"Baku Electronics" 10 illik müştərisini də ALDATDI... - GİLEY
Tarix: 26-05-2022, 08:55 |
Çap et
DİA.AZ: - "Şikayətim "Baku Electronics" şirkətindəndir. Eyni zamanda 4-5 ev əşyası aldım və..." DİA.AZ bildirir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paulaşımında Rüstəm Gülməmmədov adlı istifadəçi qeyd edir.
Daha sonra narazı vətəndaş bildirir: "Soyuducu və paltaryuyanın qapısı zədəli oldu. Şirkətə müraciət etdim, zəmanət ola-ola ödənişsiz xidmətdən boyun qaçırdılar.
10 ildən artıqdır ki, bu şirkətin müştərisi idim. Amma xidmətləri bərbaddır".
dia-az.life-ın məlumatına görə, narazı vətəndaş məsələ ilə əlaqədar müvafiq dövlət qurumlarına müraciət etdiyini, lakin müsbət cavab ala bilmədiyini də qeyd edir: "Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etdim və xahiş etdim ki, bu şirkətin fəaliyyətinə nəzarət edilsin. Şikayətimizi dinləyən bir nəfər belə tapılmadı..."
İddia olunanlarla bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...