Təhsil Nazirliyində Muxtar Məmmədov dönəmi... - Aparat rəhbərinə qarşı narazılıq
Tarix: 6-08-2018, 09:12 | Çap et
Yeni nazir təyin ediləndən sonra təhsil sisteminə olan ümidlər yoxa çıxmağa başladı. Çünki köhnə nazirin yürütdüyü kursu davam etdirəcəyini bildiriən Ceyhun Bayramov köklü dəyişiklər tərəfdarı olmadığını çıxışında qeyd etdi. Bunu kadr təyinatında da müşahidə etmək mümkündür. Son vaxtlarda nazirin iki mühüm posta təyinatı diqqət çəkdi. Məlumat üçün cumhuriyyet.az bildirir ki, iyun ayının 21-də Azərbaycan Respublikası Təhsil Nazirliyinə Aparat rəhbəri təyin edildi. Bu posta Aparat rəhbəri vəzifəsini müvəqqəti icra edən Muxtar Məmmədov təyin olundu. Qeyd edək ki, Muxtar Məmmədov bundan əvvəl Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri vəzifəsində çalışıb. Bu ilin yanvar ayından isə Aparat rəhbəri vəzifəsini müvəqqəti icra edirdi. Eyni vaxtda həmçinin Mehriban Vəliyeva təhsil nazirinin müavini təyin edildi. Qeyd edək ki, ümumilikdə təhsil sistemində çalışanlar bu iki təyinata şübhə ilə yanaşır və heç bir pozitiv gözləmir. Bu iki kadrın elə təhsil sistemində çalışanlar arasında hörməti elə də yüksək deyil. Bunun da müəyyən səbəbləri var ki, həmin səbəbləri cumhuriyyet.az işıqlandırmağa çalışacağıq. Kimdir Muxtar Məmmədov? Bildirdiyimiz kimi, aparat rəhbəri təyin olunmamışdan əvvəl M.məmmədov Beynəlxalq əməkdaşlıq şöbəsində 2015-2018-ci illər arası müdir vəzifəsində çalışıb. Daha əvvəl (2005-2013-cü illər) işlədiyi Xarici İşlər Nazirliyində ikinci katib vəzifəsinə qədər gəlib çatıb. Daha sonra isə Təhsil Nazirliyinə keçən M.Məmmədov 2013-cü ildən başlayaraq Beynəlxalq əməkdaşlıq şöbəsində sektor müdiri, müdir müavini və şöbə müdiri vəzifələrində çalışıb. Təhsil nazirliyindəki mənbələrdən cumhuriyyet.az-a daxil olan məlumata görə, işlədiyi müddətdə o, yerlibazlığı və tapşırıqla əməkdaş götürməyi ilə seçilib. Belə ki, əslən Salyandan olduğu üçün köhnə tanışını və yerlisini şöbədə məsul vəzifəyə təyin edib. Bundan əlavə, zəng və tapşırıqlar qəbul edən Muxtar Məmmədov digər məsul vəzifəyə gənc və hələ sistemdə təcrübəsi olmayan işçiləri gətirib. Bundan əlavə çoxumuzun eşitdiyi və əhalinin müəyyən hissəsinin narazı qaldığı “Xaricdə təhsil üzrə Dövlət Proqramı” ilə məhz Muxtar Məmmədovun rəhbərlik etdiyi şöbə məşğul olurdu. Bir çox hallarda tapşırıqlarla zəngin olan bu proqram vasitəsilə sistematik olaraq imkanlı ya nüfuzlu şəxslərin övladları göndərilirdi. Əgər adi hallarda müraciət edənlərə ixtisas dəyişikliyinə icazə verilmirdisə, həmin şəxslərin övladlarına gələndə bu hala göz yumulurdu. Misal üçün, humanitar ixtisasların prioritet olmadığı sonuncu ildə diplomatın oğluna “Tarix və siyasət” ixtisası üzrə təhsil almaq şəraiti yaradılmışdı. Bununla da, Dövlət Proqramına əhalidə olan inam və ümid itirilib. Bundan əlavə, adıçəkilən Proqram üzrə 5000 nəfəri təhsil almağı gözlənilirdisə, yekundə bu rəqəm heç 4000-ə qədər çatmadı. Bu da, o deməkdir ki, proqram öz hədəf kütləsinə çata bilmədi. Aparat rəhbəri təyin olunandan nüfuzu aşağı olan Muxtar Məmmədov intizama diqqəti artırır. Lakin cumhuriyyet.az-a danışan mənbənin sözlərinə görə nazirlikdə bəlkə də müstəqillik tarixində ən rüsvayçı vəziyyəti məhz bu il yaşanıb: “İsti yay iyul ayında nazirlikdə havalandırıcı sistemlər bəzi mərtəbələrdə işləmirdi. Halbuki rəhbərlik olan mərtəbələrdə kondisionerlər işlək vəziyyətdə idi. Bəzi otaqlarda isə havanın hərarəti 30 dərəcədən artıq təşkil edirdi. Müəyyən qısa müddətə kondisionerlər yandırılır, sonra isə yenidən söndürülürdü. Belə də, istisi soyuğu bilinməyən otaqlarda əməkdaşlar məcbur qalıb çalışmalı olurdular. Əvvəlki nazirin dövründə otaqlara çay sifarişi ödənişsiz idisə, Muxtar Məmmədovun təyin olunduğu dövrdən otaqlara çay sifarişi ödənişli olub. Nazirliyin bufeti kommunal (işıq, qaz və su) xərclər ödəmir. Amma buna baxmayaraq bufetdən əlverişsiz şəkildə istifadə edilir və əməkdaşlar digər yerlərdə nahar etməyə üstünlük verir. Muxtar Məmmədovun Aparata rəhbərlik etdiyi dövrdə işıqla daimi problemlər yaşanır. Bütün ölkənin qaranlığa qərq olduğu günlərdən əvvəl Nazirlikdə iş vaxtı işıqların sistematik halda kəsilməsi müşahidə olunurdu. Belə hallarda generatorlar işə düşməlidir, lakin generator da işlək vəziyyətdə olmadığından Nazirlikdə işgüzar vəziyyət aşağı səviyyədədir”. Bu hələ son deyil. Nazirlikdə son dövrdə hətta suyun kəsilməsi belə müşahidə olunur. İşığın qənaətlə istifadə olunması barədə imeyllərin göndərilməsi adi hal alıb. İşıq kəsildikdə internetin işində fasilələr müşahidə olunur. Son aylarda işçilərin geyimlərinə və işə gediş-gəliş vaxtlarına nəzarət artılıb. Aydın məsələdir ki, bu qədər problem olan yerdə diqqəti bu problemlərdən yayındırmaq üçün belə üsula əl atılıb. Ən dəhşətli məqam isə Nazirlikdə hələ vergidən yayınma hallarının kifayət qədər geniş yayılmasıdır. Bu əsasən əmək haqqı məsələlərində özünü göstərir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Bu gün, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Bu gün, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Bu gün, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Bu gün, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Bu gün, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Bu gün, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Bu gün, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Bu gün, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Bu gün, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Bu gün, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Bu gün, 12:56 |
|
|
|
• Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi
Bu gün, 12:54 |
|
|
|
• "Şou əhli qış yuxusuna gedib"
Bu gün, 12:45 |
|
|
|
• Arabir yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:42 |
|
|
|
• İran gizli şəkildə Xamneyinin varisini seçdi - onun haqqında məlum olanlar
Bu gün, 12:39 |
|
|
|
• MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir - FOTOLAR
Bu gün, 12:29 |
|
|
|
• Putin Rusiyanın yenilənmiş nüvə doktrinasını təsdiqləyib
Bu gün, 12:21 |
|
|
|
• “Mars Overseas”ın istehsal etdiyi “Natura” şirəsinin içindən GÖRÜN NƏ ÇIXDI
Bu gün, 12:19 |
|
|
|
• “Gələn il minimum pensiya məbləği ən azı 300 manat olmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 12:08 |
|
|
|
• “ABŞ Ukraynadakı müharibədə iştirak etmir” - Sallivan
Bu gün, 12:06 |
|
|
|
• “Düşünürdü ki, onlar kimdir Amerika senatoruna nəsə desin...” - maləsəf... BU FAKTDIR...
