"Başkan yardımçısı”nın vəsiqə ləğv etdirməsi və ya Əli Həsənovun Ankara “yürüşü” - İLGİNC
Tarix: 1-07-2020, 10:07 | Çap et
“Eşşəyin itməkliyi” povestindən təsirlənmişəm...
Səhnə işıqlanır: özünü Azərbaycan dövlətinin “Başkan yardımcısı” kimi təqdim edən Əli Həsənov Türkiyə Baş Nazirliyi icra aparatına bağlı Mətbuat-yayım və informasiya idarəsinə daxil olur. Diqqət yetirin: dövlətimizin prezidentinin köməkçisi özünü Türkiyəyə “Başkan yardımcısı”, yəni,“Vitse-prezident” kimi təqdim edir. Əlbəttə, bu, Türkiyənin bir idarəsinin baş direktorunu çox məmnun edir - zarafat deyil, bir dövlətin vitse-prezidenti başqa bir ölkənin idarə rəisinin ayağına gedib. Məsələn, fərz edin ki, Türkiyənin “Başkan yardımcısı”, yəni vitse-prezidenti Fuat Oktay hər hansı bir ölkənin idarə rəisinin ayağına gedir. Gedərmi? Mümkün deyil. Dövlət idarəçiliyində, xüsusilə, beynəlxalq münasibətlərdə ierarxik protokola həssaslıq göstərmək dövlət adamları üçün birinci şərtdir. Görünür, ya Əli Həsənova başa salan olmayıb, ya da başa salıblar, ancaq anlamayıb ki, özünü dövlət başçısının müavini kimi təqdim edən şəxs ölkəsində vəzifəcə özündən aşağıda duran məmurun qəbuluna getmədiyi kimi, ölkə xaricində bunu heç etməməlidir.
Əli Həsənov Azərbaycan prezdentinin köməkçisi idi, bu sözün Türkcədəki hərfi qarşılığı “özel kalem”dir. Ancaq Türkiyənin dövlət ierarxiyasında “özel kalem” sırf öz rəhbəriylə işləyir, hər hansı sahəni koordinə etmir, məsuliyyəti öz otağıyla məhduddur. Azərbaycanın dövlət idarəçiliyi sistemində isə prezidentin köməkçisi Türkiyə prezidentinin “danışman”ı, yəni müşaviri statusundadır. Ona görə Əli Həsənovun Türkiyədə özünü “Cumhurbaşkanı danışmanı” yox, “Başkan yardımcısı” kimi təqdim etməsi dövlətimiz adına böyük skandal idi. Hazırda Azərbaycanda prezidentin yeganə “yardımcısı” var, o da Birinci vitse-prezident hörmətli Mehriban Əliyevadır. Yəni, Türkcə desək, “Azerbaycan Cumhurbaşkanı Birinci Yardımcısı”. Türkiyənin aşağı vəzifəli dövlət məmurları özünü Azərbaycanın “Başkan yardımcısı” kimi təqdim edən Əli Həsənovu öz kabinetlərində görərkən, təbii ki, bundan çox məmnun olurdular. Çünki vəzifəcə özümüzdən çox böyük bir əcnəbi məmur onların kabinetinə gəlirdi.
Əli Həsənovu axırıncı dəfə 2018-ci ilin fevralında Xocalı soyqırımının 26 illiyinə həsr edilmiş mərasimdə çıxış edərkən görmüşdüm, orada onu “Azerbaycan Devlet Başkanı yardımcısı” kimi təqdim etmişdilər. İstanbul valisi, bələdiyyə sədri və millət vəkilləri Azərbaycanın “vitse-prezidenti” ilə eyni mərasimdə iştirak etməkdən çox məmnun olduqlarını bildirmişdilər. Halbuki Əli Həsənov Türkiyədə “Azerbaycan Cumhurbaşkanı danışmanı” kimi təqdim edilməli və dövlət protokolunda öz yerini o statusda görməliydi. Başqa tədbirlərdə olduğu kimi, Əli Həsənovun o mərasimdəki çıxışını da diktofonumda saxlamışam, mətnini kitabıma daxil edəcəyəm, səsi isə “youtube” kanalımda səsləndirəcəyəm. Mərasim çadırında guya Türkcə danışan “Vitse-prezident” Həsənov “kadar” yerinə “kader”, “kader” yerinə “kadar” dedikcə yadıma Usta Zeynalın “Allah öz cəlalı xatirinə sənin də övladının dağını sənə göstərməsin” – sözləri düşürdü.
