"Ultel" rəhbəri milyonları ölkədən belə çıxarır... - İDDİA
Tarix: 18-07-2018, 10:10 |
Çap et
Ona milyarder desək, yanılmarıq. Çünki Əliqiyam Əsgərovun sahib olduğu əmlaklar insanda heyrət doğurmaya bilməz. Bir vaxtlar adı MTN işində və Eldar Mahmudova yaxın bir şəxs kimi adı hallanan "Ultel" şefinin xarici dövlətlərdə, Bakı şəhərində və bir sıra rayonlarda çox iri həcmli biznes və yaşayış əmlakları mövcuddur.
Bundan əlavə ən diqqət çəkən məqam Əliqiya Əsgərovun ölkədən kənar xarici dövlətlərdə böyük yatırımlar etdiyi barədə məlumat daxil olub. Təkcə Bakı şəhərində saysız hesabsız villalar, hündür mərtəbəli binalarda yüzlərlə kirayə verilmiş evlər. Əliqiyam Əsgərov bir neçə hündür mərtəbəli binalarda bütöv mərtəbəsini əldə etdiyi bildirilir. Bakı şəhərində biznes obyektləri və əmlak komitəsindən əldə etdiyi obyektləridə yüzlərlə ölçülür.
İngiltərədə oxuyan azərbaycanlı bir tələbənin verdiyi məlumata görə "Ultel" şefi yaxın və etibarlı bir adamının adına dəyəri 100 milyondan yuxarı olan bir əmlak alıb. İctimayyəti maraqlandıran məsələ odur ki nəyə görə Azərbaycanın bu günki gündə ən çox investisiya ehtiyacı olduğu bir zamanda 100 milyonlarla başqa dövlətlərə yatırım olunur. Yaxşı olmazmı ki, ölkəmizdə yeni iş yerləri açılsın.
Nəyə görə Azərbaycanda qazanılan pullar başqa ölkəyə yatırılmalıdır, cənab Əsgərov!
regionxeberleri.com