"3 manatla qarın doydurmaq olar?" - GİLEY
Tarix: 13-05-2022, 10:53 |
Çap et
DİA.AZ: - "Azneft" İstehsalat Birliyinin rəhbərliyi üçün də sıravi işçilərin heç bir hüququ yoxdur. Hər halda açıqlanan faktlardan belə anlaşılır. DİA.AZ bildirir ki, Neft Daşlarında çalışan fəhlələr hər gün eyni problemi yaşasalar da, "Azneft" İstehsalat Birliyi rəhbərliyinin özbaşınalığına son qoyan yoxdur.
DİA.AZ fəhlələrdən birinin şikayətini olduğu kimi təqdim edir:
"Neftçiləri bu gün kimsə düşünmür. Kimsənin yadına düşmür neftçilərin durumu. Bütün təbəqələrin maaşları artır... az da olsa... Amma bizim maaşlarımızın artması bir yana, hər gün iş yerlərimizi itirmək təhlükəsi ilə üz-üzəyik. Şikayət edəni hədələyirlər...
Bu gün dia-az.life saytında neftçilərə ayrılan ərzaq norması ilə tanış olduq: "Xəzəriaşə"nin kağız üzərindəki GÖZƏLLİYİ - Realda isə...
Həqiqətən də hər şey kağız üzərində gözəldir. Realda isə vəziyyət fərqlidir.
Siz bir faktı nəzərə alın və buradan hər şeyi yaxşı başa düşəcəksiniz: 15 ildən çoxdur ki, 3 manat yemək pulu verirlər... Bu pulla qarın doyurmaq olarmı?"
İddia olunanlarla bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...