Bu “yüngülvari” (silsiləmiz çox uzun çəkəcək) müqəddimədən sonra gələk “Vitse-prezident”in Türkiyə Mətbuat-yayım və informasiya idarəsini ziyarətinin səbəbinə. İdarədəki dostlardan öyrənmişdim ki, “Başkan yardımcısı”nın təşrifinin əsas məqsədi bir Türkiyə vətəndaşının mətbuat vəsiqəsini ləğv etdirmək imiş. Türkiyə vətəndaşı olan o jurnalist Azərbaycanda çıxan bir qəzeti akreditasiyadan keçirib, mətbuat vəsiqəsi alıbmış. O jurnalistin Türkiyə qəzetlərinin birindəki bir cümləsi Bakının xoşuna gəlməyibmiş, “Vitse-prezident” də onun vəsiqəsini ləğv etdirməyə gəlibmiş. Bu səfərdən sonra Türkiyə Mətbuat-yayım və informasiya idarəsi rəisinin və işçilərinin Azərbaycan dövləti barədə nə düşündüklərini ağlınıza gətirə bilirsiniz? Ola bilər ki, Türkiyədə hansısa jurnalistin yazısı və hətta cümləsi Bakının xoşuna gəlməsin və Azərbaycan mətbuatı adına o jurnalistə verilən mətbuat vəsiqəsinin ləğvi tələb edilsin. Axı bu, Azərbaycanın Ankaradakı səfirliyinin 3-cü və ya ən yüksəyi - 2-ci katibinin görəcəyi işdir? Bakıda XİN-ə müraciət edilər, XİN feldyeger xidmətiylə səfirliyə məktub göndərər, səfirliyin 3-cü və ya 2-ci katibi Baş idarəyə gedib diplomatik dillə tələbi ifadə edər (rəsmi məktub yazmağa da gərək yoxdur) və Azərbaycanla qardaşlığın xətrinə Baş idarə o vəsiqəni ləğv edər. Bu qədər xırda bir iş üçün bütün statusları ayaqlar altına alaraq ierarxiyaya tüpürən “Başkan yardımcısı” Bakıdan təmtəraqlı şəkildə Ankaraya gəlir, pulemyotla ağcaqanadı həlak edəndən sonra zəfər nərələriylə Bakıya qayıdır. 10 gündən sonra bilirsinizmi nə olur? O jurnalist başqa bir əcnəbi media qurumunu akreditasiyadan keçirərək vəsiqə almaqla qalmır, 2 aydan sonra Türkiyənin ən mühüm strateji media qurumlarından birinə rəhbər təyin edilir. “Vitse-prezident”in Ankara “yürüşü”nün nəticəsi bundan ibarət olur. Bax, Azərbaycan mediası da “Başkan yardımcısı”nın bu cür anormal, şüursuz hərəkətləri ilə iflic vəziyyətinə gətirildi. Görünür, o, Türk mediasını da Azərbaycanın gününə salacağına inanırmış. Silsiləmizə davam etdikcə daha əyləncəli örnəklərlə qarşılaşacaqsınız.
Əli Həsənov barədə dördüncü yazımdan sonra onun arvadının yanında işləyən birinin məni təhqir etdiyini dedilər. Olsun, Əli Həsənovun burnundan düşənlərdən ondan artıq nə gözləmək olar ki? 35 ildən bəri məqalələrim, kitablarım çıxır, saysız TV və radio proqramında iştirak etmişəm, edirəm. İndiyə qədər Türkiyədən xaricə 7 mindən çox yazı yazmışam. Türkiyədəki əcnəbi media mənsubları arasında ən uzun müddətli mətbuat vəsiqəsinin sahibi də mənəm və ömür boyu mətbuat vəsiqəm var. Bu illər ərzində ilk dəfə gördüm ki, bir ölkənin mediasında 25 il at oynadan bir adam barədə silsilə yazılar yazasan, cavabı o şəxsin özü yox, arvadının yanında işləyən biri verə. Əlbəttə ki, o cür “şey”lər mənə “vız” gəlir, onlara ayırmağa boş vaxtım yoxdur, boş vaxtlarımda köpəyimlə oynayıram. Qroqoriy Petrovun yarı əski ruscadan Türkcəyə tərcümə etdiyim “Finlandiya: beyaz zambaklar ülkesinde” kitabı Türkiyənin ən böyük nəşriyyatında indiyə qədər 500 min tirajla çap edilib və bu günlərdə yenidən nəşr ediləcək. Hər gün Türkiyədə