"Humanitar Kollecin direktorunu kim himayə edir?" - İşdən çıxarılan müəllimlər soruşur...
Tarix: 16-10-2021, 09:31 | Çap et
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) nəzdindəki Humanitar Kollecin 67 nəfərlik müəllim kollektivi direktor Nərmin Qaralovadan şikayətçidir.
"67 nəfər qeyri-qanuni işdən çıxarılıb”
Şikayət ərizəsi ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, eləcə də Ombudsman Səbinə Əliyevaya, Baş prokuror Kamran Əliyevə, Baş nazirə, təhsil nazirinə və digər qurumlara ünvanlanıb.
Surəti kütləvi informasiya vasitələrinə göndərilən şikayət məktubunda deyilir ki, Nərmin Qaralova içərisində əhalinin həssas qruplarının da olduğu böyük bir ziyalı kollektivinin başına min oyun açır: "Belə ki, ilkin mərhələdə 46 ali təhsilli müəllim, 21 orta ixtisas təhsilli müəllim, 5 şöbə müdiri olmaqla ümumilikdə 67 nəfəri qeyri-qanuni şəkildə işdən çıxarıb”.
Keçmiş Baş prokurorun qohumu, şöbə müdirinin rəfiqəsi...
Məktub müəlliflərinini iddiasına görə, keçmiş Baş prokuror Zakir Qaralovla qohumluq əlaqəsi olan Nərmin Qaralova əsasən təhsil naziri Emin Əmrullayevin və rəfiqəsi kimi təqdim etdiyi Prezident Administrasiyasının Humanitar siyasət şöbəsinin müdiri Fərəh Əliyevanın adından istifadə edir: "Vəzifəyə gələr-gəlməz Humanitar Kollecin tələbələrini (keçirilən video konfransda) "şamtutan” adlandıraraq təhqir edən, bu kimi hərəkətləri ilə bütün Azərbaycanda "məşhurlaşan” direktor Nərmin Qaralovanın bu günə qədər cəzasız qalması bir daha sübut edir ki, ciddi psixi problemlərinin olması ehtimal edilən həmin qadın həqiqətən də kimlərsə tərəfindən himayə olunur”.
Direktor həyat yoldaşından qorxur?
Şikayətçilər yazır ki, Nərmin Qaralova işə təyin olunduğu gündən kollektivlə kobud rəftar edir, tələbələri təhqir etməkdən çəkinmir. Həmçinin o, şikayətə gələn heç kimi qəbul etmir: "Kabinetində oturaraq əlaltıları vasitəsilə ağlına gələn gülünc əmrlər verən Qaralova, nə müəllim kollektivini, nə də vətəndaşları qəbul edir. Bunu belə əsaslandırır ki, guya onun hansısa telekanalda işıqçı vəzifəsində çalışan əri çox qısqanc və qaraqabaq insan olduğundan ailə üzvlərindən başqa onun digər şəxslərlə görüşməsinə icazə vermir”.
Müəllimlər deyir ki...
Şikayətçilərin sözlərinə görə, Nərmin Qaralova bütün prosesləri müavini Kamran Məsimov vasitəsilə həyata keçirib:
"Kamran Məsimov əlində müxtəlif sənədlər tutaraq 67 ziyalının işdən çıxması üçün əmrin şəxsən təhsil naziri Emin Əmrullayev tərəfindən verildiyini söylədi. Ancaq tələblərimizə baxmayaraq, həmin əmrin özü və ya surəti bizə göstərilmədi, rəsmi qaydada təqdim edilmədi. Təhsil Nazirliyi ilə əlaqə saxladıqda isə belə bir əmr verilmədiyi bildirildi”.
Meydan TV hazırda Humanitar Kollecdə çalışan 2 müəllimlə əlaqə saxlaya bilib. Adlarının açıqlanmasını istəməyən həmin müəllimlər şikayətçilərin dediklərini təsdiqləyib. Onların sözlərinə görə, Nərmin Qaralova kollektivə ixtisar olacağını söyləyib, bəzi şöbələrin ləğv ediləcəyini deyib. O, şöbə müdirlərinə təklif edib ki, öz istəkləri ilə vəzifədən gedib müəllim kimi fəaliyyət göstərsinlər. Həmin şəxslər işdən çıxmaq istədiklərinə dair ərizə yazdıqdan sonra isə onların fəaliyyətinə xitam verib, müəllim kimi ştatda saxlamayıb.
İş məhkəməyə gedə bilər
Bildirilir ki, ixtisara düşmüş təhsil işçilərinin bir neçəsi oktyabrın 8-də Prezident Administrasiyasına gedərək kollektiv şikayət ərizəsini bu quruma təqdim ediblər. Onlar şikayətləri araşdırılmadığı təqdirdə məhkəməyə müraciət edəcəklərini deyirlər.
Kollecin rəhbərliyi Meydan TV-nin yazılı sorğusunu cavablandırıb. Həmin cavab olduğu kimi dərc olunur:
"ADMİU nəzdində Humanitar Kollec publik hüquqi şəxsdə 67 nəfərin işdən çıxarılması ilə bağlı xəbərin həqiqətə uyğun olmaması ilə bağlı dəfələrlə açıqlama vermişik.
Suallarınıza cavab olaraq bildiririk ki, 67 nəfərin işdən çıxarılması yalan məlumatdır, qeyd etdiyiniz ərizədən məlumatımız yoxdur.
Aparılmış struktur optimallaşması, yeni qəbul planı, orta ixtisas müəssisələrində təhsilin bu ildən 2 illik olması ilə bağlı müəyyən fənlərin saatları azaldığına görə bəzi müəllimlərə dərs yükü çatmamışdır. Lakin onlardan bəziləri işlə təmin olunmuşdur. Struktur dəyişikliyi ilə bağlı ixtisara düşən əməkdaşlara digər vəzifələr təklif olunmuş, bəziləri razılaşmış, bir neçə nəfər isə imtina etmişdir. Həmçinin sabiq rəhbərliyin dövründə orta ixtisas təhsil müəssisələrinin müvafiq nümunəvi ştat cədvəllərində nəzərdə tutulandan artıq sayda və orta ixtisas təhsilli müəllimlərin işlə təmin olunması kimi hallar aşkar edilmişdir. Qeyd edək ki, bu da qanunvericiliyin tələblərinə ziddir. Lakin biz həmin müəllimlərin sosial durumlarını nəzərə alaraq, ixtisaslarına uyğun şəkildə dərs yükü ilə təmin edirik və bu istiqamətdə işlərimiz davam edir.
Kollecin direktoru bütün əməkdaşları həmişə (hətta pandemiya dövründə) qəbul edir və dinləyir. Bunun əksini sübut edəcək heç bir hal yoxdur. Ailəsi barədə deyilənlər absurddur.
Direktorun Təhsil Naziri Emin Əmrullayev və Fərəh Əliyeva ilə heç bir yaxın əlaqəsi yoxdur.
QEYD:
*ADMİU nəzdində Humanitar Kollec publik hüquqi şəxs barəsində böhtan xarakterli, yalan, heç bir hüquqi və faktiki əsası olmayan, kollecin və onun direktorunun şərəf və ləyaqətini, işgüzar nüfuzunu alçaldan, həqiqətə uyğun olmayan məlumatların yayılmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada (cinayət və mülki qaydada) məhkəmələrə müraciət ediləcək”.
Sənəd Mənbə: Meydan Tv
Sənəd Mənbə: Meydan TV
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59 |
|
|
|
|