Müştərisi UNİBANK-a OD PÜSKÜRDÜ... - GİLEY
Tarix: 8-07-2021, 09:36 |
Çap et
DİA.AZ: - "Şikayətim "Unibank"dandır. Saat 18:00-da kartıma gələn pul necə olur ki, 20 dəqiqə sonra kartımdan silinir?!!" DİA.AZ bildirir ki, bunu "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Şücaət Əhmədov adlı istifadəçi bildirib.
Daha sonra narazı vətəndaş üzləşdiyi problemin əsəb sarsıntısı ilə müştərisi olduğu bankın ünvanına sərt ifadələr də işlədir:
"Heç vaxt da sizin telefon xəttinizə düşmək olmur. Artıq necənci dəfədir ki, eyni ş.....liyə əl atırsınız... Adını da qoyursunuz texniki problem...
Bir dəfə də texniki problem olanda karta əlavə pul yuklənsin də... Niyə həmişə problem olan vaxtı kartda silinmə olur?!"
İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...