DİA.AZ: - "Şikayətim "Kapital bank"ın "Bir kart" istifadəsindəndir". DİA.AZ bildirir ki, bu sözləri Sabit Yusifov adlı istifadəçi "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında qeyd edir:
Daha sonra narazı vətəndaş yazır:
"30 manat 50 qəpik xəriclədiyim halda kartdan 44 manat 60 qəpik silinib və buna məntiqi acıqlama verə bilmirlər".
Şikayətçi daha sonraa "Kapital Bank"ın digər müştərilərinə də çağırış edir: ""Bir kart"ı olanlar xərclədiyiniz pullar tam hesablayın, ruhunuz hiss etmədən bank tərəfdən kartınızdan pullar silinir".
İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...