mars Overseas”ın istehsal etdiyi “Natura” şirəsinin içindən GÖRÜN NƏ ÇIXDI
Bu gün, 12:19 |
|
|
|
• “Gələn il minimum pensiya məbləği ən azı 300 manat olmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 12:08 |
|
|
|
• “ABŞ Ukraynadakı müharibədə iştirak etmir” - Sallivan
Bu gün, 12:06 |
|
|
|
• “Düşünürdü ki, onlar kimdir Amerika senatoruna nəsə desin...” - maləsəf... BU FAKTDIR...
Bu gün, 12:03 |
|
|
|
• Erməni səfir Fransanın keçmiş prezidentləri ilə görüşdü
Bu gün, 12:01 |
|
|
|
• “Anti-Azərbaycan qüvvələri bu dəfə də COP29-da məğlub oldular” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:56 |
|
|
|
• Aqrar sektora ayrılmış subsdiyalar nəticə verməyib, milyardlar havaya uçub -EKSPERT ŞƏRHİ
Bu gün, 11:54 |
|
|
|
• "Söyüş söydüyünə görə vintaçanla vurdum" - Salam almaq üstündə qətl
Bu gün, 11:52 |
|
|
|
• "Respublikanski" “köçürüldü", xəstələr yollarda qaldı - GİLEY
Bu gün, 11:50 |
|
|
|
• Ərini öldürüb həbsdə ana olan Əfsanənin dramı... - TƏFƏRRÜAT
Bu gün, 11:48 |
|
|
|
• Messi Ağ Evin qapısına zərbə vurmaq istəyir – İmpiçment çağırışı
Bu gün, 11:46 |
|
|
|
• COP29 çərçivəsində hansı sazişlər imzalanıb? - AKTUAL
Bu gün, 11:37 |
|
|
|
• Minimum əməkhaqqı və minimum pensiya artımı üçün büdcədə vəsait nəzərdə tutulub - Nazirdən MÜJDƏ
Bu gün, 11:33 |
|
|
|
• Rəsmi rəqəmlər deyir, ARTIM VAR... reallıq isə... - FOTOFAKT
Bu gün, 11:31 |
|
|
|
• Agentlikdə yeni sədr müavini TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 11:21 |
|
|
|
• Marketlərdə satılan farş nə ətindən hazırlanır? - Qəssabdan şok AÇIQLAMA
Bu gün, 11:20 |
|
|
|
• "Hizbullah" ABŞ-nin atəşkəs təklifi ilə razılaşıb" - Reuters
Bu gün, 11:18 |
|
|
|
• Sülh prosesində iki çətin məsələ hansıdır? - Detallar açıqlandı
Bu gün, 11:01 |
|
|
|
• Generalın həyat yoldaşına vəzifə verildi - ƏMR
Bu gün, 10:59 |
|
|
|
• Sülh yaxud müharibə: Bölgə üçün son seçim belədir... - AKTUAL
Bu gün, 10:48 |
|
|
|
• Ağdərənin bu kəndində 1,5 milyon manatlıq yenidənqurma işlərinə başlanılır
Bu gün, 10:46 |
|
|
|
|