İntriqaların, “razborka”ların meydanına çevrilən BDU! - Elçin Babayevin “universitet zarafatları”
Tarix: 8-05-2020, 10:44 | Çap et
Azərbaycan Xalq Cümhuriyyətinin mirası olan,ötən 101 ildə şərəfli bir yol keçən Bakı Dövlət Universiteti naşı idarəetmənin, şəxsi ambisiyaların əlində girova çevrilib.
Ötən ilin martında universitetə gənc kadrın-Elçin Babayevin rektor təyin olunması nə qədər ümidlər doğurmuşdusa onun bir illik fəaliyyəti bir o qədər xəyal qırıqlığı yaradıb. Təyinatın ilk günlərində “ağıl yaşda deyil başdadır” prinsipinə inananlar bu gün artıq BDU-nu uçurumdan xilas etməyin yollarını tapmaq üçün baş sındırırlar. Çəkinmədən söyləmək olar ki,Elçin Babayev universitet tarixində ən uğursuz təyinat kimi adını tarixə yazmağı bacarıb. Düzdür onun BDU-nun şanlı tarixinə düşəcək heç bir əməli olmasa da istintaq tarixçələrinə düşəcək işləri çoxdur. Onların bəzisini sadalasaq bu böyük elm ocağının hansı fəlakətlə üz-üzə qaldığını siz də görəcəksiniz.
Öncə ondan başlayaq ki, E.Babayev çox dostcanlı,qohumbaz birisidir. Adında iri hərflərlə “DÖVLƏT” sözü yazılan universiteti şəxsi müəssisəsi,özəl şirkəti hesab edərək qohum-əqrəbasında uman-küsən qoymayaraq hamısını bu qocaman ali təhsil ocağında vəzifələrə gətirib. Bu siyahıya sevdiklərini də əlavə etsək BDU-nun kadr təyinatının hansı səviyyədə olduğunu görmək çətin olmaz. E.Babayevin BDU-da vəzifəyə gətirdiyi şəxslərin keçmişinə, savad dərəcəsinə nəzər salsaq onun universitetin elmi potensialına( hələ onu demirik ki cənab Babayev rektor olana qədər Elmin İnkişafı Fondunun icraçı direktoru işləyib və elmin “inkişafına” dövlətin nə az nə çox düz 70 milyon manatını sərf edib) hansı dəyər verdiyini görərik.
Rubrika.Az-a verilən məlumatlara əsasən, bu bir il ərzində Elçin Babayevin BDU rəhbərliyinə gətirdiyi kadrların heç birinin elmi dərəcəsi, elmi adı, təhsillə əlaqəsi yoxdur. Adlı sanlı akademiklərin, professorların çalışdığı elm-təhsil məbədgahının günahı nədir ki, ona “alayarımçıq” ali təhsil diplomu olan, ya olmayan Fikrət Heydərov(polis işçisi), Əliş Ağamirzəyev (özəl nəşriyyat əməkdaşı), Mirzə Mirzəyev(Qaradağ rayon Maliyyə İdarəsinin rəisi) , Elçin Məmmədov (Metropoliten əməkdaşı), Rəşad Cabbarov(Azərseldə telefon meneceri), Ləman Hüseynbəyli (Elm fondunda mütəxəssis) kimi adamlar rəhbərlik etsinlər? E.Babayev dost-aşnasını BDU-ya gətirməklə Azərbaycan elmini,universitetdə fəaliyyət göstərən çoxsaylı alimlərimizi ən azından təhqir edir,alçaldır. Bunlar hələ son deyil, “kadr islahatları”nın davamı daha dəhşətlidir.
Rubrika.Az-a verilən məlumatlarda bildirilir ki, BDU-nun 100 illik yubileyi münasibətilə “Tərəqqi” medalı ilə təltif edilən Hüquq fakültəsinin dosenti İsfəndiyar Bəhlul oğlu Ağayev və Tarix fakültəsinin professoru Nisbət Canməmməd qızı Mehdiyeva nizam-intizam qaydalarını kobud şəkildə pozduqlarına görə bir az əvvəl universitetdən maddə ilə qovulublar. Dəfələrlə neqativ hallara yol verən Bərk cisimlər kafedrasının dosenti Eldar Rəsul oğlu Həsənov 10 il bundan əvvəl pedaqoji fəaliyyətdən kənarlaşdırılıb elmi-tədqiqat sahəsinə göndərilib. Lakin birdən-birə 82 yaşında bu adam yenidən kafedraya dosent gətizdirilir. Səbəbini heç də onun elmi dühasında və yeni kəşflərində axtarmağa dəyməz. Sən demə 82 yaşlı ixtiyarın oğlu Elşad Həsənov Yasamal rayon Icra Hakimiyyətinin başçısı təyin olunub, ona yarınmaq üçün isə Elçin Babayev bütün yazılan və yazılmayan qaydaları pozaraq universitetlə Yasamal İH-nin işbirliyini təmin edə bilib. ! Və yaxud, kafedra müdiri seçkilərində Universitetin 100 illik ənənələrini pozaraq Vasim Məmmədəliyev, Firudin Səməndərov, Tapdıq Həsənov, Şövqi Göyçaylı, Əyyub Əzizov, Musa Bayramov, Oqtay Əkbərov və başqa neçə-neçə tanınmış, öz sahələrinin ən görkəmli alimlərini kənarda qoyub heç bir elmi xidmətləri olmasa da E.Babayevə cani-dildən xidmət edən şəxslər seçiliblər. Hətta baş verən oyunbazlıqlara, haqsızlıqlara dözməyən Vasim Məmmədəliyev və Firudin Səməndərov kimi alimlər dünyalarını dəyişiblər.
