Elmi Bərpa Mərkəzində şübhəli satınalmalar... - İLGİNC FAKTLAR
Tarix: 19-10-2021, 10:44 | Çap et
Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi 2021-ci ilin sentyabr ayının 2-də 234.606 manatlıq satınalmaya yekun vurub.
Qlobal.az xəbər verir ki, Mərkəzin "Sərgi və tədbirlər üçün iş və xidmətlərin satın alınması" lotunüzrə sifarişçi olduğu satınalmanın məbləği 149.376 manat, qalibi "FOKS LTD" Məhdud Məsuliyyətli Cəmiyyəti, "Kimyəvi maddələr və parçaların satın alınması" lotu üzrə satınalmanın məbləği 49.773 manat, qalibi "FORESTART" Məhdud Məsuliyyətli Cəmiyyəti, "İnşaat materiallarının satın alınması və təmir işləri" lotu üzrə satınalmanın məbləği 19.864 manat, qalibi "SİRİUS PLUS LTD" Məhdud Məsuliyyətli Cəmiyyəti və sonuncu "Dəftərxana və təsərrüfat mallarının satın alınması" lotu üzrə satınalmanın məbləği 21.593 manat, qalibi isə "GALLERY PLUS LTD" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi 2021-ci ilin sentyabr ayının 2-də sifarişçi olduğu satınalmada qalib olan MMC-lərin dördü də eyni ildə təsis edilib. Maraqlıdır ki, bu MMC-lərin hamısının qanuni təmsilçiləri eyni bölgədəndirlər. İddialara görə Mərkəzin satınalmalarının qalibi olan bu MMC-lər hansısa "vahid mərkəz" tərəfindən idarə olunur. "Vahid Mərkəz"dən idarə olunan MMC-lər... Mərkəzin 149.376 manatlıq satınalmasının qalibi "FOKS LTD" Məhdud Məsuliyyətli Cəmiyyəti 2019-cu ilin iyul ayının 4-də təsis edilib. Şirkətin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi Fərhadov Oruc Mürsəl oğludur. Qlobal.az-ın əldə etdiyi məlumata görə 1978-ci il təvəllüdlü Oruc Fərhadov əslən Cəbrayıl rayonundandır. Qurumun 49.773 manatləq satınalmasının qalibi "FORESTART" Məhdud Məsuliyyətli Cəmiyyəti 2019-cu ilin noyabr ayının 20-də qeydiyyata alınıb. Bu şirkətin nizamnamə kapitalı 5 manat, qanuni təmsilçis isə Aslanov Seymur Qara oğludur. Qlobal.az-ın əldə etdiyi məlumata görə 1985-ci il təvəllüdlü Seymur Aslanov da Cəbrayıl rayonundandır. Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin 19.864 manat məbləği olan satınalmasının qalibi "SİRİUS PLUS LTD" Məhdud Məsuliyyətli Cəmiyyəti 2019-cu ilin iyul ayının 17-də qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı on manat, qanuni təmsilçisi isə Əsədov Seymur Zeynəddin oğludur. Əsədov Seymur Zeynəddin oğlunun da Cəbrayıl rayonundan olduğu bildirilir. Mərkəzin sentyabr ayının 2-də sifarişçi olduğu 21.593 manat smetası olan sonuncu satınalmasının qalibi "GALLERY PLUS LTD" Məhdud Məsuliyyətli Cəmiyyəti 2019-cu ilin avqust ayının 5-də qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı on manat, qanuni təmsilçisi isə Cabbarov Asif Tariyel oğludur. Qlobal.az-ın əldə etdiyi məlumata görə 1975-ci il təvəllüdlü Asif Cabbarov əslən Zəngilan rayonundandır. Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi 2021-ci ilin sentyabr ayının 2-də sifarişçi olduğu satınalmalarda qalib elan edilən bu təşkilatların heç birinin əlaqə telefonu, faktiki ünvanı, uyğunluq sertifikatları, lisenziyaları, fəaliyyət profilləri barədə məlumat yoxdur. Bu MMC-lərin kimlərsə tərəfindən məcburi köçkünlərin adlarına rəsmiləşdirildiyi deyilir. Xatırladaq ki, Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin direktoru Zərifə Məlikovadır. Z.Məlikova 2001-ci ildən indiyədək Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinə rəhbərlik edir. Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi məsələyə münasibət bildirməyib. Qlobal.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Bu gün, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Bu gün, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Bu gün, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
|