rəsmi müxbiri olduğum Azərbaycan agentliyinə yazıram, yazılarım 3 dildə sayta yerləşdirilir. “İndependet Turkish” saytının həm daimi şərhçisiyəm, həm də Türkiyənin siyasətçilərindən, diplomatlarından, elm adamlarından o sayta müsahibələr alıram. Rusiyanın Kommersant FM radiosunun daimi şərhçisiyəm, ANT kanalıyla işləyirəm və nəşriyyat işim var. Ona görə Əli Həsənov məni təhqir etdirdiyini düşünürsə, bu ağıldakı bir adama dövlət kreslosunun verilməsinə üzülməkdən başqa əlimdən bir iş gəlmir. Digər tərəfdən, mənim bu təhqir-məhqir məsələsində mövqeyim sabitdir: “Cahillik insanı çirkinləşdirir. Hər bir sözə verməyə cavabım vardır. Ancaq sözə baxaram: sözdürmü? Adama baxaram: adamdırmı?” (Mövlanə)
Ona görə Türk mətbuatının ən çox seviyim köşə yazarlarından biri olan əziz dostum Selahattin Dumanın sözüylə desəm, “Yaz, böyük kağıza yaz…” Mənasını Azərbaycanda bilən çoxdur, öyrənə bilərsiniz… Mayis Əlizadə //dominant.az//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Gələn ilin büdcəsi NƏ VƏD EDİR?.. - DETALLAR
Bu gün, 15:34 |
|
|
|
• Rusiyada azərbaycanlı tələbələrə qarşı “Yaşasın Azərbaycan!” şüarına görə cinayət işi açıldı - BU NƏDİ BELƏ?..
Bu gün, 15:30 |
|
|
|
• “Mənə demişdilər, gəl, səni pulla filankəslə sevgili edək” - Pərvin Abıyeva
Bu gün, 15:26 |
|
|
|
• General-leytenant yeni rəis təyin etdi - ƏMR
Bu gün, 15:21 |
|
|
|
• Zamin Əliyev Azərbaycanın Qars şəhərindəki baş konsulu təyin edilib - FOTO
Bu gün, 15:17 |
|
|
|
• Prezident Los-Ancelesə yeni baş konsul təyin edib - SƏRƏNCAM
Bu gün, 15:16 |
|
|
|
• Ayxan Süleymanlı Azərbaycanın Aktau şəhərindəki baş konsulu TƏYİN OLUNDU
Bu gün, 15:15 |
|
|
|
• Azərbaycanın Batumiyə yeni baş konsulu təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:13 |
|
|
|
• Pallone təpədən-dırnağa qədər DÜŞMƏNDİR!.. - hələ bizim camaat YUMŞAQ DAVRANDI...
Bu gün, 15:10 |
|
|
|
• "1 həftə öncə məni çağırıb bildirdilər ki, bu gündən işdən azadsan..." - GİLEY
Bu gün, 15:03 |
|
|
|
• Tramp Zəngəzur dəhlizinə maneə yaradacaqmı? - Türkiyəli general detalları açıqladı
Bu gün, 15:00 |
|
|
|
• Mərkəzi Bankın sədri növbəti illər üçün manatın məzənnəsi haqqında danışıb - BİZİ NƏ GÖZLƏYİR?
Bu gün, 14:58 |
|
|
|
• Sabiq nazirin oğlunun məhkəməyə gəlməsi tələb olunub - TƏFƏRRÜAT
Bu gün, 14:55 |
|
|
|
• Anti-Azərbaycan mərkəzləri və onun əlaltıları - AXI NİYƏ?..
Bu gün, 14:00 |
|
|
|
• Şəkidəki şirkət Ucarda əkin sahələrini su ilə təmin edəcək - 7 MİLYONLUQ TENDER
Bu gün, 13:58 |
|
|
|
• "Mədinə şəhərində məni küçədə görən bu uşaqlar üstümə qaçdılar ki..."
Bu gün, 13:07 |
|
|
|
• “İlk dəfə büdcədə neftin ilkin qiyməti 70 dollar götürülüb”
Bu gün, 13:06 |
|
|
|
• Azərbaycan Türkiyədən biri 2 664 manata 6 eşşək alıb - belə görünür ki...
Bu gün, 13:02 |
|
|
|
• Sabiq deputat Əsabil Qasımovun “Karmen”i ilə bağlı nə qərar veriləcək? - GEDİŞAT
Bu gün, 12:58 |
|
|
|
• Mask onunla birləşib ABŞ-ın "altını üstünə çevirəcək" - Şok plan
Bu gün, 12:56 |
|
|
|
• Bəzi yerlərdə yağış yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:52 |
|
|
|
• Qreta Bakıya qarşı aksiya üçün hardan, nə qədər pul alıb? - İLGİNC...