E.Babayevin bir illik fəaliyyətinin qısa hissəsidir bunlar. Qocaman ali təhsil ocağına rəhbərlik edən şəxsin özünə kimi müşavir təyin etdiyini biləndən sonra hər şey bir daha aydın olur. İndiyədək Naxçıvan aeroportunda polis nəfəri kimi çalışan, davranışları heç bir əxlaq normasına sığmayan bacısının həyat yoldaşı Fikrət Heydərov BDU rektoruna müşavirlik edir. Deyilənə görə özünü universitetdən daha çox bulvarda hiss edən bu şəxsin əməlləri heç bir əxlaq kodeksinə sığmır. Daha çox Braziliya seriallarının çəkiliş meydanlarını xatırladan kabinetində hər gün Azərbaycan elminin “inkişafı” naminə yeni bir “divan ədəbiyyatı” yaradılır.
Ümumiyyətlə E.Babayevin ili çıxan fəaliyyətinə hansı prizmadan nəzər salsan dəhşətli eybəcərliklər üzə çıxır. BDU-nun 100 illik yubileyi ərəfəsində rektor təyin olunmasına baxmayaraq orta ranqlı bir məmurun sevgilisinə keçirməyə layiq bilmədiyi bir yubiley tədbiri təşkil etməsini xatırlamasaq olmaz. Daha çox yeni rektorun mədhiyyəsinə həsr edilən yubiley BDU adına bir təhqir,ləkə hesab edilə bilər. Bu gün Azərbaycanın ən qədim elm ocağı intriqaların, “razborka”ların meydanına çevrilib. Rektorun salamını düz-əməlli almayanlar dərhal cəzalandırılır, hətta xoşa gəlməyən kafedralar bütünlüklə ləğv olunur. Coronavirus pandemiyasından bərk qorxuya düşən rektor universitetdə Virusologiya və Mikrobiologiya kafedrasını bağladıb, təcrübəli mütəxəssisləri işsiz qoyub. Heç də E.Babayev viruslardan qorxmur, sadəcə kafedra rektorun “qəzəb virusu”nun qurbanına çevrilib.
Göründüyü kimi, E.Babayev sanki BDU-nu çökdürmək, elmi potensialını məhv etmək üçün çaba sərf edir. 100 il ərzində toplanan təcrübə, elmi potensial bir il ərzində məhvə məhkum edilib. Azərbaycanımızın fəxri hesab edilən ali təhsil ocağı restoran şəbəkəsinə, qohumların ailə biznesinə çevrilib. E.Babayev tez-tez publika önündə özünü “zarafatcıl oğlan” kimi təqdim etməkdən zövq alır. Amma,onun Azərbaycan elmi ilə etdiyi bu zarafat bizə çox baha başa gələ bilər. Bu işlə zarafat etmək olmaz, cənablar...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 16:37 |
|
|
|
• Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Bu gün, 16:34 |
|
|
|
• Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Bu gün, 16:20 |
|
|
|
• Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Bu gün, 16:18 |
|
|
|
• Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Bu gün, 16:15 |
|
|
|
• Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Bu gün, 16:12 |
|
|
|
• Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Bu gün, 16:06 |
|
|
|
• Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Bu gün, 16:05 |
|
|
|
• Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Bu gün, 16:02 |
|
|
|
• Bakıda toylar bu tarixdə başlayacaq - SORĞU
Bu gün, 15:55 |
|
|
|
• Orxan Cəlilov işdən çıxarıldı - AÇIQLAMA
Bu gün, 15:50 |
|
|
|
• Paşinyan seçkilərə belə hazırlaşır
Bu gün, 15:48 |
|
|
|
• Gələn ilin büdcəsi NƏ VƏD EDİR?.. - DETALLAR
Bu gün, 15:34 |
|
|
|
• Rusiyada azərbaycanlı tələbələrə qarşı “Yaşasın Azərbaycan!” şüarına görə cinayət işi açıldı - BU NƏDİ BELƏ?..
