"Şəhidlər üçün nəzərdə tutulan 11000 manat bizim ailəyə verilmədi..." - GİLEY
Tarix: 22-04-2020, 08:35 |
Çap et
DİA.AZ: - Ucar rayonu Boyat kənd sakini şəhid anası Əliyeva Tənzilə Saməddin qızı tərəfindən DİA.AZ-a müraciət ünvanlanıb. Müraciətdə deyilir:
"Mən şəhid Famil Əliyevin anası Əliyeva Tənzilə Saməddin qızı mətbuat vasitəsi ilə hörmətli Mehriban xanım Əliyevaya mürciət edirəm.
Hörmətli Mehriban xanım mənim oğlum Əliyev Famil Fərman oğlu Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Oğlum şəhid olduğu üçün hər ay 300 manat təqaüd alırıq.Ailəmiz 4 nəfəri azyaşlı olmaqla 12 nəfərdən ibarətdir.Həyat yoldaşım, iki qızım, İki oğlum, onların həyat yoldaşları hərəsinin iki uşağından ibarətdir.Ailəmizdə heç kəs işləmir 12 nəfərlik ailə şəhidə görə verilən 300 manat müavinətlə dolanır.Buna isə yaşamaq demək mümkün deyil.Həyat yoldaşım Əliyev Fərman Nəriman oğlu parkinson xəstəliyindən əziyyət çəkir.Şəhidə görə aldığımız 300 manat xəstənin dərmanlarına və müalicəsinə gedir.Şəhidlər üçün 11000 manat birdəfəlik ödəniş bizim ailəyə verilmədi.İndi çıxılmaz vəziyytdə qalmışıq.Mal-qaranı satıb həyat yoldaşımın iynə dərmanına yaşamağımız üçün ərzağa vermişik. 12 nəfərlik ailə bir nəfərdə ağır xəstə 300 manatla necə dolanmaq olar ?
Torpağımız şoran və su olmadığı üçün əkə bilmirik.Bizim yaşayışımızı gözləri ilə görən şəxs dəhşətə gələr.Mehriban xanım Sizdən çox-çox xahiş edirəm nümayəndə göndərin gəliş şəhid ailəsinin yaşayışını gözləri ilə görsün.Sizdən xahiş edirəm 11000 manat birdəfəlik müavinətin bizə verilməsinə və xəstə həyat yoldaşımın müalicə olunmasına köməklik göstərəsiniz.
Əlaqə telefonu; 051 313-00-61"