Kürdəmir sakini sosial vəziyyətinin ağır olmasından şikayətlənir. Bu barədə, Kürdəmir rayon, Qarabucaq kənd sakini Elnarə Mikayılova “Gözətçi”yə göndərdiyi şikayətdə bildirib. Onun sözlərinə görə, dörd nəfərlik ailəsi ilə birlikdə 1965-ci ildə pud daşından inşa edilmiş evdə yaşayırlar.
“2008-ci ildə həyat yoldaşım Şehman Mikayılov dünyasını dəyişəndən sonra ailənin bütün maddi-sosial təminatı mənim üzərimə düşüb. Uşaqlara atalarının vəfatından sonra dövlət tərfindən hər ay 315 manat sosial müavinət verilir. Ünvanlı sosial yardımla bağlı dəfələrlə Əmək və Əhalinin Sosisal Müdafiəsi Nazirliyinə müraciə etsəm də imtina cavabı gəlib. Səbəb kimi də “pay torpağın”nın olmasını göstərirlər”.
Yaşadıqları evin pis vəziyyətdə olduğunu bildirən E. Mikayılova məsələ ilə aidiyyatı qurumlara müraciət etsə də, şikayəti cavabsız qalıb.