Bu gün, 12:51 |
|
|
|
• "Bu gün sosial şəbəkələr hər şeyi üstələyib..."
Bu gün, 12:45 |
|
|
|
• “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Turan Manafzadə
Bu gün, 12:41 |
|
|
|
• Trampın oğlu Rusiyaya zərbə endirməsinə icazə verənləri "axmaq" adlandırdı
Bu gün, 12:39 |
|
|
|
• Emin Ağalarov əkizlərinin arxiv görüntüsünü paylaşdı - VİDEO
Bu gün, 12:37 |
|
|
|
• Azərbaycanda biznesi olan milyarder “Humo”nu almaqdan imtina etdi - TƏFƏRRÜAT
Bu gün, 12:28 |
|
|
|
• Aqil Abbasın oğlu rəis vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 12:26 |
|
|
|
• Sülh üçün yaşıl işıq yandı: Ermənistan bəyannaməni dəyişir
Bu gün, 12:24 |
|
|
|
• İrəvan KTMT-dən imtina etdi, əsgərlərini bu ölkəyə göndərdi
Bu gün, 12:23 |
|
|
|
• Azərbaycanlı İran casusu Rusiyada saxlanıldı – BAKIYA TƏHVİL VERİLƏCƏK
Bu gün, 12:08 |
|
|
|
• David Vardanyanın təxribat xarakterli müraciəti yayıldı... - "Atam erməni olduğu üçün..."
Bu gün, 12:02 |
|
|
|
• COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçiriləcək
Bu gün, 11:55 |
|
|
|
• Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarında nələr baş verir – MÜRACİƏT
Bu gün, 11:46 |
|
|
|
• ABŞ konqresmeni Frank Peloninin Azərbaycanı tərk etməsi rəsmən təsdiqlənib - AÇIQLAMA
Bu gün, 11:45 |
|
|
|
• Ermənistanın daxili işlər naziri istefa verib
Bu gün, 11:44 |
|
|
|
• “Nar”ın dəstəyi ilə keçirilən ekologiya təlimi beynəlxalq ekspertlə görüşlə yekunlaşdı - FOTO
Bu gün, 11:42 |
|
|
|
• Ağa Musa Nağıyevin xarici banklarda qalan milyonları KİMİNDİR? - varisləri üçün ƏLÇATMAZDIR...
Bu gün, 11:30 |
|
|
|
• Paşinyan Vatikana gedib
Bu gün, 11:27 |
|
|
|
• Abxaziyada gərginlik səngimir - “Dövlət televiziyası”na hücum edildi
Bu gün, 11:25 |
|
|
|
• Şahbuz təhsilində `ÜSULİ-CƏDİD`... - NARAZILIQ VAR...
Bu gün, 11:23 |
|
|
|
• “Milli Məkan” layihəsi ilə bağlı narazılıq – Milyonluq tender prosesində nə baş verir?
Bu gün, 11:19 |
|
|
|
• Bu məktəblərdə dərslər daha tez başlayacaq - DİQQƏT
Bu gün, 11:15 |
|
|
|
• Dövlət qurumu COP29 tədbiri üçün 1,4 milyon vəsait SƏRF EDİB - DETALLAR
Bu gün, 11:10 |
|
|
|
• Xankəndi şəhəri, Ağdərə, Laçın və Zəngilan rayonları xərclərini büdcədən dotasiya almadan təmin edəcək
Bu gün, 11:07 |
|
|
|
• Ermənistanın militarizasiya siyasətinə cavab olaraq Azərbaycan müdafiə xərclərini artırır
Bu gün, 11:04 |
|
|
|
• Yeniyetmə özünü 13-cü mərtəbədən atdı - Bakıda DƏHŞƏT
Bu gün, 11:03 |
|
|
|
• Prezident İlham Əliyev Rusiyanın maliyyə naziri və Dövlət Dumasında fraksiya rəhbəri ilə görüşüb
Bu gün, 11:00 |
|
|
|
• Tramp sülh müqaviləsinə vasitəçi olacaq? - Metyu Brayza: “O, bir qədər təriflənməyi sevir”
Bu gün, 10:59 |
|
|
|
• Hərbi xidmətdən yayınan gənc həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 10:57 |
|
|
|
|