Bu gün, 12:03 |
|
|
|
• Erməni səfir Fransanın keçmiş prezidentləri ilə görüşdü
Bu gün, 12:01 |
|
|
|
• “Anti-Azərbaycan qüvvələri bu dəfə də COP29-da məğlub oldular” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:56 |
|
|
|
• Aqrar sektora ayrılmış subsdiyalar nəticə verməyib, milyardlar havaya uçub -EKSPERT ŞƏRHİ
Bu gün, 11:54 |
|
|
|
• "Söyüş söydüyünə görə vintaçanla vurdum" - Salam almaq üstündə qətl
Bu gün, 11:52 |
|
|
|
• "Respublikanski" “köçürüldü", xəstələr yollarda qaldı - GİLEY
Bu gün, 11:50 |
|
|
|
• Ərini öldürüb həbsdə ana olan Əfsanənin dramı... - TƏFƏRRÜAT
Bu gün, 11:48 |
|
|
|
• Messi Ağ Evin qapısına zərbə vurmaq istəyir – İmpiçment çağırışı
Bu gün, 11:46 |
|
|
|
• COP29 çərçivəsində hansı sazişlər imzalanıb? - AKTUAL
Bu gün, 11:37 |
|
|
|
• Minimum əməkhaqqı və minimum pensiya artımı üçün büdcədə vəsait nəzərdə tutulub - Nazirdən MÜJDƏ
Bu gün, 11:33 |
|
|
|
• Rəsmi rəqəmlər deyir, ARTIM VAR... reallıq isə... - FOTOFAKT
Bu gün, 11:31 |
|
|
|
• Agentlikdə yeni sədr müavini TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 11:21 |
|
|
|
• Marketlərdə satılan farş nə ətindən hazırlanır? - Qəssabdan şok AÇIQLAMA
Bu gün, 11:20 |
|
|
|
• "Hizbullah" ABŞ-nin atəşkəs təklifi ilə razılaşıb" - Reuters
Bu gün, 11:18 |
|
|
|
• Sülh prosesində iki çətin məsələ hansıdır? - Detallar açıqlandı
Bu gün, 11:01 |
|
|
|
• Generalın həyat yoldaşına vəzifə verildi - ƏMR
Bu gün, 10:59 |
|
|
|
• Sülh yaxud müharibə: Bölgə üçün son seçim belədir... - AKTUAL
Bu gün, 10:48 |
|
|
|
• Ağdərənin bu kəndində 1,5 milyon manatlıq yenidənqurma işlərinə başlanılır
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycan cəmiyyətinin Peloniyə reaksiyası çox təbiidir - RƏY
Bu gün, 10:36 |
|
|
|
• “Freedom House”dən görünməmiş həyasızlıq - Bakıdan şillə kimi cavab
Bu gün, 10:34 |
|
|
|
• Aİ-95 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənəcək - AÇIQLAMA
Bu gün, 10:32 |
|
|
|
• “Ruslar o templə Avropaya yönəlsəydi, indi bir çox dövlətlər Tatarıstan statusundaydı” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:21 |
|
|
|
• ADAU-da büdcə pulları BELƏ MƏNİMSƏNİLİR... - BU DA FAKT!
Bu gün, 10:15 |
|
|
|
• Azərbaycanda İran vətəndaşı iki gündür itkin düşüb
Bu gün, 10:04 |
|
|
|
• “İstəmirəm sizin fiber-optik 110 manatlıq xidməti” – Vətəndaşdan haqlı narazılıq
Bu gün, 10:03 |
|
|
|
• NİYƏ 285 MANAT?... - Və ya bir ailənin aylıq minimum yaşam xərci nə qədərdir?
Bu gün, 09:57 |
|
|
|
• Frank Peloni Bakıda kimlərlə görüşəcəkdi? - AÇIQLAMA
Bu gün, 09:49 |
|
|
|
• Vasif Talıbovun yaratdığı PROBLEM... HƏLƏ DƏ QALIR...
Bu gün, 09:48 |
|
|
|
• Tələbələrin təqüdü 285 manata qədər artırıla bilər - MÜJDƏ
Bu gün, 09:42 |
|
|
|
|