"Azərsun” Holdinqin istehsal etdiyi məhsullarda keyfiyyətdən əsər-əlamət belə yoxdur.
Vizual.az xəbər verir ki, müştərilər aldıqları məhsulların qiymətdə baha, keyfiyyətdə isə aşağı olduğunu deyir.
Türkan Kərimlinin saytımıza verdiyi məlumata görə, marketlərdə "Azərsun” istehsalı "Richmond” qırmızı mərcisi kiflənmiş halda müştərilərə satılır:
"Marka olaraq təriflənən və qiymət olaraq heç də ucuz olmayan "Richmond”un qırmızı mərcisi. Son istifadə tarixinə hələ çox var. Lakin açanda kiflənmiş köhnə mərci qalıqları gördük. Böyük ehtimalla köhne məhsulla təzə məhsul qarışdırılır, sonra paketlənir”.