Burda adamı RƏSMƏN KOR QOYURLAR... - Sual vermək də pulnandır...
Tarix: 17-04-2023, 08:56 |
Çap et
DİA.AZ: - "Şikayətim "Sooft" Göz Mərkəzindəndir". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımda giley olunur.
Narazı vətəndaş yazır: "Müayinəyə 40 manat alırlar, deyirlər, 1 ay müddətinə keçərlidir.
20 gündən sonra zəng edib kontrola çağırırlar... Gedirsən, yenidən 40 manat tələb edirlər.
Deyirlər, ilk verdiyim 40 manat 14 gün keçərlidir... Əməliyyat olunanlara 1 ay keşərlidir.
Beləliklə, hamının cibinə girirlər.
Dərmanlarının da heç bir xeyri də olmayıb. Adi sual vermək istedik ki, dərmanlarınızın xeyri yoxdur... Dedilər, 40 manatı ödəyib, sual verməlisən..."
İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...