Son zamanlar ölkədə “Poz, qazan” ani lotereya oyunu xeyli məşhurlaşıb. Hər gün avtobus dayanacaqlarında, metro çıxışlarında satılan bu ani lotereyaları xüsusilə kasıb təbəqədən olan vətəndaşların aldığının şahidi oluruq.
Düzdür, burda uduşlar da olur, kimlərsə hansısa məbləği qazanırlar, amma ümumi götürdükdə vətəndaşlar kiçik həcmdə çoxlu sayda vəsait itirirlər. Təəssüflər olsun ki, onların ümidləri çox vaxt doğrulmur, nadir hallarda şans kimlərinsə üzünə gülür.