Bu gün, 15:30 |
|
|
|
• “Mənə demişdilər, gəl, səni pulla filankəslə sevgili edək” - Pərvin Abıyeva
Bu gün, 15:26 |
|
|
|
• General-leytenant yeni rəis təyin etdi - ƏMR
Bu gün, 15:21 |
|
|
|
• Zamin Əliyev Azərbaycanın Qars şəhərindəki baş konsulu təyin edilib - FOTO
Bu gün, 15:17 |
|
|
|
• Prezident Los-Ancelesə yeni baş konsul təyin edib - SƏRƏNCAM
Bu gün, 15:16 |
|
|
|
• Ayxan Süleymanlı Azərbaycanın Aktau şəhərindəki baş konsulu TƏYİN OLUNDU
Bu gün, 15:15 |
|
|
|
• Azərbaycanın Batumiyə yeni baş konsulu təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:13 |
|
|
|
• Pallone təpədən-dırnağa qədər DÜŞMƏNDİR!.. - hələ bizim camaat YUMŞAQ DAVRANDI...
Bu gün, 15:10 |
|
|
|
• "1 həftə öncə məni çağırıb bildirdilər ki, bu gündən işdən azadsan..." - GİLEY
Bu gün, 15:03 |
|
|
|
• Tramp Zəngəzur dəhlizinə maneə yaradacaqmı? - Türkiyəli general detalları açıqladı
Bu gün, 15:00 |
|
|
|
• Mərkəzi Bankın sədri növbəti illər üçün manatın məzənnəsi haqqında danışıb - BİZİ NƏ GÖZLƏYİR?
Bu gün, 14:58 |
|
|
|
• Sabiq nazirin oğlunun məhkəməyə gəlməsi tələb olunub - TƏFƏRRÜAT
Bu gün, 14:55 |
|
|
|
• Anti-Azərbaycan mərkəzləri və onun əlaltıları - AXI NİYƏ?..
Bu gün, 14:00 |
|
|
|
• Şəkidəki şirkət Ucarda əkin sahələrini su ilə təmin edəcək - 7 MİLYONLUQ TENDER
Bu gün, 13:58 |
|
|
|
• "Mədinə şəhərində məni küçədə görən bu uşaqlar üstümə qaçdılar ki..."
Bu gün, 13:07 |
|
|
|
• “İlk dəfə büdcədə neftin ilkin qiyməti 70 dollar götürülüb”
Bu gün, 13:06 |
|
|
|
• Azərbaycan Türkiyədən biri 2 664 manata 6 eşşək alıb - belə görünür ki...
Bu gün, 13:02 |
|
|
|
• Sabiq deputat Əsabil Qasımovun “Karmen”i ilə bağlı nə qərar veriləcək? - GEDİŞAT
Bu gün, 12:58 |
|
|
|
• Mask onunla birləşib ABŞ-ın "altını üstünə çevirəcək" - Şok plan
Bu gün, 12:56 |
|
|
|
• Bəzi yerlərdə yağış yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:52 |
|
|
|
• Qreta Bakıya qarşı aksiya üçün hardan, nə qədər pul alıb? - İLGİNC...
Bu gün, 12:51 |
|
|
|
• "Bu gün sosial şəbəkələr hər şeyi üstələyib..."
Bu gün, 12:45 |
|
|
|
• “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Turan Manafzadə
Bu gün, 12:41 |
|
|
|
• Trampın oğlu Rusiyaya zərbə endirməsinə icazə verənləri "axmaq" adlandırdı
Bu gün, 12:39 |
|
|
|
• Emin Ağalarov əkizlərinin arxiv görüntüsünü paylaşdı - VİDEO
Bu gün, 12:37 |
|
|
|
• Azərbaycanda biznesi olan milyarder “Humo”nu almaqdan imtina etdi - TƏFƏRRÜAT
Bu gün, 12:28 |
|
|
|
• Aqil Abbasın oğlu rəis vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 12:26 |
|
|
|
• Sülh üçün yaşıl işıq yandı: Ermənistan bəyannaməni dəyişir
Bu gün, 12:24 |
|
|
|
• İrəvan KTMT-dən imtina etdi, əsgərlərini bu ölkəyə göndərdi
Bu gün, 12:23 |
|
|
|
• Azərbaycanlı İran casusu Rusiyada saxlanıldı – BAKIYA TƏHVİL VERİLƏCƏK
Bu gün, 12:08 |
|
|
|
• David Vardanyanın təxribat xarakterli müraciəti yayıldı... - "Atam erməni olduğu üçün..."
Bu gün, 12:02 |
|
|
|
• COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçiriləcək
Bu gün, 11:55 |
|
|
|
• Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarında nələr baş verir – MÜRACİƏT
Bu gün, 11:46 |
|
|
|
• ABŞ konqresmeni Frank Peloninin Azərbaycanı tərk etməsi rəsmən təsdiqlənib - AÇIQLAMA
Bu gün, 11:45 |
|
|
|
• Ermənistanın daxili işlər naziri istefa verib
Bu gün, 11:44 |
|
|
|
• “Nar”ın dəstəyi ilə keçirilən ekologiya təlimi beynəlxalq ekspertlə görüşlə yekunlaşdı - FOTO
Bu gün, 11:42 |
|
|
|
• Ağa Musa Nağıyevin xarici banklarda qalan milyonları KİMİNDİR? - varisləri üçün ƏLÇATMAZDIR...
Bu gün, 11:30 |
|
|
|
|